Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-766/2020 18.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin Cavabdehnə qarşı “Cavabdeh 29.12.2017-ci il tarixli, 123 nömrəli sərəncamının ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı-nin rəhbəri X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh 29.12.2017-ci il tarixli, 123 nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 16.03.2001-ci il tarixdə 10/202 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində qeydiyyata alınmışdır. Əsas fəaliyyət istiqaməti ölkə qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarətdir. Vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır və qeydiyyat nömrəsi **********-dir. İddiaçı qanunla qadağan olunmayan fəaliyyət növü kimi qum-çınqıl istehsalı və satışı ilə məşğul olmuşdur. Bu məqsədlə Cavabdeh başçısının 25.04.2014-cü il tarixli, 68 saylı sərəncamı ilə 5 hektar torpaq sahəsi qum-çınqıl istehsalı və 11 hektar torpaq sahəsi isə su hövzəsində balıqçılığın inkişafı üçün İddiaçı-yə ayrılmışdır. İddiaçı 2018-ci ilin iyun ayına kimi normal istehsalat fəaliyyəti ilə məşğul olmuşdur. MMC həmçinin nohur balıqçılığı və balıqartırma fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən akvakultura təsərrüfatına 07.05.2017-ci il tarixli icazə sənədi almışdır. 02.06.2018-ci ildə Göyçay çayı üzərində körpü uçmuşdur. Ona görə də həmin hadisədən sonra bütün ölkə üzrə olduğu kimi iddiaçının da qum-çınqıl karxanasının fəaliyyəti dayandırılmışdır. 2018-ci ilin avqust ayında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İddiaçı-də yoxlamalara başlamışdır. Bundan sonra Cavabdeh iddiaçını icra hakimiyyətinə dəvət edərək İddiaçı-yə verilmiş torpaq sahəsinin geri alınması haqqında 29.12.2017-ci il tarixli, 123 saylı sərəncamın surətini təqdim etmişdir. Sərəncamın 2-ci bəndinə əsasən qumçınqıl istehsalı üçün ayrılmış 5 hektar sahənin və balıqçılığın inkişafı üçün ayrılmış 11 hektar sahənin geri alınaraq dövlət ehtiyat fonduna qaytarılması qərara alınmışdır. Sonradan yoxlama materialları istintaqa verilmiş və istintaq materialları Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 27.11.2018-ci il tarixli, 1(051)-122/2018 nömrəli hökmü ilə iddiaçıya 2 il sınaq müddəti təyin edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.02.2019-cu il tarixli, 1(107)-57/2019 saylı hökmü ilə Mingəçevir şəhər Məhkəməsinin 27.11.2018-ci il tarixli, 1(051)-122/2018 nömrəli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə bir uzun və ağrılı proseslərdən sonra Cavabdeh 29.12.2017ci il tarixli 123 saylı sərəncamının ləğvi üçün məsələ qaldırmağa imkan olmamışdır. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh başçısının 25 04.2019-cu il tarixli 68 nömrəli Sərəncamı ilə Kür çayının su hövzəsi yaxınlığında 5 ha torpaq sahəsi qum-çınqıl istehsalı, 10 ha isə balıqçılığın inkişafı üçün ayrılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.05.2017-ci il tarixli 17/2322-31/12/10 nömrəli tapşırığının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 05.06.2017-ci il tarixli əmri iiə komissiya yaradılmış və komissiya tərəfindən Respublikanın ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının Respublikanın ekoloji təhlükəsizliyinə və infrastruktur obyektlərinə mənfi təsirinin təhlili və təkliflərin verilməsi məqsədi ilə qeyd olunan karxanalarda və çay hövzələrində 12.06.2017-ci il tarixdən 31.07.2017-ci il tarixədək monitorinq keçirilmiş və müvafiq araşdırma işləri aparılaraq Nazirlər Kabinetinə təqdim olunması üçün araşdırmanın nəticəsini əks etdirən arayış tərtib olunmuşdur. 10 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş nazirinin müavini cənab Abid Şərifovun yanında aidiyyəti Nazirliklərin və idarələrin rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda, arayışda göstərilən faktlar müzakirə olunmuşdur. İclasda qeyd edilmişdir ki, qum-çınqıl karxanalarının fəaliyyətləri nəticəsində Mingəçevir qum-çınqıl yatağının yerləşdiyi çayın suyunun ciddi çirklənməsi, məcralardan su itkilərinin artması, sahil zolağında məcraların kütləvi şəkildə dayanıqlığının itirilməsi, daşqın təhlükəsinin və zərərlərin dəfələrlə artması, külli miqdarda münbit torpaq sahələrinin yararsız vəziyyətə düşməsi, hövzə bazasında ekologiyanın ciddi şəkildə korlanması, flora və faunanın məhv olması halları baş vermişdir. İclasın protokolunun 9-cu bəndi ilə yerli İcra Hakimiyyəti başçılarına tapşırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18.09.2001-ci il tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11.09.2015-ci il tarixli 593 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınmadan faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair Sərəncamlar ləğv edilsin. Yuxarıda göstərilən faktlar Cavabdeh başçısının 29 dekabr 2017-ci il tarixli 123 №li Sərəncamının əsaslandırıcı hissəsində də qeyd edilmişdir. İddiaçı iddia ərizəsində “İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsindən sitat gətirərək İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulmas: ilə və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş aktın qanunsuz sayılmasını göstərir, lakin iddiaçı şəhər İcra Hakimiyyəti başçısının 29.12.2017-ci il tarixli 123 №-li Sərəncamının hansı hüquq və ya maddi hüquq normalarını pozduğunu, nə səbəbə görə qanunsuz sayılmalı olduğunu subut edən heç bir arqument gətirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi mübahisəli sərəncamdan 2018-ci ilin əvvəlindən xəbəri olduğunu, həmin sərəncamı 2018-ci ilin avqust ayında aldığını, barəsində istintaq getdiyi və həbs olunmaqdan qorxduğu üçün sərəncamı mübahisələndirmədiyini bildirib, iddianın təmin olunmasını xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Cavabdeh başçısının 29.12.2017-ci il tarixli, 123 nömrəli sərəncamından müəyyən edilir ki, İddiaçı-nin istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 5 ha torpaq sahəsinin qum-çınqıl istehsalı üçün və 11 ha torpaq sahəsində balıqçılığın inkişafı üçün icarəsinə verilməsi haqqında Cavabdeh başçısının 25 aprel 2014-cü il tarixli “Ayrılmış torpaq sahəsinin cizgisində dəyişikliklər edilməsi barədə” 68 nömrəli Sərəncamın İ-İİİ bəndi qüvvədən düşməsi və İddiaçı-yə ayrılmış 16 ha (5 ha qum-çınqıl istehsalı, 11 ha balıqçılığın inkişafı üçün) torpaq sahəsi geri alınaraq dövlət ehtiyat fonduna qaytarılması barədə qərar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizasının 13.11.2017-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, mübahisələndirilən Cavabdeh başçısının 29 dekabr 2017-ci il tarixli 123 nömrəli sərəncamına səbəb qum-çınqıl karxanalarının işləri nəticəsində “Mingəçevir” qum-çınqıl yatağının yerləşdiyi çayın suyunun ciddi çirklənməsi, məcralardan su itkilərinin artması, sahil zonalarında məcraların kütləvi şəkildə dayanıqlılığının itirilməsi ilə daşqın təhlükəsinin və zərərlərin dəfələrlə artması, küllü miqdarda münbit torpaq sahələrinin yararsız vəziyyətə düşməsi, hövzə bazasında ekologiyanın ciddi şəkildə korlanması, flora və faunanın məhv olması halları olmuşdur. Həmçinin bununla bağlı yerli İcra Hakimiyyəti başçılarına tapşırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18.09.2001-ci il tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11.09.2015-ci il tarixli 593 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınmadan faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair Sərəncamlar ləğv edilsin. İş materiallarında olan iddiaçının iddia ərizəsində özünün də qeyd etdiyi kimi mübahisələndirdiyi 29.12.2017-ci il tarixli, 123 nömrəli sərəncamın surəti 2018-ci ilin avqust ayında İcra Hakimiyyətinə dəvət olunduğu zaman ona təqdim edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2017-ci il 29 dekabr tarixində qəbul edilmiş, iddiaçının qanuni təmsilçisi, yəni iddiaçının nümayəndəsi sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, 2018-ci ilin avqust ayında surətini almışdır, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı-nin Cavabdehnə qarşı “Cavabdeh 29.12.2017-ci il tarixli, 123 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-766/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-766/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver