Məhkəmə qərarları › İş №2-1(116)-767/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-767/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-767/2022 23.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının qəyyumu İddiaçı2 iştirakı ilə, İddiaçı1 qəyyumu İddiaçı2 nın Cavabdehnə qarşı “üçüncü şəxslər X6, X4 Töhfə Cuma qızının iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı1 qəyyumu İddiaçı2 Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslər X6, X4 Töhfə Cuma qızının iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6, X4 Töhfə Cuma qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının 113 nömrəli, 16 sentyabr 2019-cu il tarixli sərəncamı ilə birinci qrup əlil qaynı İddiaçı1 üzərində qəyyum təyin edilmişdir. Yevlax şəhəri Q.Qarayev küçəsi 14A ünvanında yerləşən fərdi yaşayış evi hazırda İddiaçı1 xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 06 mart 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Qəyyumu olduğu İddiaçı1 qardaşı Cuma Məmmədovun ailə üzvləri olan üçüncü şəxslər X6, X4 Töhfə Cuma qızı təxminən 10 il əvvəl vəsiqə almaq üçün yaşadığı Yevlax şəhəri Q.Qarayev küçəsi 14A ünvanına pasport qeydiyyatına düşmüş, lakin bu şəxslərin həmin evdə heç bir əmlakları olmamış və yaşamamış, qeydiyyatları formal xarakter daşıyır. Hazırda onlar Rusiya Federasiyasında onlara məlum olmayan ünvanda yaşayırlar. Üçüncü şəxslərin mülkiyyətində olan evdən pasport qeydiyyatından çıxarılmaları barədə cavabdehə müraciət etmiş lakin tələbi təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının qəyyumu iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üçüncü şəxslər sözügedən ünvanda qeydiyyatda olduqlarından həmin yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı əməliyyatın aparılması zamanı onların da razılığı tələb olunur. Bu isə iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Hazırki iddia ərizəsinə baxılarkən aşağıdakı sənədlərin məzmununa istinad edilmiş, həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh, iddiaçıya məxsus fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətin təmin olunmasından imtina etmişdir. - Yevlax Rayon Məhkəməsinin 19 aprel 2007-ci il tarixli qətnaməsindən görünür ki, Yevlax şəhəri Q.Qarayev küçəsi 14A saylı ünvanda yerləşən 0,0450 ha torpaq sahəsi və həmin ərazidə 1988-ci ildə inşa edilmiş ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 85,8 kv.m üç otaqdan ibarət fərdi yaşayış evi X10 məxsus daşınmaz əmlak hesab edilməklə həmin yaşayış evinin onun tərəfindən İddiaçı1 vəsiyyət edilməsi məhkəmə tərəfindən tanınmışdır. ünvan 2 ünvanda yerləşən 0,0450 ha torpaq sahəsi və həmin ərazidə 1988-ci ildə inşa edilmiş ümumi sahəsi 146,1 kv.m, yaşayış sahəsi 85,8 kv.m üç otaqdan ibarət fərdi yaşayış evinə dair İddiaçı1 mülkiyyət hüququ tanınmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli 195-3549-1222 nömrəli məktubundan görünür ki, üçüncü şəxslər X6 xx.xx.2003-cü il tarixdən, X13 xx.xx.2005-ci il tarixdən və X15 xx.xx.2004-cü il tarixdən ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar. Adı göstərilən şəxslərin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arxiv-saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. - Yevlax ŞİHB-nın 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 067 nömrəli məktubu, üçüncü şəxslər ünvan 4 ünvanda yaşaması barədə nümayəndəlikdə məlumat olmadığına görə məhkəmə sənədlərini vətəndaşlara çatdırmaq mümkün olmamışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Yevlax şəhəri Q.Qarayev küçəsi 14A ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. - Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli 113 nömrəli sərəncamından görünür ki, Yevlax şəhəri Q.Qarayev küçəsi 14A-da yaşayan İddiaçı2 ərizəsi nəzərə alınsın. O, xx.xx.1977-ci ildə anadan olmuş, Yevlax rayon məhkəməsinin 07 noyabr 2016-ci il tarixli qətnaməsi ilə onun qulluq etmə faktı müəyyən edilmiş, İ qrup əlil qaynı İddiaçı1 üzərində qəyyum təyin edilmişdir.

2. Qəyyum təyin edilmiş İddiaçı2 tapşırılsın ki, qəyyumluğa götürülmüş İddiaçı1 ilə birgə yaşamaqla onun hüquq və mənafeyinin müdafiə edilməsini, hərəkətlərinin nəzarətdə saxlanılmasını təmin etsin. Ona izah edilsin ki, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyumluqda olan İddiaçı1 əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri bağlaya bilməz, qəyyum isə onların bağlanmasına razılıq verə bilməz.

3. Şəhər İcra Hakimiyyəti Başçısı apparatının sənədlərlə və vətəndaşların müraciətləri iş şöbəsinin müdiri A.Həsənova tapşırılsın ki, sərəncamın surətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə göndərilməsini təmin etsin. - üçüncü şəxs X1 məlumatları barədə (çıxış) “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, xx.xx.2017-ci il tarixdə X7 keçərək ölkə ərazisini tərk etmişdir. - üçüncü şəxs X2 məlumatları barədə (çıxış) “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, xx.xx.2017-ci il tarixdə X7 keçərək ölkə ərazisini tərk etmişdir. - üçüncü şəxs X3 məlumatları barədə (çıxış) “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, xx.xx.2017-ci il tarixdə X7 keçərək ölkə ərazisini tərk etmişdir. - “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, üçüncü şəxslər iddiaçıya aid fərdi yaşayış evində qeydiyyatdadırlar.

Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati icraat çərçivəsində yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılması mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İşin hallarından göründüyü kimi üçüncü şəxslər, iddiaçının qardaşının ailə üzvüləridir. İddiaçının qəyyumu özü də məhkəmə iclasında verdiyi izahatında bildirir ki, iddiaçının qardaşı ilə, hazırkı üçüncü şəxs Şəfaqət Cəfərova arasında nikah pozulmamışdır. Nəzərə alınmalıdır ki, üçüncü şəxslər Cuma Məmmədovun ailə üzvləri (arvadı və uşaqları) olduğundan onların həmin yaşayış sahəsində istifadə hüquqlarının mövcud olubolmamasına iddiaçının qardaşı Cuma Məmmədova münasibətdə hüquqi qiymət verilməlidir. İddiaçının qardaşının sözügedən yaşayış sahəsində istifadə hüququnun mövcud olub-olmamasına isə inzibati məhkəmə icraatı qaydasında yox, mülki icraat qaydasında ümumi rayon məhkəməsində baxılmalıdır. Digər tərəfdən iddiaçının qəyyumu məhkəmə iclasında verdiyi izahatında həmin yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı əqd bağlamaq niyyətinin olmasını, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda olduğuna görə onların da razılığının tələb olunmasını və bu maneənin aradan qaldırılması üçün hazırkı iddianın qaldırıldığını bildirmişdir. İşdə olan Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli 113 nömrəli sərəncamından görünür ki, iddiaçının qəyyumuna qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyumluqda olan İddiaçı1 əmlakının özgəninkiləşdirilməsinə səbəb olan əqdləri bağlamaq qadağan edilmişdir. İşin hallarından görünür ki, hazırkı iş üzrə üçüncü şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı tələb qəyyumluqda olan İddiaçı1 əmlakının özgəninkiləşdirilməsi niyyəti ilə qaldırılmışdır. Hazırkı mərhələdə bununla bağlı əqd bağlanmasa da, iddiaçının qəyyumunun hüquqi marağı son nəticədə qəyyumluqda olan İddiaçı1 əmlakının özgəninkiləşdirilməsinə yönəldiyindən, həmin tələbin irəli sürülməsi üçün qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınması zəruri olduğu halda həmin şərt yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2022-ci il tarixdə keçirilmiş inzibati işin şifahi məhkəmə baxışınında iddiaçının qəyyumuna izah edilmiş, lakin, sonuncu, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2, 3.1-ci bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı1 (qəyyumu İddiaçı2) Cavabdehnə qarşı “üçüncü şəxslər X6, X4 Töhfə Cuma qızının iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar