Məhkəmə qərarları › İş №2-1(116)-770/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-770/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-770/2023 23.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil1, üçüncü şəxslər X8 və X4, üçüncü şəxslərin vəkili Vəkil2, cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X11, X5 və X6 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (JN-252 F, kod ********) dəyişiklik edilməsi, adları qanunsuz olaraq işlənmiş X5 və X6 adlarının adlılar siyahısından çıxarılması, Ağdaş rayon AİK-nın 10 fevral 1998-ci il tarixli qərarına əsasən 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında təsərrüfatın başçısı olmuş X11, arvadı X9 və oğlu İddiaçı2 adlarının adlılar siyahısına əlavə edilməsi və müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X13, X5 və X6 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (JN-252 F, kod ********) dəyişiklik edilməsi, adları qanunsuz olaraq işlənmiş X5 və X6 adlarının adlılar siyahısından çıxarılması, Ağdaş rayon AİK-nın 10 fevral 1998-ci il tarixli qərarına əsasən 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında təsərrüfatın başçısı olmuş X11, arvadı X9 və oğlu İddiaçı2 adlarının adlılar siyahısına əlavə edilməsi və müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçıların vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “X13, X5 və X6 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsinə, X5 və X6 adlarının adlılar siyahısından çıxarılmasına, 10 fevral 1998-ci ildə Ağdaş rayon AİK-nın sədrinin imzası və möhürü ilə təsdiqlənmiş Ağdaş RİHB-nin Dəhnəxəlil kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı adlı sənədə əsasən 242 saylı təsərrüfatda adları qeyd olunmuş 1966-cı il təvəllüdlü X13 özü ailə başçısı olmaqla,1969-cu il doğumlu arvadı İddiaçı1 və 1995-ci il doöumlu oğlu İddiaçı2 adlarının müvafiq elektron baza məlumatlarına yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmənin iclas protokolun qərardadı ilə qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçılardan İddiaçı1 mərhum X3 arvadı, İddiaçı2 isə onun oğludur.İddiaçılar Aqrar islahatı zamanı qanuni istifadələrində olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin onların birgə mülkiyyətinə verilməli olduğu halda, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş X6 və X1 nikaha daxil olduğu mərhum X5 mülkiyyətinə verildiyini iddia ərizəsində qeyd etmiş,bu faktın qanuni olmasını mübahisələndirmişdir.Cavabdeh tərəfindən 28 noyabr 2022-ci il tarixli məktuba əsasən tələbləri icra olunmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq başqa-başqa subyektlərin mülkiyyətində olan sənəddə hər hansı bir düzəlişin və ya har hansı hüquq sahibinin ləğv edilməsi 17 saylı Yevlax ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçünçü şəxs iddia ərizəsinə etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X7 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X18 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X7 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. X7 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X2 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddiaçının vəkilinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım qaydasında izah olunmuşdur ki,hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinasının olubolmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır.İddia tələbinin dəqiqləşdirilməsində göstərilən tələblə bağlı cavabdeh inzibati orqana müraciət olunmamışdır. Belə ki, iddia ərizəsinin əsasən iddiaçıların tələbi aşağıdakılardan ibarətdir:

1. X13, X5 və X6 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsi;

2. X5 və X6 adlarının adlılar siyahısından çıxarılması;

3. 10 fevral 1998-ci ildə Ağdaş rayon AİK-nın sədrinin imzası və möhürü ilə təsdiqlənmiş Ağdaş RİHB-nin Dəhnəxəlil kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı adlı sənədə əsasən 242 saylı təsərrüfatda adları qeyd olunmuş 1966-cı il təvəllüdlü X13 ailə başçısı olmaqla,onun 1969-cu il doğumlu arvadı İddiaçı1 və 1995-ci il doğumlu oğlu İddiaçı2 adlarının müvafiq elektron baza məlumatlarına yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması. İddiaçıların cavabdehə 23 sentyabr 2023-cü il tarixli ilkin müraciəti “X11, X5 və X6 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (JN-252 F, kod ********) dəyişiklik edilməsi, adları qanunsuz olaraq işlənmiş X5 və X6 adlarının adlılar siyahısından çıxarılması, Ağdaş rayon AİK-nın 10 fevral 1998-ci il tarixli qərarına əsasən 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında təsərrüfatın başçısı olmuş X11, arvadı X9 və oğlu İddiaçı2 adlarının adlılar siyahısına əlavə edilməsi və müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində olmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi zamanı irəli sürülən iddia tələbləri ilkin müraciətdə göstərilənlərdə fərqli olmaqla aşağıdakı normalara əsasən mümkün hesab edilməli deyildir. Belə ki,hazırkı iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilən “X13, X5 və X6 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsi” barədə tələb inzibati orqana ilkin müraciətdə təsbit olunmamışdır. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı islahat zamanı şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində ümumbirgə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Lakin,iddiaçı tərəfindən hazırkı iddia tələbi onların hüquqi marağına uyğun tərtib edilməmiş,iddia tələbinin dəyişdirilməsi zamanı isə iddianın xüsusi mümkünlük şərtlərinə uyğun olmadığı müəyyən edilmişdir. Digər tərəfdən “Aqrar İslahat Komissiyasının qərarını dəyişdirmək, torpaq payı almamış şəxslərin adlarını torpaq payı alacaq subyektlərin siyahısına daxil etmək” formasında iddia tələbi özü-özlüyündə mümkün iddia tələbi deyildir.Belə ki,həmin tələblərin irəli sürülməsi müddəti ötürülmüşdür. Odur ki,hazırkı iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X13, X5 və X6 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsinə, X5 və X6 adlarının adlılar siyahısından çıxarılmasına, 10 fevral 1998-ci ildə Ağdaş rayon AİK-nın sədrinin imzası və möhürü ilə təsdiqlənmiş Ağdaş RİHB-nin Dəhnəxəlil kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı adlı sənədə əsasən 242 saylı təsərrüfatda adları qeyd olunmuş 1966-cı il təvəllüdlü X13 özü ailə başçısı olmaqla,1969cu il doğumlu arvadı İddiaçı1 və 1995-ci il doöumlu oğlu İddiaçı2 adlarının müvafiq elektron baza məlumatlarına yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar