Məhkəmə qərarları › İş №2-1(116)-768/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-768/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-768/2023 31.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı "xxxx" X4 Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "xxxx" ASTC-nin 2,663.3 ha torpaq sahəsinə texniki pasportun cavabdeh tərəfindən hazırlanması və 41 adda olan əmlakın geri qaytarılması" tələbinə dair iddiası üzrə inzibati işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" X4 Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" ASTC-nin 2,663.3 ha torpaq sahəsinə texniki pasportun hazırlanması və ƏMDX tərəfindən 41 adda olan əmlakın geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2066/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1856/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-380/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ATSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 1856/2022 nömrəli qərardadı ləğv edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-768/2023 nömrəli qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci ildə 1995-1998-ci illərdə dövlət proqramı əsasında "xxxx" özəlləşdirilməsi üçün ƏMDK tərəfindən sərəncam verilmişdir. xx.xx.1999-cu il tarixdə N-RK-127 saylı əmrlə ƏMDK tərəfindən "xxxx" ATSCyə idarə heyyətinin sədri təyin edilmişdir. 2000-ci ildə ƏMDK-nın sərəncamı ilə təyin olunmuş "xxxx" ATSC-nin idarə heyətinin rəhbəri vəfat etmiş və bundan sonra ƏMDK tərəfindən yeni rəhbər təyin edilməmişdir. 2003-cü ildə "xxxx" ATSC-nin Fəxri Firmasına borcu olduğu üçün məhkəməyə verilmiş və "xxxx" ATSC pulu qaytara bilmədiyi üçün məhkəmə icraçısı 41 əmlakın satılması ilə bağlı qətnamə çıxarmışdır. Məhkəmə icraçısı "xxxx" ATSC-nin 42 əmlakını hərraca çıxartmadan Fəxri Firmasına aktla təhvil verilmişdir. Fəxri firması həmin əmlakdan birini yəni müəssisənin 4 otaqlı inzibati binanı notariat qaydasında Miri Qrand MMC-yə satılmışdır. Həmin alqı-satqı müqaviləsində 134.4 kv.m sahəsinin üzərində olan 4 otaqlı mənzildən başqa 2663,3 ha torpaq sahəsini də həmin alqı-satqı müqaviləsində göstərilmişdir. Qalan 41 əmlakın kimə satıldığı bəlli deyildir. 2013cü ilin 24 avqustunda "xxxx" ATSC-dən Dövlətə çatan 30%-nin alınması ilə bağlı mülkiyyət qəzetində çıxmışdır. Qəzetdə elana görə Səhmdar Cəmiyyətinin alqı-satqısında nümayəndə kimi iştirak etmiş və aksiyonu udmuşdur. Bundan sonra ƏMDK-nın sədr müavini xx.xx.2013-cü ildə müqavilə bağlamışdır. Həmin müqavilənin 1.3 bəndinə alıcının mülkiyyət hüququnun yaranması göstərilmişdir. Bu müqavilədən sonra xx.xx.2014-cü ildə 15 səhmdarın reyestrdən çıxarışını almışdır. Həmin çıxarışda "xxxx" ATSC-nin idarə heyətinə təyin olunmasını görmüşdür. İddiaçı "xxxx" ATSC harda yerləşdiyini görməmişdir. 41 əsas vəsaitin olub-olmamasından da məlumatı yoxdu. "xxxx" ATSC-yə səhm qoymamışdır. xx.xx.2020-ci ildə İqtisadiyyat Nazirliyinin yanında ƏMDK rəis müavini bildirmişdir ki, "xxxx" ATSC tam özəlləşib mülkiyyətçi də dəyişilmişdir. "xxxx" ATSC-nin nizamnaməsi dəyişilməyib vergi qeydiyyatında da ATSC gedir. "xxxx" ATSC sənəd üzrə hüquqverici sənədləri qismən mövcuddur. Buna görə də 5 səhmdarların hüquqları ƏMDK İdarəsi tərəfindən məhdudlaşdırılmışdır. Sözügedən müəssisəinin 41 əmlakının qeyri-rəsmi satılması və "xxxx" ATSC-nin istifadəsində olunmuş 2655,5 ha torpaq sahəsi "xxxx" MMC istifadəsinə hansı qanun əsasında verilməsi bəlli deyildi. Azərbaycan Respublikasının Memarlıq Komitəsinin Dövlət texniki invertarlaşdırma mülkiyyət hüququnun qeydiyyat idarəsi 2003-cü ilin oktyabr ayında 134,4 kv.m torpaq sahəsinin texniki pasportu verilmişdir. ƏMDK-nın yanında DƏDR-nın 14 saylı ərazi idarəsi xx.xx.2015-ci ildə “Milli Grandın” istifadəsində olan 134,4 kv.m torpaq sahəsini 352 kv.m kvadrat torpaqla əvəzləşdirmişdir. Həmin texniki pasportda "xxxx" ATSC-nin istifadəsində olan 202878,4 ha torpaq sahəsini “Miri Grandın” istifadəsinə verilmişdir. 2023-cü ildə ƏMDH tərəfindən "xxxx" ATSC-nin 41 adda iri həcmli maşın mexanizmləri və əsas vəsaitləri qeyri-rəsmi satılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq iddia tələbinin cavabdeh orqana qarşı yönəlmiş “41 adda olan əmlakın geri qaytarılması” hissəsində bildirilmişdir ki, ümumiyyətlə həmin əmlakların geri qaytarılmasının hazırkı cavabdehdən tələb etməsi anlaşılan deyil. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “Ağsu Yenilik” ATSC-nin “N.E” firmasına 313 000 000 manat borcu olduğu üçün ünvan 1 ünvanda yerləşən, üzərinə həbs qoyulmuş 42 adda əmlaklar Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1371/6-265 saylı qətnaməsinə və xx.xx.2002-ci il tarixli icra vərəqəsinə əsasən “ N.E” firmasının direktoru X2 təhvil verilmişdir ( Təhvil-təslim aktının surəti əlavə olunur). Həmin əmlaklar xx.xx.2003-cü ildə X1 adına qeydiyyata alındıqdan sonra, yerdə qalan 134.4 kv.metrdən ibarət olan 5 otaqlı idarə binası 27 oktyabr 2003-cü ildə Ağsu rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş 4ə/01-56 alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satılmışdır. Həmin əmlakların geri qaytarılması ilə bağlı iddia tələbi üzrə hazırkı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsi heç bir cavabdehlik daşımır və mübahisəyə mülki icraat qaydasında (“N.E” firmasına və ya "xxxx" MMC-yə qarşı) kommersiya məhkəməsində baxılmalıdır. İddia tələbinin “2,663.3 ha torpaq sahəsinə texniki pasportun” hazırlanması hissəsində izah olunmuşdur ki, iddia olunan torpaq sahəsinin faktiki ölçüsü 20287.4 kv.m olmaqla dövlət mülkiyyətindədir və 8200 inventar nömrəli, **********74-06301 reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına texniki pasport tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinə "xxxx" ASTC-nin aidiyyətini əks etdirən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, dövlət mülkiyyətində olan və "xxxx" MMC-nin adına texniki pasport hazırlanmış torpaq sahəsinə, yenidən iddiaçının adına texniki pasportun hazırlanması ilə bağlı tələb irəli sürə bilməz. İzah olunmuşdur ki, texniki pasport hər hansı hüququ əks etdirmir, yalnız torpaq sahəsinin planını və coğrafi xüsusiyyətlərini əks etdirməklə yerləşmə vəziyyəti, ölçüsü və s. barədə məlumatların qeyd edildiyi texniki sənəddir. Odur ki, sözügedən sənədin "xxxx" ASTC-nin adına hazırlanması üçün iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə və ya istifadəsinə verilməsi ilə bağlı hüquqmüəyyənedici sənəd də təqdim edilməlidir. Əks halda iddia olunan torpaq sahəsinə hər hansı aidiyyəti olmadığından iddiaçının həmin tələbi irəli sürmək üçün subyektiv hüququ olmayacaqdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(107)-1964/2017-ci il tarixli qətnaməsindən görünür ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(016)- 69/2017 saylı qətnaməsi ilə iddiaçı Ağsu Yenilik ASC cavabdeh Miri Grand MMC-yə, maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə qarşı ünvan 2 ünvanda yerləşən 2,03 ha torpaq sahəsinə mülkiyyət hüququ üzrə Ağsu Yenilik ASC-nin qanuni istifadəsində olması faktının müəyyən edilməsi və Miri Grand MMC-nin torpaq sahəsindən çıxarılması tələbi təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən yuxarıda qeyd edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı "xxxx" X4 Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "xxxx" ASTC-nin 2,663.3 ha torpaq sahəsinə texniki pasportun hazırlanması və İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 41 adda olan əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar