Məhkəmə qərarları › İş №2-1(116)-765/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-765/2021

04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-765/2021 04.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “01.06.2017-ci il tarixədək işlədiyi dövrlərin 25 ildən az olmaması, qaynaqçı kimi işlədiyi dövrlərin ən azı 12 il 6 ay hesablanaraq güzəştli iş stajı kimi hesablanması və hüququnun yarandığı 01.06.2017-ci il tarixdən pensiya təyin olunan tarixədək olan dövrün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01.06.2017-ci il tarixədək işlədiyi dövrlərin 25 ildən az olmaması, qaynaqçı kimi işlədiyi dövrlərin ən azı 12 il 6 ay hesablanaraq güzəştli iş stajı kimi hesablanması və hüququnun yarandığı 01.06.2017-ci il tarixdən pensiya təyin olunan tarixədək olan dövrün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07.09.1958-ci ildə Zərdab rayonu Bıçaqçı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1976-cı ildə peşə məktəbinə daxil olmuş, həmin ilin dekabr tarixində elektrosvarşik ixtisası üzrə təhsil almışdır. 1977-1979-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və əmək kitabçasında göstərildiyi kimi bu günədək qaynaqçı vəzifəsində işləyir. O, yaşa görə əmək pensiyasına çıxmaq üçün lazımi sənədləri toplayaraq ərizə ilə cavabdehə müraciət etmiş, lakin 03.02.2021-ci il tarixli məktubla cavabdeh bundan imtina etmişdir. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 21.04.2021-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq hazırki işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olması bildirilmiş, məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 10 gün müddətində vaxt təyin edilmişdir. İddiaçı tərəfindən müvafiq hüquqi yardım məktubu 19.05.2021-ci il tarixdə poçt vasitəsilə qəbul edilməsinə baxmayaraq, ötən müddət ərzində məhkəmənin mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hazırki iddia tələbinə baxmaq üçün özünü səlahiyyətli hesab etmir və hesab edir ki, iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi inzibati orqan kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yönəlmişdir və mübahisələndirilən hal cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi ilə bağlıdır. Yəni, iddianın növü “öhdəliyin icrası haqqında”-dır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hüquqi ünvanı (Bakı şəhəri, Z.Bünyadov prospekti 43) Bakı şəhəri ərazisində yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli qərarının 15.1-ci bəndinə əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “01.06.2017-ci il tarixədək işlədiyi dövrlərin 25 ildən az olmaması, qaynaqçı kimi işlədiyi dövrlərin ən azı 12 il 6 ay hesablanaraq güzəştli iş stajı kimi hesablanması və hüququnun yarandığı 01.06.2017-ci il tarixdən pensiya təyin olunan tarixədək olan dövrün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 16.3, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “01.06.2017-ci il tarixədək işlədiyi dövrlərin 25 ildən az olmaması, qaynaqçı kimi işlədiyi dövrlərin ən azı 12 il 6 ay hesablanaraq güzəştli iş stajı kimi hesablanması və hüququnun yarandığı 01.06.2017-ci il tarixdən pensiya təyin olunan tarixədək olan dövrün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar