Məhkəmə qərarları › İş №2-1(116)-76/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-76/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-76/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “xx.xx.2012-ci il tarixli çıxarışın və xx.xx.2018-cı il tarixli **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs (X2) adına verilmiş xx.xx.2012-ci il tarixli DƏDRX-dən çıxarışın və xx.xx.2018-cı il tarixli **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Belə ki, inzibati işin araşdırılması və mahiyyəti üzrə hüquqi qiymətin verilməsi üçün məhkəmə tərəfindən aşağıdakı sualların cavablandırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitmətinə mütəxəssis rəyinin verilməsi üçün sorğu verilmişdir: - Qax rayon Aqrar İslahat Komissiyasının 1998-cı il 22 aprel tarixli qərarına əsasən verilmiş KOD 40314028 JN-133G saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən 0.13 ha torpaq sahəsi, JN-132 A kod 40314028 nömrəli şəhadətnamədə qeyd edilmiş 0.24 ha torpaq sahəsi, xx.xx.2018-ci il tarixli A seriyalı 324511 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə ilə ilə üs-üstə düşürmü (üst-üstə düşən və düşməyən hissələr tərtib edilmiş sxemdə göstərilməklə)? - xx.xx.2018-ci il tarixli A seriyalı 324511 nömrəli plan ölçü sənədində göstərilən torpaq sahəsi bələdiyyəyə məxsus gediş-gəliş yolu ilə və JN-132 A kod 40314028 nömrəli şəhadətnamədə qeyd edilmiş 0.24 ha torpaq sahəsi üst-üstə düşürmü (üst-üstə düşən və düşməyən hissələr tərtib edilmiş sxemdə göstərilməklə)? Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xx.xx.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, tədqiqat obyektinə baxış keçirilərək mütəxəssis rəyi hazırlanmışdır, lakin mütəxəssis rəyinin məhkəməyə göndərilməsi, təqdim olunmuş smetada nəzərdə tutulan 311 manat xidmət haqqının ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə təmin ediləcək. Məhkəmə tərəfindən ödənişin olunacağı bank rekvizitlərinin əks olunduğu müvafiq sənədlər xx.xx.2021-ci il tarixdə iddiaçıya göndərilmiş, lakin ötən müddət ərzində iddiaçı tərəfindən ödəniş həyata keçirilməmişdir. Mütəxəssis rəyinin əldə edilməsi üçün müvafiq ödənişin edilməsi ilə bağlı dəfələrlə iddiaçı ilə telefon əlaqəsi saxlanılmış, iddiaçı iş üzrə mübahisənin olmamasını bildirərək ödənişin edilməsindən imtina etmişdir. Bundan başqa cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, məhkəmənin sorğusunun icra edilməsi üçün İddiaçı ilə 055 368 29 69 nömrəsi ilə telefon vasitəsilə əlaqə saxlanılmış və çöl-ölmə işlərinin aparılması bildirilmişdir. Bu zaman iddiaçı bildirmişdir ki, 8-9 ay bundan əvvəl Kadastr və yerquruluşu şöbəsinin əməkdaşları həmin iddia ərizəsi üzrə məhkəmə işi ilə əlaqədar ərazidə olmuş və ölçü işləri aparmışlar. Daha sonra maddi imkanı olmadığından işi götürməkdən imtina etmişdir. Hal-hazırda qonşusu ilə hər hansı münaqişəsi yoxdur və hər hansı iddia ilə Məhkəməyə müraciət etməmişdir. İddiaçı hazırkı iddia ərizəsində qeyd edilmiş tələblə bağlı hüquqi marağının olmamasını məhkəmə tərəfindən onunla telefon əlaqəsi saxlanılarkən də bildirmiş, lakin qeyd edilən tələblə bağlı hüquqi marağı aradan qalxmasına və artıq həmin tələbdə qeyd edilmiş hüquqi nəticənin əldə olunmasını arzulamamasına baxmayaraq, bununla bağlı məhkəməyə məlumat verməmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq izah edilmişdir ki, əgər iddia tələbini müdafiə edirsə və inzibati mübahisənin hüquqi həllində maraqlıdırsa iddia tələbinə hüquqi qiymət verilməsi üçün cavabdeh orqandan mütəxəssis rəyinin alınması zəruridir. Müvafiq rəy olmadan üçüncü şəxs X1 adına verilmiş xx.xx.2012-ci il tarixli DƏDRX-dən çıxarışın və xx.xx.2018-cı il tarixli **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin cavabdeh tərəfindən düzgün tərtib edilib-edilməməsinə hüquqi qiymət verilməsi mümkün deyil. Odur ki, 30 gün müddətində mütəxəssis rəyinin əldə edilməsi üçün 311 manat xidmət xərcinin təqdim edilmiş hesaba ödənilməsi və müvafiq qəbzin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda iddia tələbinin geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmişdir. Sözügedən məktub iddiaçıya poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə təqdim edilməsinə baxmayaraq, iddiaçı mütəxəssis xərcinin ödənilməsini təmin etməmiş, həmçinin məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. "M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: "İPMin 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır." Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “üçüncü şəxs (X2) adına verilmiş xx.xx.2012-ci il tarixli DƏDRX-dən çıxarışın və xx.xx.2018-cı il tarixli **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar