Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-770/2021 07.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X4 və ailə üzvlərinə verilmiş **********99 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi və iddiaçıya məxsus JN-1742 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1742Z hissəsi olan, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X4 və ailə üzvlərinə verilmiş **********99 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi və iddiaçıya məxsus JN-1742 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1742Z hissəsi olan, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 29,49 ha torpaq sahəsi JN-1742 kod 40814058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsini Göyçay rayonu Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqavilələri ilə, o cümlədən 1.31 ha torpaq sahəsini X5 ilə 11.10.2005-ci ildə bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı həmin torpaq sahələri üzərində mülkiyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin JN-1742 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 1742Z hissəsi olan, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh orqan müraciətin təmin olunmasından imtinasını Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X2 və ailə üzvlərinin 24.08.2020-ci il tarixdə Göyçay rayon Notariat Ofisinin 22.08.2020-ci il tarixli 2V-422 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən **********99 reyestr nömrəli elektron çıxarış və plan ölçü işlənməsi səbəbi ilə əsaslandırmışdır. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı 14.06.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım barədə məktub göndərilmiş, məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Müvafiq məktub 22.06.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin mövqeyinə münasibət bildirilməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-1117 KOD 40814058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, - Göyçay rayon Dövlət Notariat Kontorunda bağlanmış 11.10.2005-ci il tarixli alqısatqı müqaviləsi, - JN-1742 KOD 40814058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 12.01.2021-ci il tarixli imtina məktubu. Əsaslandırma hissəsi : İddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X4 və ailə üzvlərinə verilmiş **********99 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi və iddiaçıya məxsus JN-1742 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1742Z hissəsi olan, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə” iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, JN-1117 KOD 40814058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Göyçay rayonu Mirzəhüseynli kənd sakini X3 ailə üzvləri ilə birlikdə 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, Göyçay rayon Dövlət Notariat Kontorunda bağlanmış 11.10.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan X1 rayonu Şah Qarabağlar kəndində yerləşən torpaq sahəsini bütünlüklə İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş, JN-1742 KOD 40814058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Göyçay rayonu DNK-nun alqı-satqı müqavilələri ilə ilə satılmış cizgidə göstərilən sərhədlər daxilində 29.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı mülkiyyətçi olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 12.01.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X2 və ailə üzvlərinin 24.08.2020-ci il tarixdə Göyçay rayon Notariat Ofisinin 22.08.2020-ci il tarixli 2V-422 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən **********99 reyestr nömrəli elektron çıxarış verildiyindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı JN-1742 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1742Z hissəsi olan Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. Həmin torpaq sahəsi üzrə X4 və ailə üzvlərinin Göyçay rayon Notariat Ofisinin 22.08.2020-ci il tarixli 2V-422 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hüquqları qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən **********99 reyestr nömrəli elektron çıxarış verildiyindən, iddiaçı 1.31 ha torpaq sahəsinin 11.10.2005-ci il tarixli alqısatqı müqaviləsi əsasında ona satıldığını iddia edərək **********99 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsini tələb edir. Göründüyü kimi iddiaçı **********99 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi tələbini 1.31 ha torpaq sahəsinin 11.10.2005-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında özünə satılması və JN-1742 nömrəli dövlət aktının “Z” hissəsinə əsasən özünün mülkiyyətində olması ilə əsaslandırır. İş materiallarından görünür ki, iddia tələbində qeyd edilən 1.31 ha torpaq sahəsi X5 və ailə üzvlərinə Göyçay rayonu Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarı əsasında verilmişdir. Mübahisələndirilən **********99 reyestr nömrəli elektron çıxarış Mehman Hacıyevin adına “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə verilsə də, ilkin olaraq 1.31 ha torpaq sahəsi Elman Hacıyev və onun ailə üzvlərinə Göyçay rayonu Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 41 nömrəli qərarı əsasında ayrılmışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati akt və 22.08.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında aparılmasına baxmayaraq, hazırki iş üzrə iddia tələbinin faktiki əsasını bu sənədlərin qanunsuzluğu yox, 11.10.2005-ci il tarixdə Göyçay rayon dövlət notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinin iddiaçıya satılması təşkil edir. Belə olan halda JN-1742 nömrəli dövlət aktının “Z” hissəsi üzrə 1.31 ha torpaq sahəsi ilə bağlı mübahisənin yaranma səbəbi və iddia tələbinin faktiki əsası iddiaçı ilə X5 arasında 11.10.2005-ci il tarixdə Göyçay rayon dövlət notariat kontorunda bağlanmış alqısatqı müqaviləsindən irəli gəldiyindən, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2, 3.1 və 6.2 –ci bəndlərinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddia tələbinin “iddiaçıya məxsus JN-1742 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1742Z hissəsi olan Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” hissəsində qeyd olunan tələbin irəli sürülməsi üçün ilk növbədə X2 və ailə üzvlərinin adına işlənmiş **********99 reyestr nömrəli elektron çıxarış mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Yəni, tələbin bu hissəsi ilkin tələbdən (**********99 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi) asılıdır. İlkin baxılmalı olan tələb üzrə inzibati məhkəmə icraatı çərçivəsində **********99 reyestr nömrəli elektron çıxarışın etibarsız olub-olmamasına hüquqi qiymət verilməsi mümkün olmadığından, hazırki mərhələdə iddia tələbinin ikinci hissəsi ilə bağlı cavabdeh inzibati orqanın imtinasının iddiaçının hüquqlarına müdaxilə etməsi və pozması müəyyən edilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, JN-1742 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 1742Z hissəsi olan 1.31 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatın aparılmasının mümkünsüzlüyü artıq həmin torpaq sahəsinə X2 adına **********99 reyestr nömrəli elektron çıxarışın işlənməsi ilə bağlıdır. Buna görə də iddiaçı arzuladığı məqsədə çatmaq üçün ilk növbədə Göyçay rayon Məhkəməsində **********99 reyestr nömrəli elektron çıxarışın və 22.08.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia qaldırmalıdır. Məhz həmin iddianın uğurlu olacağı halda iddiaçı JN-1742 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 1742Z hissəsi olan 1.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına nail ola bilər. Belə ki, ilkin iddia tələbi uğurlu olduqdan sonra iddiaçı cavabdeh inzibati orqana JN-1742 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1742Z hissəsi olan 1.31 ha torpaq sahəsinə mülkiyyət hüquqununun qeydiyyata alınması ilə bağlı müraciət etməli, cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtina etdikdə, yaxud müraciəti cavabsız saxladıqda “həmin torpaq sahəsinə mülkiyyət hüquqununun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia tələbinin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı olmadığından və mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia mümükün sayılmamalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X4 və ailə üzvlərinə verilmiş **********99 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi və iddiaçıya məxsus JN-1742 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1742Z hissəsi olan, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə” iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev. .
Məhkəmə qərarları › İş №2-1(116)-770/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-770/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver