Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-760/2022 07.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, İddiaçı və cavabdehin nümayəndəsi X16 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixdə iddiaçı və ailə üzvlərinə təyin olunmuş 207,46 manat məbləğdə sosial yardımın cavabdeh tərəfindən “ailə tərkibi düzgün göstərilməməsi” səbəbi ilə xx.xx.2021-ci il tarixdə qanunsuz dayandırılması haqqında qərarın, həmin səbəbdən ailəsinin sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması haqqında qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixdə iddiaçı və ailə üzvlərinə təyin olunmuş aylıq 207,46 manat aylıq məbləğin xx.xx.2021-ci il tarixdən bərpa edilərək aztəminatlı ailəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə iddiaçı və ailə üzvlərinə təyin olunmuş 207,46 manat məbləğdə sosial yardımın cavabdeh tərəfindən “ailə tərkibi düzgün göstərilməməsi” səbəbi ilə xx.xx.2021-ci il tarixdə qanunsuz dayandırılması haqqında qərarın, həmin səbəbdən ailəsinin sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması haqqında qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixdə iddiaçı və ailə üzvlərinə təyin olunmuş aylıq 207,46 manat aylıq məbləğin xx.xx.2021-ci il tarixdən bərpa edilərək aztəminatlı ailəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, 10 fevral 2020-ci il tarixdə **********88201 nömrəli ərizəbəyənnamə ilə VEMTAS-a müraciət edən zaman Qaydaların 1.3-cü bəndində göstərilmiş aidiyyəti qurumların informasiya ehtiyatlarına sorğular göndərib iddiaçının ailə tərkibində heç bir uyğunsuzluq aşkarlamayan VEMTAS Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, iddiaçının ailəsinin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə DSMF-nin Mingəçevir şəhər Şöbəsinin ünvanlı sosial yardım üzrə işçisinə tapşırıq göndərmiş və iddiaçının aztəminatlı ailəsinə 1 fevral 2020-ci il tarixdə hər ay 207,46 manat olmaqla 2 il müddətinə sosial yardım təyin edilmişdir. İddiaçının atası X22 Bakı şəhərində dülgər işləyir. İddiaçının atasına qulluq edən iddiaçının anası Bakı şəhərində Elxan Əliyevlə birgə yaşayır. Bakı şəhərində atasına qulluq edən iddiaçının anası Mingəçevir şəhərinə öz mənzilinə gəlir, müəyyən müddət qaldıqdan sonra yenə Elxan Əliyevə qulluq etmək üçün Bakı şəhərinə gedir. Cavabdehin nümayəndələri iddiaçının anası Mehriban Əliyevanı mənzildə görmüş və “ailə tərkibinin düzgün göstərilməməsi” səbəbilə xx.xx.2020-ci il tarixdə iddiaçıya təyin olunmuş aylıq 207,46 manat sosial yardımın verilməsini xx.xx.2021-ci il tarixində dayandırmış və bir il müddətinə ailənin sosial yardım almaq hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı cavabdehin qərarları ilə razılaşmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddia tələbinə edilən xx.xx.2022-ci il tarixli **********4 nömrəli etirazda qeyd edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı iddiaçının anasının onunla birgə yaşaması müəyyən edilmiş və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq, yəni ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunması səbəbi ilə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirmişdir. Qeyd edək ki, iddiaçı X19 və X23 müraciət edərkən ailə üzlərinin özü - İddiaçı, oğulları - X17 və X7 ibarət olduğu bildirilmişdir. Ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı iddiaçının anası X1, 20 Yanvar küçəsi ev 166 mənzil 10 ünvanında yaşadığını bildirmiş və buna uyğun olaraq tərtib olunmuş Aktı imzalamışdır. Bu hal isə ailə tərkibinin düzgün göstərilmədiyini sübut edir. Eyni zamanda iddiaçı məhkəmə iclasında bildirmişdir ki, 2022-ci İlin fevral ayında VEMTAS-a müraciət edərkən, anası X6 “Ailənin yaşadığı mənzildə (fərdi evdə) digər ailənin üzvləri yaşayırmı” xanasında “bəli” kimi qeyd etdiyini bildirmişdir. Halbuki, iddiaçı anasının onlarla birgə yaşamadığını və həmin vaxt Bakı şəhərindən qonaq gəldiyini bildirmişdir. Bu isə öz növbəsində X5 qeyd olunan ünvanda yaşadığını təsdiq edir. İddiaçı anası X9 onlarla birgə yaşaması birbaşa birgə təsərrüfat aparmasını özündə ehtiva edir. Belə ki. iddiaçının yaşadığı ünvan 3 ünvanı 1 otaqlı mənzildən ibarətdir. X5 həmin bir otaqlı mənzildə yaşayaraq ayrı təsərrüfat aparması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Göründüyü kimi iddiaçının anasının qeyd olunan mənzildə onlarla birgə yaşamasını təsdiq edərək Aktı imzalaması, iddiaçının xx.xx.2021-ci il tarixli məhkəmə iclasında özünün etirafına əsasən ikinci müraciətində anasının onlarla birgə yaşayan şəxs kimi qeyd etməsi cavabdeh tərəfindən 01 02.2020-ci il tarixdə iddiaçı və ailə üzvlərinə təyin olunmuş 207.46 manat məbləğdə sosial yardımın “ailə tərkibi düzgün göstərilməməsi” səbəbi ilə xx.xx.2021-ci il tarixdə dayandırılması və həmin səbəbdən ailəsinin sosial vardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması haqqında qəbul olunmuş xx.xx.2021-ci il tarixli qanuni və əsaslı olduğu təsdiq edir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisəli qərar iddiaçıya təqdim edilməmiş, cavabdeh qərarın iddiaçıya təqdim olunması barədə sübut təqdim etməmişdir, iddiaçı məhkəməyə poçt vasitəsi ilə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddətin ötürüldüyü müəyyən edilməmişdir. İş materiallarında olan: “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat” sənədində ailəni təmsil edən şəxs qismində İddiaçı göstərilmiş, ailə üzvləri iddiaçının övladları X17 və X15 olmaqla qeyd olunmuşdur. Fondun 17 saylı regional ərazi filialı tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixədək VEMTAS-da ÜDSY-i təyinatı almış işlərin monitorinq nəticəsində dayandırılmasına səbəb olan hallar barədə məlumat vərəqindən görünür ki, iddiaçıya təyin olunmuş ÜDSY xx.xx.2021-ci il tarixdə dayandırılmış, səbəb kimi ailə tərkibi barədə məlumatın düzgün göstərilməməsi qeyd olunmuşdur. Belə ki, müayinə zamanı təmsilçinin anasının bu ünvanda yaşadığı aşkar olunmuş, ancaq VEMTAS-da qeyd edilməmişdir. İddiaçı anası tərəfindən heç bir aktın imzalanmadığını bildirmişdir. İş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-760/2022 nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş 4/698 nömrəli ekspert rəyinin tədqiqatın nəticə hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 62-ci vərəqində olan xx.xx.2021-ci il tarixli ailənin maddi - məişət şəraitinin müayinəsi barədə məlumatın arxa tərəfinin aşağı sağ hissəsində “Əliyeva Mehriban (anası)” yazılarının aşağısında olan imza - X8 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 62-ci vərəqində olan xx.xx.2021-cı il tarixli ailənin maddi - məişət şəraitinin müayinəsi barədə məlumatın arxa tərəfinin aşağı sağ hissəsində "Əliyeva Mehriban (anası)” yazıları - X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanuni qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X19 və X25 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları’na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 9.0cı maddəsinə əsasən sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: 9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində aşayan şəxslər); 9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 9.0.4. axtarışda olan şəxslər; 9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2-ci bəndinə görə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.5-ci bəndinə görə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.6-cı bəndinə əsasən sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır: 3.6.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 3.6.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 3.6.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 3.6.4. axtarışda olan şəxslər; 3.6.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları; 3.6.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X12 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Beləliklə məhkəmə araşdırması və iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş Ailənin maddiməişət şəraitinin müayinəsi barədə məlumatda iddiaçının ailə tərkibi barədə məlumatları düzgün göstərməməsi öz təsdiqini tapmışdır. Odur ki, cavabdehin hərəkətləri qanunvericiliyə uyğun olmaqla, inzibati orqan olaraq qarşısında qoyulmuş məqsəd və prinsiplərə zidd olmamışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli "Ekspertiza xərclərinə dair bildiriş"ə əsasən, aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 124 manat təşkil edir. Məhkəmə bu qənaətə gəlir ki, məhkəmə-xətşünaslıq ekspertizası üzrə 124 manat məbləğdə prosessual xərciddiaçıya aid edilməli və göstərilən məbləğlər onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixdə iddiaçı və ailə üzvlərinə təyin olunmuş 207,46 manat məbləğdə sosial yardımın cavabdeh tərəfindən “ailə tərkibi düzgün göstərilməməsi” səbəbi ilə xx.xx.2021-ci il tarixdə qanunsuz dayandırılması haqqında qərarın, həmin səbəbdən ailəsinin sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması haqqında qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixdə iddiaçı və ailə üzvlərinə təyin olunmuş aylıq 207,46 manat aylıq məbləğin xx.xx.2021-ci il tarixdən bərpa edilərək aztəminatlı ailəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspert rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilsin. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 124 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X20 142595, büdcə səviyyəsinin kodu 3, X11, kod: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi hesab AZ34CTRE******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(116)-760/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-760/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver