Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-76/2020 18.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X5 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1973-1975-ci illərdə hərbi xidmətdə olduğu 2 il müddətin, 1975- 1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, 1982-1987-ci illərdə Zaqatala Kolxozlararası tikinti təşkilatında 5 il, 1987-2005-ci illərdə isə X5 18 il olmaqla ümumilikdə 27 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona pensiya hüququnun yarandığı xx xxxxx 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. O, xx.xx.1973-xx.xx.1975-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İddiaçı 1975-1977-ci illərdə 2 il 16 gün sürücülük məktəbində təlimçi, xx.xx.1982xx.xx.1987-ci illərdə Zaqatala Kolxozlararası tikinti təşkilatında, xx.xx.1987-xx.xx.2005-ci illərdə X5 sürücü işləmişdir. İddiaçı hüququnun yarandığı zaman cavabdeh orqana ona pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X5 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, “Əmək Pensiyaİarı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 64 yaşı olmuş kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən M. Purtiyevin pensiya hüququ xx.xx.2019-cu il tarixində yaranmışdır. Eyni zamanda bildirilir ki, xx.xx.2019-cü il tarixdən «X6» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1dək olan sığorta stajı 25 il hesablanır. M. Purtiyevin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddia ərizəsində göstərilən iş yerləri istisna olunmaqla iddiaçının sığorta stajı 7 il təşkil etmişdir və həmin müddət 5054 manat sığorta kapitalına bərabərdir. «X6» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri dövlət müəssisələrində çalışmasını göstərən qeydlərini yerində qarşılıqlı yoxlanması tələb olunur. M. Purtiyevin əmək kitabçasının surətində 2 il 16 gün sürücülük məktəbində işləməsi barədə qeydlər işə girmə və işdən çıxma tarixləri və əmrin nömrələri göstərilməməklə və həmin qeydlərin təsdiqi olmadan aparılmışdır. Həmin kitabçanın surətində xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixədək X5 sürücü işləməsinə dair qeydlər aparılmışdır. Həmin fabrik Zaqatala rayon Dövlət X2 xx xxxx 2019-cu il tarixli 37/P-365 saylı arayışına əsasən xx.xx.1996-cı il tarixdə yanmışdır. Həmin fabrikin xx.xx.1996-cı il tarixində yanmasından sonrakı dövrün maliyyə uçot sənədləri rayon arxivinə təhvil verilməmiş və fabrikin mühasibatlığında belə saxlanılmır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan ******* nömrəli “Hərbi bilet”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, 1973-1975-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X5 işləmişdir. Həmçinin iddiaçının əmək kitabçasında işə qəbul və işdən azad olunma tarixləri göstərilməməklə onun hərbi xidmətdən sonra 2 il 16 gün əmək fəaliyyətinin olması qeyd edilmişdir. İş materiallarında olan DYMX-nin Zaqatala rayon DYMH-nin xx.xx.2019-cu il tarixli 37/P-365 nömrəli arayışından müəyyən edilir ki, xx.xx.1996-cı il tarixdə Zaqatala şəhəri Qaladüzü ərazisində yerləşən Mebel fabrikində yanğın hadisəsi baş vermiş və nəticədə fabrik yanaraq yararsız hala düşmüşdür. İş materiallarında olan 13 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən edilir ki, AVİS məlumat bazasında X7 ********* nömrəli VÖEN-lə xx.xx.1998-ci ildə vergi uçotuna alınması barədə məlumat vardır. Müəssisə tərəfindən 2006-cı ildə 10 rəqəmli VÖEN-ə keçidlə əlaqədar yenidən uçota alınmaq məqsədi ilə müraciət edilmədiyi üçün həmin müəssisə barəsində vergi orqanında hər hansı bir məlumat saxlanılmamışdır. İş materiallarında olan X7 xx.xx.2020-ci il tarixli 01 nömrəli arayından müəyyən edilir ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X5 yanğınsöndürən maşınında sürücü işləmişdir. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışından müəyyən edilir ki, Zaqatala rayon sürücülük məktəbinin və X7 sənədləri Dövlət Arxivində saxlanılmamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Şəki şəhər(rayon) Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 189-21686-1219 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı xx.xx.1977-ci il tarixdə həbs olunmuş, Zaqatala rayon Xalq Məhkəməsinin xx.xx.1978-ci il tarixli Hökmü ilə xx.xx.1981-ci il tarixədək azadlıqdan məhrum edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019cu il tarixli **********7 nömrəli imtina məktubu, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, ******* nömrəli əmək kitabçasının əsli və təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubu, Zaqatala rayon DYMH-nin xx.xx.2019cu il tarixli 37/P-365 nömrəli arayışının təsdiq edilmiş surəti, 13 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2019-cu il tarixli məktubu, X7 xx.xx.2020-ci il tarixli 01 nömrəli arayışı, Zaqatala Dövlər Arxivinin arayışları aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, iddiaçının mübahisələndirilməyən 7 il sığorta stajı vardır. İddiaçının mübahisələndirilən sığorta stajı 2 il 16 gün sürücülük məktəbində təlimçi işlədiyi və 17 il 7 ay 16 gün X5 sürücü işlədiyi müddətlərdir. Arxivdə mübahisələndirilən iş yerlərinə dair sənədlər saxlanılmadığından arxiv arayışına əsasən müddətlərin təsdiq edilməsi mümkün olmamışdır. Lakin iddiaçının əmək kitabçasında onun həmin müəssisələrdə işlədiyi qeyd edilmiş, həmçinin X7 xx.xx.2020-ci il tarixli arayışı ilə iddiaçının mebel fabrikində yanğın söndürən maşının sürücüsü işləməsi faktı təsdiq edilmişdir. Cavabdeh orqan Zaqatala rayon DYMH-nin xx.xx.2019-cu il tarixli 37/P-365 nömrəli arayışına istinad edərək sözügedən mebel fabrikinin xx.xx.1996-cı il tarixdə yanmasından sonrakı dövrünə aid maliyyə uçot sənədlərinin arxivə təhvil verilməməsi və fabrikin mühasibatlığında saxlanılmamasını qeyd etmişdir. Lakin iş materiallarında olan 13 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən edilir ki, AVİS məlumat bazasında X7 ********* nömrəli VÖEN-lə xx.xx.1998-ci ildə vergi uçotuna alınması barədə məlumat vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fabrik 1987-ci ildən fəaliyyətə başlamışdır, 1996-cı ildə yandıqdan sonra yenidən fəaliyyətini bərpa edə bilmiş və iddiaçı fabrikdə xx.xx.2020-ci il tarixli arayışa əsasən xx.xx.2005-ci il tarixədək işləmişdir. İddiaçının əmək kitabçasında işə qəbul və işdən azad olunma tarixləri göstərilməməklə onun hərbi xidmətdən sonra 2 il 16 gün əmək fəaliyyətinin olması qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 1978-ci il tarixli 1- 26 nömrəli hökmün surətindən və tələbnamədən görünür ki, iddiaçı X3 avtomobil sürmək üzrə təlimatçı vəzifəsində işləmişdir və həmin vəzifədə işlədiyi müddətdə cinatyət törətdiyi üçün 4 il müddətinə azadlıqdan məhrum edlmişdir. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, işlədiyi müddətlər sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X6” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə tədqiq olunan sənədlərlə iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər sübut hesab olunur. Müəssisənin sənədləri arxivə təhvil verilməməsi vətəndaşın iradəsindən kənar baş vermiş haldır və onun ziyanına təfsir edilməməlidir. “X9” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X5 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı 1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X5 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-76/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-76/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver