Məhkəmə qərarları › İş №2-1(116)-762/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-762/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-762/2020 12.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri, X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X9 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri, X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X9 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Yevlax rayonu, Dəlləklər kəndində anadan olmuşdur. Əmək pensiyası almaq hüququ yaranan tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya təyin edilməsi üçün müvafiq sənədləri DSMF-nin Yevlax rayon şöbəsinə təqdim edərək rəsmi müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının işlədiyi müəssisələrin hüquqi ünvanlarının olmamasını, sənədlərin Dövlət Arxivində saxlanılmamasını və bu səbəblə də əmr kitabları, əməkhaqqı cadvəllərinin əldə edilə bilməməsini əsas gətirərək müraciəti rədd etmişdir. Cavabdehin münasibəti: İddiaçı iddia tələbində qeyd etdiyi müəssisələrdə işləmişdir, lakin hazırda həmin müəssisələrin hüquqi ünvanı məlum olmadığına, sənədlərin Dövlət Arxivində saxlanılmadığına görə ona əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Vətəndaşın mübahisələndirilməyən iş stajı olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, DSMF-nin Yevlax şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli imtina məktubu, əmək kitabçasının təsdiq edilmiş surəti, Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 06/11 nömrəli və xx.xx.2020-ci il tarixli 85 nömrəli məktubları, Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli 5/599 nömrəli məktubu, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********880300 nömrəli məktubu, Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli 216 nömrəli məktubu, DSMF-nin Yevlax şəhər şöbəsinin xx.xx.2020ci il tarixli **********4 və xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu, Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışı aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İddiaçı əmək pensiyası almaq hüququ yarandıqdan sonra rəsmi qaydada cavabdehə müraciət etmişdir. Təqdim etdiyi sənədlərdə əmək kitabçasının olmasına baxmayaraq cavabdeh orqan müəssisələrin hüquqi ünvanlarının olmadığını, sənədlərin arxiv idarələrində saxlanılmadığını və beləliklə əmr kitabları və əməkhaqqı cədvəllərinin əldə edilə bilməməsi səbəbindən pensiya təyin edilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 06/11 nömrəli məktubundan görünür ki, iddiaçının işlədiyi müəssisələrin əmr kitabları və əməkhaqqı cədvəlləri arxivə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli 216 nömrəli arxiv arayışından iddiaçının xx.xx.1976-cı il tarixli, 78 nömrəli əmrlə xx.xx.1976-ci il tarixdən TBO-ya 1-ci dərəcəli parçatəmizləyici vəzifəsinə işə qəbul olunması və xx.xx.1978-ci il tarixdən öz ərizəsi ilə işdən azad olunması, 1976-cı ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1977-ci il və 1978-ci ilin yanvar, fevral, mart aylarına dair əməkhaqqı cədvəllərində əməkhaqqı hesablanması barədə məlumatların olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli Ə-16 nömrəli arxiv arayışından “Azərbaycan respublikası Əli Bayramov adına tikiş istehsalat birliyi”nin arxiv fondunda mühafizə edilən şəxsi heyət üzrə əmr kitablarında və işdən azad olunanların şəxsi kartoçkalarında İddiaçı (əmr 422 ş/h, xx xxxxxxx 1974-cü il) tikişçi-şagird vəzifəsinə işə qəbul edildiyi, ( əmr 540 ş/h, xx xxxxxx 1974-cü il) 1-ci dərəcəli tikişçi vəzifəsinə keçirildiyi, (əmr 437, xx xxxxxxx 1974-ci il) işdən azad olunduğu müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətində onun iddia tələbində qeyd etdiyi müəssisələrdə işlədiyi və əmək kitabçasında iş dövrü barədə qeydlərin düzgün və dəqiq aparıldığı müəyyən edilmişdir. Eləcə də, iş materiallarında olan DSMF-nin Yevlax şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan iddiaçının həmin müəssisələrdə işləməsi, xx.xx.2020-ci il tarixdən əmək pensiyası hüququnun yaranması qeyd edilmiş, həmin müəssisələrdə iş stajının 28 il 4 ay 8 gün təşkil etdiyi, ümumilikdə isə iş stajının əmək kitabçasında 28 il 10 ay 8 gün olduğu müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müəssisələrdə işlədiyi müddətlər onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X6” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri, X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X9 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərclər olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və X5 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri, X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X9 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəli qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar