Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-77/2023 19.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “21 noyabr 2011-ci il tarixli, 266 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən 2,7205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamış (yerdə qalan) 0,2912 ha hissəsi üzərində də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 21 noyabr 2011-ci il tarixli, 266 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən 2,7205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamış (yerdə qalan) 0,2912 ha hissəsi üzərində də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsaslarına görə torpaq sahəsinin faktiki sərhədlər daxilində naturada ölçüsü 2,4293 ha təşkil edir. İddiaçılar tərəfindən həmin torpaq sahəsinin faktiki 2,493 ha ölçüdə rəsmiləşdirilməsinə razılıq ərizəsi cavabdehə xx.xx.2016-cı il tarixdə təqdim edilmişdir . Buna görə də həmin torpaq sahəsi 2,4293 ha ölçüdə xx.xx.2016-cı il tairxdə ********** qeydiyyat nömrəsi ilə iddiaçıların adına ümumibirgə mülkiyyətdə olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən iş üzrə sərəncam verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə sorğu edilərək, mübahisəli 0,2912 ha həyətyanı torpaq sahəsinə dair (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında) məlumatın Məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi məhkəməyə xx.xx.2022-ci tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli **********81 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarına uyğun olaraq xidmət haqqı (ümumi məbləğ 473,29 manat) ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Məhkəmə tərəfindən ödənişin olunacağı bank rekvizitlərinin əks olunduğu müvafiq sənədlər xx.xx.2022-ci il tarixli məktuba əlavə olunaraq iddiaçılara göndərilmiş, xidmət haqqını ödəməyə razı olub-olmadıqları barədə məlumatın, ödəməyə razı olduqları halda ödənişi təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məktub iddiaçılar tərəfindən alınmasına baxmayaraq, münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə sorğu edilərək, mübahisəli 0,2912 ha həyətyanı torpaq sahəsinə dair (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında) məlumatın Məhkəməyə təqdim edilməsi təkrar xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21-3-47/2- 1461/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Zaqatala rayonu, Kəpənəkçi kəndində yerləşən torpaq sahəsində zəruri çöl-ölçmə işlərinin aparılması məqsədilə idarənin mütəxəssisləri həmin ərazidə olmuşlar. Lakin, İddiaçı1 iddia etdiyi torpaq sahəsinin ölçülməsində iştirak etməmişdir. Bu səbəbdən tədqiqat obyektində ölçü işlərinin aparılması mümkün olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə sorğu edilərək, mübahisəli 0,2912 ha həyətyanı torpaq sahəsinə dair (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında) məlumatın Məhkəməyə təqdim edilməsi təkrar xahiş olunmuşdur. Cavabdeh xx.xx.2023-ci il tarixli iddia tələbinə etirazında imtina ilə eyni məzmunlu məlumatları təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə iclası keçirilmiş, iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2388/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Zaqatala rayonu, Kəpənəkçi kəndində yerləşən torpaq sahələrində tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş, çöl-ölçmə işləri aparılmışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarına uyğun olaraq xidmət haqqı (yeni məbləğ 112,20 manat) ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Məhkəmə tərəfindən ödənişin olunacağı bank rekvizitlərinin əks olunduğu müvafiq sənədlər xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq iddiaçılara göndərilmiş, xidmət haqqını ödəməyə razı olub-olmadıqları barədə məlumatın, ödəməyə razı olduqları halda ödənişi təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məktub iddiaçılar tərəfindən alınmasına baxmayaraq, münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixə yenidən iş üzrə məhkəmə iclası təyin edilmiş, lakin iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçılara yenidən xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktub ünvanlanmış, məktub iddiaçılar tərəfindən alınmasına baxmayaraq, münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. İddiaçılara məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq, bildirilmişdir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarına uyğun olaraq mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən tələb olunan xidmət haqqı ödənişinin olunacağı bank rekvizitlərinin əks olunduğu müvafiq sənədlər xx.xx.2023-cü il tarixdə onlara göndərilmiş, lakin ötən müddət ərzində iddiaçılar tərəfindən ödəniş həyata keçirilmədiyindən xx.xx.2023-cü il tarixdə eyni məzmunlu məktub təkrar göndərilmişdir. Lakin iddiaçılar mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbzi məhkəməyə təqdim etməmiş, bununla bağlı yazılı münasibət bildirməmişlər. Məktubda iddiaçıların nəzərinə çatdırılmışdır ki, iddia tələbinə hüquqi qiymət verilməsi üçün cavabdeh orqandan mütəxəssis rəyinin alınması zəruridir. Müvafiq rəy olmadan tələbdə qeyd etdikləri torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək mümkün deyil. Məhkəmənin iddiaçılara ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda həmçinin bildirilmişdir ki, İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Odur ki, işin qeyd olunan halına münasibətdə də məhkəmə tərəfindən analoji qaydanın tətbiq edilməsi yol veriləndir. İş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvan sahibləri tərəfindən xx.xx.2023-cü il tarixdə alınmışdır. Lakin ötən müddət ərzində mütəxəssis rəyinin əldə edilməsi üçün tələb olunan xidmət xərcinin təqdim edilmiş hesaba ödənilməsi və müvafiq qəbzin məhkəməyə təqdim olunması iddiaçılar tərəfindən təmin olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırlıq icraatı çərçivəsində xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə proses iştirakçılarına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar iclaslarda iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: "İPMin 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır." Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “21 noyabr 2011-ci il tarixli, 266 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən 2,7205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamış (yerdə qalan) 0,2912 ha hissəsi üzərində də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-77/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-77/2023
19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver