Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-76/2025 25.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Nümayəndə1, üçüncü şəxsin Vəkil, cavabdehin nümayəndəsi X14 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçıya məxsus ünvan 1ində yerləşən 0.28 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş olunaraq koordinatları TEKUİS məlumat bazasına uyğunlaşdırılması və X6 məxsus 1.49 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1ində yerləşən 0.28 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş olunaraq koordinatları TEKUİS məlumat bazasına uyğunlaşdırılması və X6 məxsus 1.49 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-452/2024 saylı qərardadı ilə X3 vərəsələri X8, X12 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinə əsasən, ünvan 1i ünvanında mülkiyyət hüququ üzrə iddiaçıya məxsus 0.28 ha torpaq sahəsi vardır. Torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixdə reyestrdən çıxarış ilə rəsmiləşdirilmişdir. İddiaçının torpaq sahəsinə (birləşik) qonşu üçüncü şəxs X4 məxsus 1.49 ha torpaq sahəsi vardır. Torpaq sahəsinə dair X2 mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınaraq çıxarış verilmişdir. X4 məxsus 1.49 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə iddiaçının istifadəsində və mülkiyətində olan 0.28 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları üst üstə düşür. Üçüncü şəxsin faktiki istifadə etdiyi torpaq sahəsi 1.49 ha torpaq sahəsindən artıqdır. Lakin üçüncü şəxs iddiaçının istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin özünə məxsus olduğunu iddia edərək iddiaçının istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edir. X4 məxsus 1.49 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları iddiaçıya məxsus və istifadəsində olan 0.28 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə üst-üstə düşdüyü üçün cavabdeh orqana müraciət olunmuşdur. Cavabdeh orqana ünvanlanmış ərizədə Zaqatala rayon Yuxarı Tala kəndində mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 0.28 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş olunaraq koordinatların TEKUİS məlumat bazasına uyğunlaşdırılması və X4 məxsus 1.49 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv olunması xahiş olunmuşdur. Cavabdeh orqan 09 avqust 2023-cü il tarixdə iddiaçının müraciətinə imtina cavabı vermişdir. Cavabdeh orqanın imtinasını əsassız hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır : İddiaçı İsayev X16 rayonu Yuxarı Tala kəndi ünvanında yerləşən 0,28 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin koordinatlarında düzəliş edilərək TEKUİS məlumat bazasına uyğunlaşdırılması və qonşu torpaq sahəsi ilə üst-üstə düşən X4 məxsus 1,49 ha torpaq sahəsinə aid çıxarışın ləğv edilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinin icrası ilə bağlı aparılmış araşdırma və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, ərizədə qeyd olunan məsələnin həlli “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığı üçün müraciətdə qaldırılan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi barədə ərizəçiyə xx.xx.2023ci il tarixli, 3-21-3-47/2-1-00xx-xx/2023 (**********27) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZ-İİ 367082 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
3. MH 000552 seriya nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1.49 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır.
4. RX ******* seriya nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.28 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
5. RX ******* seriya nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.98 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
6. AA 00182 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, ünvan 1ində yerləşən 1.49 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır.
7. A 341207 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, ünvan 1ində yerləşən 0.28 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
8. AN ******* seriya nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 və digərləri özlərinə məxsus torpaq sahəsini X1.
9. AN ******* seriya nömrəli xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 və digərləri özlərinə məxsus torpaq sahəsini X1.
10. JN-0992 KOD 40216018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə X13 və ailə üzvlərinə 1.49 ha torpaq sahəsi verilmişdir.
11. 08.01.2019-cu il tarixli daşınmaz əmlakən bağışlanması müqaviləsi İddiaçı özunə məxsus 0.70 ha torpaq sahəsini X17 bağışlamışdır.
12. JN-1286 KOD 40216018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə X15 və ailə üzvlərinə 0.98 ha torpaq sahəsi verilmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-2288/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, ünvan 1i üzrə torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı adı qeyd edilmişdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-3925/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.İddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı iddiaçıya məxsus ünvan 1ində yerləşən 0.28 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş olunaraq koordinatları TEKUİS məlumat bazasına uyğunlaşdırılması və X6 məxsus 1.49 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsindən ibarətdir. İddiaçı həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə qanunsuz olaraq verildiyini, bu baxımdan da çıxarışın ləğvini tələb edir. Hazırkı iddia ərizəsinə əsasən iddia tələbi iki hissədən ibarətdir :
1. X6 məxsus 1.49 ha torpaq sahəsinə dair verilmiş çıxarışın iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi;
2. İddiaçıya məxsus ünvan 1ində yerləşən 0.28 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş olunaraq koordinatları TEKUİS məlumat bazasına uyğunlaşdırılması; İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən mübahisələndirilən çıxarışa münasibətdə cavabdeh inzibati orqanın faktiki hərəkəti araşdırılmışdır. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-3925/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur : Mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən tikilmiş tikili TEKUİS məlumat bazasında İddiaçı və isayev MMC-nin mülkiyyətində olan 0.98 ha torpaq sahəsinin hududları daxilində yerləşir. A seriyalı 001182 Torpaq sahəsinin planı və ölçüsü sənədinə göstərilən 1.49 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla mülkiyyətçisi X5r və naturada istifadəsində olan 1.49 ha torpaq sahəsi digər mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşmür. A seriyalı 341207 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.28 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla mülkiyyətçisi İddiaçıdur və naturada istifadəsində olan 0.28 ha torpaq sahəsi digər mülkiyyətçilərin torpaq sahələri ilə ust-üstə düşmür. Faktiki istifadə olunan 1.48 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən ust-üstə düşür ancaq A seriyalı 001182 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən cizgilərlə faktiki istifadə olunan Torpaq sahəsi isə qismən üst-üstə düşür. Faktiki istifadə olunan 0.28 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən üst-üstə düşür ancaq A seriyalı 199824 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən cizgilrlə faktiki istifadə olunan torpaq sahəsi isə qismən üst-üstə düşür. Hazırkı mübahisəyə əsasən iddiaçının istinad etdiyi dəlilər üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin faktiki olaraq mülkiyyətində olan sahədən artıq olması,o cümlədən qeydə alınmış hüququnun iddia olunan torpaq sahəsinin üst-üstdə düşməsindən ibarətdir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edərək qeyd edir ki,iddiaçının Dövlət Aktının cizgiləri daxilində yerləşən torpaq sahəsi ilə onun mülkiyyətinə verilən torpaq sahəsinin fərqliliyi mövcud deyildir.Eyni vəziyyət üçüncü şəxsin qeydə alınmış hüququna münasibətdə də mövcuddur.TEKUİS faktiki istifadə vəziyyətini tənzimlədiyi halda cavabdeh inzibati orqan faktiki istifadənin mübahisəsiz və qanuni olmasını,o cümlədən sahənin azalmaya səbəb olmamasını nəzərə almalıdır. Odur ki,iddiaçının alqı-satqı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsini deyil,qanunsuz faktiki istifadəsinə (zəbtinə) əsaslanan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsassızdır.Yəni,iddianın rədd olunmasının əsası iddia olunan torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahəsi ilə eyni olmaması ilə bağlıdır. Beləliklə, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək iddianı əsassız hesab edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Fərmanın 2.3.1 və 2.3.2-ci bəndlərinə əsasən torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi
1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi;[39] kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyşdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması; torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-smeta sənədlərinin hazırlanması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.
4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.
5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Hazırkı mübahisəyə əsasən iddiaçının istinad etdiyi dəlilər üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin faktiki olaraq mülkiyyətində olan sahədən artıq olması,o cümlədən qeydə alınmış hüququnun iddia olunan torpaq sahəsinin üst-üstdə düşməsindən ibarətdir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edərək qeyd edir ki,iddiaçının Dövlət Aktının cizgiləri daxilində yerləşən torpaq sahəsi ilə onun mülkiyyətinə verilən torpaq sahəsinin fərqliliyi mövcud deyildir.Eyni vəziyyət üçüncü şəxsin qeydə alınmış hüququna münasibətdə də mövcuddur.TEKUİS faktiki istifadə vəziyyətini tənzimlədiyi halda cavabdeh inzibati orqan faktiki istifadənin mübahisəsiz və qanuni olmasını,o cümlədən sahənin azalmaya səbəb olmamasını nəzərə almalıdır. Odur ki,iddiaçının alqı-satqı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsini deyil,qanunsuz faktiki istifadəsinə (zəbtinə) əsaslanan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsassızdır.Yəni,iddianın rədd olunmasının əsası iddia olunan torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahəsi ilə eyni olmaması ilə bağlıdır. Nəticə etibarı ilə iddiaçı ona ayrılmamış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün üçüncü şəxsin alqı-satqı qaydasında əldə etdiyi mülkiyyət hüququnu mübahisələndirir.Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki,üçüncü şəxsə məxsus çıxarış ilkin hüquqmüəyyənedici sənədə əsasən düzgün tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı :
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçıya məxsus ünvan 1ində yerləşən 0.28 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarına düzəliş olunaraq koordinatları TEKUİS məlumat bazasına uyğunlaşdırılması və X6 məxsus 1.49 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə