Məhkəmə qərarları › İş №2-1(116)-76/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-76/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-76/2024 08.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X12 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “xx.xx.2013-cü il qeydiyyat tarixli ******* nömrəli çıxarışın, həmin çıxarışın əsası olan ilkin qeydiyyatın və xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və Şəki kənd Bələdiyyəsinin qərarına (P.Babayev adına YAİK-ın qərarları nəzərə alınmaqla) əsasən ayrılmış 1.813 ha torpaq sahəsi üzərində X8 və X7 ilə birlikdə ümumibirgə mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “sahəsi 18131,00 kv.m. (1.81 ha) olan torpağa dair hissədə xx.xx.1998-ci il tarixli JN462 seriallı 40400068 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və AA seriyalı 000479 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi, X22 Komissiyasının 18 sentyabr 2000-ci il tarixli qərarı ilə verilmiş və faktiki istifadəsində olan 1,81 ha torpaq sahəsinə yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2013-cü il qeydiyyat tarixli ******* nömrəli çıxarışın, həmin çıxarışın əsası olan ilkin qeydiyyatın və xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və Şəki kənd Bələdiyyəsinin qərarına (P.Babayev adına YAİK-ın qərarları nəzərə alınmaqla) əsasən ayrılmış 1.813 ha torpaq sahəsi üzərində X8 və X7 ilə birlikdə ümumibirgə mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə Şəki rayonu Şəki kəndində torpaq islahatı aparılmışdır. İslahat nəticəsində, Şəki Rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə ailəmizə mülkiyyətlərinə iki ayrı-ayrı ərazidən 18131.00 kv.m. (1.81 ha) və 11634.27 kv.m., cəmi 2.98 ha torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında, DTXK-a tərəfindən xx.xx.1998-ci il tarixli JN462 serialı 40400068 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Cavabdehə müraciət edərək sözü gedən torpaq sahələri üzərində, o cümlədən sahəsi 18131.00 kv.m. (1.81 ha) olan sahə üzərində hüquqlarımı dövlət qeydiyyatına aldırmışdır. Sahəsi 18131.00 kv.m. (1.81 ha) olan torpağa dair RX seriyalı ******* nömrəli Çıxarış, AA seriyalı 000479 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bir müddət əvvəl araşdırma zamanı məlum olmuşdur ki, AA seriyalı 000479 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində hazırda istifadə etdiyi 18131.00 kv.m. (1.81 ha) torpaq sahəsinin koordinatları deyil, əvvəllər istifadədində olmuş sonradan geri alınmış torpaq sahəsinin koordinatları göstərilmişdir. Açıqlama verərək qeyd edir ki, 1998-ci ildə AİK-nın qərarı ilə 18131.00 kv.m. (1.81 ha) torpaq ayrılmış, sonradan həmin sahənin yararsız, əkin üçün əlverişli olmadığı müəyyən edilmişdir. Bu səbəbdən torpaq sahəsindən istifadə edə bilməmişdir.Torpaq sahəsinin yararsız vəziyyət olması ilə bağlı X22 Komissiyasına müraciət etdikdən sonra, yerin yararsız olması barədə Akt tərtib edilmişdir. Bundan sonra, X22 Komissiyasının 18 sentyabr 2000-ci il tarixli iclasında “iddiaçının ailəsinə verilmiş 1.81 ha torpaq sahəsinin bələdiyyənin yararlı yeri ilə əvəz edilməsi və iki il torpaq vercisindən azad edilməsi barədə” qərar qəbul edilmişdir. Daha sonra, Şəki Rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2004cü il tarixli qərarı ilə YAİK-nın qərarı təsdiq edilmiş və JN462 seriyalı 40400068 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na düzəliş edilməsi DTXK-dan Xahiş edilmişdir. RAİK-nın qərarının təminatı olaraq, Şəki kənd Bələdiyyəsi 1.81 ha yararsız torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan yararlı yer ilə əvəz edilməsi barədə xx.xx.2004-cü il tarixli qərar qəbul etmişdir. Şəki kənd Bələdiyyəsi qərar əsasında yararsız torpaq sahəsinin əvəzinə bələdiyyənin ehtiyat fondundan yararlı torpaq sahəsi ayırmışdır. Hazırda həmin sahədən mübahisəsiz istifadə edirik. Əfsuslar olsun ki, bu günə kimi nə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na düzəliş edilmiş, nə ləğv edilmiş, nə də ayrılmış torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. xx.xx.1998-ci il tarixli JN462 serialı 40400068 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sahəsi 18131.00 kv.m. (1.81 ha) olan torpağa dair hissədə və AA seriyalı 000479 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilməli, faktiki istifadəmdə olan torpaq sahəsinə yeni “Torpaq sahəsinin planı və ölçüsü” işlənib verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, aqrar islahat komissiyalarının qərarı əsasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən tərtib edilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktlarına hər hansı düzəliş və ya dövlət aktının ləğv edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid olmadığından ərizəçiyə 22.11,2022-ci il tarixli **********90 saylı imtina məktubu verilmişdir. AA 000479 nömrəli, xx.xx.2013-cü il tarixli plan ölçü sənədinin verilməsinə əsas olmuş JN-462 nömrəli, 40400068 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı öz hüquqi qüvvəsini saxladığından həmin dövlət aktının ləğv edilməsi və ya düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi idarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyildir. Bundan əlavə qeyd olunmalıdır ki, 29 oktyabr 2013-cü il tarixdə Şəki rayonu, Şəki kəndində yerləşən 1,813 ha torpaq sahəsinə İddiaçı, X2, X5 ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli, **********33 reyestr nömrəli çıxarış verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. 3013006233 qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Şəki rayonu Şəki kəndində yerləşən 1.813 ha torpaq sahəsi üzərində X8, İddiaçı, X2 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

3. AA seriyalı 000479 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, X6 0.9065 ha, İddiaçı 0.4532 ha, X3 0.4532 ha torpaq sahəsi verilmişdir.

4. Şəki Rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2004-cü il tarixli 08 saylı iclas protokolunun çıxarışından görünür ki, İddiaçı 1.81 ha torpaq payının Şəki kənd bələdiyyəsinin razılığına əsasən bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlarla dəyişdirilməsi barədə yerli AİK-nın xx.xx.2000-ci il tarixli 23 saylı qərarı təsdiq edilmişdir.

5. Şəki kənd Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 18 saylı iclas qərarından görünür ki, İddiaçı 1.81 ha torpaq sahəsi verilmiş və mülkiyyət hüququ Bələdiyyəyə keçmiş pay torpaqları BEF-ə daxil edilmişdir.

6. Şəki rayon dövlət arxivinin xx.xx.2022-ci il tarixli 894 nömrəli məktubuna əlavə edilmiş arxiv çıxarışından görünür ki, İddiaçı 1.81 ha pay torpağı Şəki bələdiyyəsinin razılığı əsasında bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlarla dəyişdirilməsi barədə AİK-in xx.xx.2000-ci il tarixli 23 saylı iclasının qərarı ilə təsdiqlənmişdir.

7. 20.09.2013-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X1 ünvanında yerləşən 2.976 ha torpaq sahəsinin özünə məxsus ¼ hissəsini qardaşı X6 bağışlamışdır.

8. JN-464 KOD 40400068 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cİ il tarixli 41 saylİ qərarı ilə 2.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə verilmişdir.

9. Şəki rayonu Şəki kənd bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X9 və qeyrılərınin mülkiyyətinə verilmiş ilkin olaraq 2.98 ha torpaq sahəsi faktiki torpaq sahəsi ilə eynidir. X10 verilmiş 1.81 hissəsinin dəyişdirilməsi barədə Şəki kənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 18 saylı iclas qərarına əsasən dəyişdirilmiş yer faktiki X8 və başqalarının müvəqqəti istifadəsindədir və bələdiyyənin ehtiyat fond torpaqlarına aiddir. İstifadə olunan torpaq sahəsinin sərhəd qonşuları Azalova Hadyaxan, Əliyev Bazarbər Əmir oğlu və Xalapov Məhəmmədcandır.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı xx.xx.2013-cü il qeydiyyat tarixli ******* nömrəli çıxarışın, həmin çıxarışın əsası olan ilkin qeydiyyatın və xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və Şəki kənd Bələdiyyəsinin qərarına (P.Babayev adına YAİK-ın qərarları nəzərə alınmaqla) əsasən ayrılmış 1.813 ha torpaq sahəsi üzərində X8 və X7 ilə birlikdə ümumibirgə mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 41 saylı qərarı ilə 2.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Şəki kənd Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 18 saylı iclas qərarı ilə bələdiyyənin ehtiyat fonduna daxil edilmişdir. Bundan sonra Şəki Rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2004-cü il tarixli 08 saylı iclas protokolu ilə İddiaçı 1.81 ha torpaq payının Şəki kənd bələdiyyəsinin razılığına əsasən bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlarla dəyişdirilməsi barədə yerli AİK-nın xx.xx.2000ci il tarixli 23 saylı qərarı təsdiq edilmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi 23000 kv.m olub, döngə nöqtələri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla Şəki kənd bələdiyyəsinin BEF (bələdiyyənin ehtiyyat fond) torpaqlarına aiddir. İddiaçı naturada göstərdiyi torpaq sahəsi bildirdiyinə görə iddiaçı tərəfindən istifadə olunur. Faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Şəki Rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2004-cü il tarixli 08 saylı iclas protokolunun çıxarışından görünür ki,tərtib olunmuş yeni sənədlər əsasında Dövlət Aktlarında düzəliş aparılması DTXK-dən xahiş edilmişdir.Lakin araşdırma nəticəsində inzibati icraatın başa çatmaması səbəbindən belə düzəliş aparılmamışdır.Buna baxmayaraq natamam inzibati icraatın aparılması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Göründüyü kimi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə aqrar islahat zamanı JN-464 KOD 40400068 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən 2,98 ha torpaq sahəsi verilmişdir.Dövlət Aktının 462 planşetində 1,8131 ha torpaq sahəsi göstərilmişdir.Həmin topraq sahəsinin yerinin dəyişdirilməsinə dair müraciət YAİK tərəfindən təmin edilmiş,bələdiyyənin razılığı ilə bələdiyyənin ehtiyat fondundan həmin torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş,Dövlət Aktında qeyd edilən torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə verilmişdir.Mahiyyət etibarı ilə iddiaçının ümumibigə mülkiyyətinə verilən torpaq sahəsinin yerinin dəyişdirilməsi aqrar islahat nəticəsində həyata keçirilmişdir.Yəni hazırda çıxarış əsasında iddiaçının ümumi birgə mülkiyyət hüququ qeydə alınan topraq sahəsi iddiaçının mülkiyyətində deyil,bələdiyyə mülkiyyətindədir.Eyni qaydada yeri dəyişdirilmiş torpaq sahəsinin üzərində isə iddiaçının mülkiyyət hüququ qeydə alınmalı olduğundan ilkin çıxarış və texniki sənəd də ləğv edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən cavabdehin etirazının dəlillərini əsassız hesab edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2013-cü il qeydiyyat tarixli ******* nömrəli çıxarışın, həmin çıxarışın əsası olan ilkin qeydiyyatın və xx.xx.2013cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməlidir. Həmçinin Şəki kənd Bələdiyyəsinin qərarına (P.Babayev adına YAİK-ın qərarları nəzərə alınmaqla) əsasən ayrılmış 1.813 ha torpaq sahəsi üzərində X8 və X7 ilə birlikdə ümumi birgə mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2013-cü il qeydiyyat tarixli ******* nömrəli çıxarışın, həmin çıxarışın əsası olan ilkin qeydiyyatın və xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, Şəki RAİK-in xx.xx.2004-cü il tarixli qərarına əsasən yerinin dəyişdirilməsi təsdiq edilmiş 1.813 ha torpaq sahəsi üzərində X5 2/4 hissədə, X2 ¼ hissədə və İddiaçı ¼ hissədə mülkiyyət hüququnu qeydə alaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar