Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-761/2023 03.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ona verilmiş xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziyanın ləğv edilməsi hissəsinində ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ona verilmiş xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziyanın ləğv edilməsi hissəsinində ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azerbaycan Respublikasının Mərkəzi Bankının verdiyi xx.xx.2013-cü il tarixli 000923 nömreli lisenziya esasında sığorta agenti fəaliyeti ilə məşğul olur və vergi organlarında ********** nömreli VÖEN-lə uçotdadır. Lakin cavabdeh Azerbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli qərarı ilə 28 nəfərin, o cümlədən də mənim həmin lisenziyam ləğv edilmişdir. Qeyd edilen qerarda lisenziyanın ləğv edilməsinin səbəbi kimi lisenziya sahiblarinin lisenziyalarının qüvvesinin dayandırılmasına esas vermiş halları müəyyən edilmiş müddətda aradan qaldırmamaları göstərilmişdir. Qeyd olunanlara əsaslanaraq iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, Bununla bağlı əvvəla bildirilir ki, "Sığorta fəaliyyati haqqında” Azərbaycan Respublikası Qanununun 93.2-3-cü maddəsinə görə hüquqi şəxs olan sığorta brokerləri va müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslar istisna olmaqla, sığorta vasitəçilari müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ila bağlı rüblük hesabatı rüb başa çatdıqdan sonra 20 gün müddətində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyan etdiyi formada Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər. Mərkəzi Bankın xx.xx.2013-cü il tarixli, 000923 nömrəli lisenziyası əsasında sığorta agenti kimi fəaliyyat göstərən İddiaçı İsgəndar oğlu 2022-ci ilin 1-ci rübü üzrə hesabatı həmin müddətdə Mərkəzi Banka təqdim etmədiyinə görə lisenziyanın qüvvasinin dayandırılması üçün xx.xx.2022-ci il tarixda inzibati icraata başlanılmış və 01.16-3-2022- 5640 nömrəli maktubla iddiaçıya bu baroda malumat verilməklə xx.xx.2022-ci il tarixdə Mərkəzi Banka dəvət edilməsi bildirilmişdir. Qeyd edilən məktub sifarişli poçtla iddiaçının yaşadığı ünvana göndərilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən imza edilməklə şəxsən qəbul olunmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən xahiş edirik ki, hazırki iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı "inzibati aktın ləğv edilməsi"nə dair iddia tələbi mümkün sayılmasın.Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə tədqiqatı zamanı tədqiq edilmiş: Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, qərarın ləğvi ilə bağlı iddia ərizəsini xx.xx.2022-ci il tarixində məhkəməyə vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün olsa da, əsassızdır. Aşağıdakı normaları işin hallarınaa tətbiq edən məhkəmə iddianı əsassız hesab edir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə əsasən sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi bu Qanunla müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən həyata keçirilir. Həmin Qanunun 82.1-ci maddəsində əsasən sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir. Qanunun 93.2-3-cü maddəsində deyilir ki,sığorta vasitəçiləri fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Qanunun 103.1.3-ci maddəsində qeyd olunan “lisenziyanın qüvvəsini dayandırmaq” Mərkəzi Bankın tətbiq etdiyi sanksiyalardan biri olaraq təsbit edilmişdir. Lisenziyanın qüvvəsinin dayandırılması barədə Qanunun 106.1.10-ci maddəsində sığorta vasitəçisinin bu Qanunun 88.3-cü və (və ya) 93.2-3-cü maddələrinin tələblərinə riayət etməməsi göstərilmişdir. İşin məhkəmə tərəfində araşdırılan hallarına əsasən müəyyən edilir ki,cavabdeh inzibati orqan tərəfindən 05 may 2022-ci il tarixdə iddiaçıya hesabatların təqdim edilmədiyi barədə xəbərdarlıq məktubu göndərilərək xx.xx.2022-ci il tarixdə görüşə dəvət olunmuşdur.Həmin məktubun nəticəsinə əsasən 31 may 2022-ci il tarixli “lisenziyanın qüvvəsini dayandırmaq” haqqında qərar qəbul edilmiş,elektron və kağız daşıyıcıda aidiyyəti üzrə təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya müəyyən edilmiş müddət ərzində dayandırılmaya əsas olan halların aradan qaldırılmadığı barədə xəbərdarlıq məktubu göndərilərək xx.xx.2022-ci il tarixdə görüşə dəvət olunmuşdur. Yekun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankın İdarə Heyəti xx.xx.2022ci il tarixli İclasının 44 saylı Protokoluna əsasən iddiaçı və qeyrilərinin lisenziyanın ləğvi barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə qərarın qanuni və əsaslı olması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən tələb olunan hesabatların təqdim edilmədiyi,barəsində qəbul edilmiş “lisenziyanın dayandırılmasına dair” qərarın mübahisələndirilmədiyi müəyyən edilmişdir. Məhkəmə, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı cavabdehin xx.xx.2022-ci il tarixli qərarının iddiaçıya aid hissəsinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamaldır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının və ona verilmiş xx.xx.2013-cü il tarixli 000923 nömrəli lisenziyanın ləğv edilməsi hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-761/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-761/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver