Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-76/2021 05.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “ona məxsus olan RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması öhdəliyinin cavabdehin vəsaiti hesabına onun üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün iddiaçı Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Məhkəmənin 2-1(84)-1768/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-68/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilmiş, 2-1(84)-1768/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardad ləğv edilmiş, iddia mümkün sayılmış və iş baxılması üçün məhkəməyə qaytarılmışdır. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbində dəqiqləşdirmə aparmış və ona məxsus olan RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması öhdəliyinin cavabdehin vəsaiti hesabına onun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan (Cavabdeh ASC 6 nömrəli Regional Sukanal İdarəsi) xx.xx.2020ci il tarixli, xx/xx-1448 nömrəli məktubunda etirazını onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı məxsus yaşayış evində Zaqatala Sukanal sahəsinin əməkdaşları tərəfindən sudan qanunsuz istifadə halı aşkar olunmuş, xx.xx.2020-ci il tarixdə 065326 №-li akt tərtib edilərək vətəndaşın sudan istifadəsi dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə vətəndaşla 43176419 №-li müqavilə bağlanılmış, müvafiq sənədləşmə işləri aparılaraq **********000 abonent kodu altında qeydiyyata götürülmüş və suyun təchizatı bərpa olunmuşdur. Ancaq, sayğac olmadığı üçün halhazırda vətəndaşa verilən suyun hesabatı müvəqqəti olaraq “nəfər” sayına görə aparılır. Tezliklə abonentin fərdi yaşayış evi üçün su sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 065326 nömrəli aktın surətindən müəyyən edilir ki, Zaqatala rayonu, Kebeloba kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində diametri 20 mm olan xətt vasitəsilə sudan müqavilə olmadan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Akt iddiaçı tərəfindən imzalanmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarının 1-ci bəndində deyilir ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Ona görə də məhkəmə bu qərara gəldi ki, hazırkı mübahisə təbii inhisar subyekti olan "Cavabdeh" ASC-nin publik hüquq sahəsindəki hərəkətsizliyindən irəli gəldiyinə görə işə öhdəliyin icrası haqqında iddia qismində inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı 13.08. 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 1.2.2-ci bəndinə əsasən, texniki şərtlər - obyektlərin su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS-a) qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Həmin Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq sifarişçinin tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS) qoşulması su təchizatı və kanalizasiya müəssisəsi (STKM) tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə, fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə L=30,0 m olduğu halda qoşulmalar STKM tərəfindən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir. Həmin Qaydaların 2.3-cü bəndinə uyğun olaraq STKM sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik və tikinti normalarına uyğun STTSAS-ın mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. Həmin Qaydaların 2.20-ci bəndinə əsasən, texniki şərtlərin verilməsindən aşağıdakı hallarda səbəbləri konkret əsaslandırılmaqla rəsmi qaydada imtina edilir: -2.20.1. Qaydaların 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş sənədlərin bu Qaydaların 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətdə tam təqdim edilməməsi (çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılmaması); -2.20.2. texniki şərtlərin verilməsinin STKM-in indiki və gələcək məişət (təsərrüfat) içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratması; -2.20.3. istehlakçının daxili su və kanalizasiya xidmətlərinin şəbəkəsinin vəziyyəti su və kanalizasiya şəbəkələrinin xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlməməsi; -2.20.4. sifarişçinin qoşulma barədə müraciətindən imtina etməsi; -2.20.5. tikinti sahəsində mövcud su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mühafizəsi və ya köçürülməsinin mümkün olmaması. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı texniki şərtin verilməsi üçün cavabdehə müraciət etmiş, ona torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında Cavabdeh ASC-nin balansında olan su və kanalizasiya şəbəkə xətlərinin mövcud olmadığı bildirilmişdir. Məhkəmə tərəfindən cavabdehə sorğu göndərilmiş və iddiaçının fərdi yaşayış evinin yanından keçən su və kanalizasiya xətləri barədə məlumat (sxem-xəritə əlavə olunmaqla), həmçinin iddiaçının qonşuluğunda və yaxınlığında olan abonentlər barədə məlumat tələb olunmuşdur. Cavabdeh tərəfindən həmin məlumatlar təqdim olunmamışdır. Əksinə cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-1448 nömrəli məktubunda qeyd etmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı məxsus yaşayış evində Zaqatala Sukanal sahəsinin əməkdaşları tərəfindən sudan qanunsuz istifadə halı aşkar olunmuş, xx.xx.2020-ci il tarixdə 065326 №li akt tərtib edilərək vətəndaşın sudan istifadəsi dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə vətəndaşla 43176419 №-li müqavilə bağlanılmış, müvafiq sənədləşmə işləri aparılaraq **********000 abonent kodu altında qeydiyyata götürülmüş və suyun təchizatı bərpa olunmuşdur. Ancaq, sayğac olmadığı üçün hal-hazırda vətəndaşa verilən suyun hesabatı müvəqqəti olaraq “nəfər” sayına görə aparılır. Tezliklə abonentin fərdi yaşayış evi üçün su sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, 065326 №-li akt iddiaçı tərəfindən imzalanmamışdır. Ümumiyyətlə aktda adı qeyd olunmuş baxışda iştirak edən MİT üzrə mühəndis Vüqar Manafovun da imzası yoxdur. Baxışı 3 nəfər keçirdiyi halda, yanlız iki nəfər tərəfindən imzalanması, iddiaçının nümayəndəsinin iştirak etdiyinin qeyd olunduğu halda həmin şəxsin ad və soyadının qeyd olunmaması həmin aktın əsassız olması qənaətinə gəlməyə əsas verir. Həmçinin məhkəməyə 43176419 №-li müqavilə də təqdim olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə elektron qaydada göndərilən izahatda da iddiaçı nə müqavilədən, nə də sənədləşmə işlərindən məlumatı olmadığını bildirmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında Cavabdeh ASC-nin balansında olan su və kanalizasiya şəbəkə xətlərinin mövcud olmadığını qeyd etdiyi halda, iddiaçı ilə necə müqavilə bağladığını və **********000 abonent kodu altında qeydiyyata götürdüyünü, suyun təchizatının bərpa olunduğunu, ancaq sayğac olmadığı üçün hal-hazırda vətəndaşa verilən suyun hesabatının müvəqqəti olaraq “nəfər” sayına görə aparıldığını əsaslandıra bilmir. Deməli iddiaçının ilk dəfə müraciət etdiyi zaman da cavabdehin qeyd olunan ərazidə xətləri olmuş, iddiaçının müraciətinin təmin olunmasından əsassız olaraq imtina edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh “Cavabdeh ASC-nin üzərinə öz hesabına İddiaçı məxsus olan RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh ASC-nin üzərinə öz hesabına İddiaçı məxsus olan RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-76/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-76/2021
05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver