Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-761/2020 20.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X6 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “X4 Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxxx 1956-cı il tarixində Göyçay rayonu Bığır kəndində anadan olmuş və hal-hazırda həmin ünvanda yaşayır. 21 iyun 1977-ci il tarixdə 1954-cu il təvəllüdlü X5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. 1990-cı il tarixdə həyat yoldaşı X5 vəfat etmişdir. 29.01.2020-ci il tarixdə yaşa görə sosial müavinətdən ailə başçısını itirən kimi əmək pensiyasına keçmək üçün cavabdeh orqan DSMF-nin Göyçay rayon şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin mərhum həyat yoldaşı X4 adına əmək kitabçası açılmadığı üçün cavabdeh orqan bundan imtina etmişdir. Mərhum həyat yoldaşı X5 21.12.1978- 06.08.1990-cı illərdə Göyçay rayon Bığır narçılıq sovxozunda işləmişdir. İddiaçı bu stajı təsdiq edən arayışı X7 filialından əldə edib cavabdehə təqdim etmiş, lakin cavabdeh arxiv arayışına əsasən ailə başçısını itirən kimi pensiya təyin etməyin qanuna müvafiq olmadığını bildirmişdir. Cavabdehin etirazı: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (08.10.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) İV fəslinin 4.2.7-ci maddəsinə əsasən Pensiya sektorunun məsləhətçisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. X3 21.12.1978-ci il tarixdən 06.08.1990-cı il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. A.Məmmədovun iş stajı aşağıdakı kimidir: 1973.05.01-1975.05.01 = 2 il 0 ay 0 gün - hərbi xidmət illəri (mübahisələndirilməyən illər) 1978.12.21-1990.08.06 = 11 il 7 ay 15 gün (mübahisələndirilən illər) Ümumi staj: 13 il 7 ay 15 gün X4 (vəfat edən günədək 7 il sosial sığorta stajı tələb olunurdu) 21.12.1978-ci il tarixdən 06.08.1990-cı il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı X2 (61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyasına hüququ yarandığı üçün) ailə başçısını itirən kimi əmək pensiya almaq hüququ yarana bilər. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Göyçay rayon şöbəsinin 30.01.2020-ci il tarixli **********9 nömrəli imtina məktubu, Milli Arxiv İdarəsi X7 Filialının 23.01.2020-ci il tarixli 29 nömrəli arxiv arayışı, Nikahın bağlanması haqqında İ- ЖГ seriyalı 274787 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Ölüm haqqında İİİ-ЖГ seriyalı 462638 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, DSMF-nin Göyçay rayon şöbəsinin 10.03.2020-ci il tarixli **********2 nömrəli məktubu, DSMF-nin Göyçay rayon şöbəsinin 22.06.2020-ci il tarixli **********5 nömrəli məktubu, 05.02.2020-ci il tarixli akt, İddiaçının 151304 nömrəli şəxsi işi, Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 16.11.2018-ci il tarixli 583 nömrəli Qərarın təsdiqlənmiş surəti, Göyçay rayon İHB-nın Bığır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 692 nömrəli arayışın təsdiqlənmiş surəti, 18.10.2018-ci il tarixli xidməti məktubun təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 21.12.1978-ci il tarixdən 05.07.1990-cu il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda avtotraktor parkına ehtiyat sürücü fəaliyyəti ilə məşğul olmuşdur. Bu fakt Milli Arxiv İdarəsi X7 Filialının 23.01.2020-ci il tarixli 29 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Cavabdehin 22.06.2020-ci il tarixli məktubundan görünür ki, X3 21.12.1978-ci il tarixdən 06.08.1990-cı il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. X4 (vəfat edən günədək 7 il sosial sığorta stajı tələb olunurdu) 21.12.1978-ci il tarixdən 06.08.1990-cı il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı X2 (61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyasına hüququ yarandığı üçün) ailə başçısını itirən kimi əmək pensiya almaq hüququ yaranacaqdır. Göründyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı mərhum ərinin Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən hüquq normasını hazırkı tələbin faktiki hallarına tətbiq etdikdə müəyyən edilir ki, iddiaçının mərhum əri 27.06.1954-cü ildə anadan olduğundan və 15.07.1990-cı ildə vəfat etdiyindən onun vəfat etdiyi günə 36 yaşı olmuşdur. Mərhumun əmək qabiliyyətli dövrün 15 yaşdan başladığını nəzərə alıb həmin illəri çıxdıqda onun 21 il əmək qabiliyyətli dövrü olmuş olur və həmin illərin hər ilinə görə 04 ay sığorta stajı hesablandıqda 7 il sığorta stajı olmuş olur. İddiaçının mərhum ərinin qanunun yuxarıda qeyd edilən müddəasında tələb ediləndən artıq (13 il 6 ay 15 gün) sığorta stajı mövcud olur. (1973.05.01-1975.05.01 = 2 il - hərbi xidmət illəri (mübahisələndirilməyən illər) və 1978.12.21-1990.07.05 = 11 il 6 ay 15 gün (mübahisələndirilən illər)) İddiaçı xx.xx.1956-cı il tarixdə doğulduğundan onun 11.10.2016-cı il tarixdə 60 yaşı tamam olmuş, 2018-ci ilin aprel ayında qadınlar üçün tələb edilən 61 yaş 06 ay pensiya yaşı olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh etirazında mərhum X1 düzgün hesablamamışdır. Arxiv arayışından müəyyən olunur ki, X5 06.08.1990-cı il tarixli 81 nömrəli əmrlə 050.07.1990-cı il tarixində vəfat etdiyi üçün işdən azad edilmişdir. Cavabdeh isə əmrin tarixini mərhumun işdən azad edilmə günü ilə səhv salmışdır. Lakin qeyd edilən səhv iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq üçün mərhumun ümumi tələb olunan stajına münasibətdə əsaslı təsir göstərmədiyi üçün əhəmiyyətsiz hesab olunur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə mərhum X4 21.12.1978-ci il tarixdən 05.07.1990-cı il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı mərhum əri X4 21.12.1978-ci ildən 05.07.1990-cı ilə qədər Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin olunmur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-761/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-761/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver