Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-776/2021 14.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X5, X7, X2 Mingəçevir şəhəri Nəriman Nərimanov prospekti, ev 5, 26 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "üçüncü şəxslər X5, X7, X2 Mingəçevir şəhəri Nəriman Nərimanov prospekti, ev 5, 26 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçı öz iddiasını belə əsaslandırmışdır ki, o, 04 iyun 2019-cu il tarixdə Mingəçevir şəhəri Nəriman Nərimanov prospekti, ev 5, mənzil 26-da yerləşən mənzili Dövlət Notariat Kontorunda alqı-satqı yolu ilə alımışdır. X5, X7, X3 adlı şəxslər Mingəçevir şəhəri Nəriman Nərimanov prospekti, ev 5, mənzil 26-da qeydiyyatdadırlar. Həmin vaxtı 3-cü şəxslər ona söz vermişlər ki, mənzildən qısa müddətdə qeydiyyatdan çıxacaqlar. Onların bu sözlərinə inanaraq və ailə işləri ilə məşğul olduğu üçün 3-cü şəxslərin pasport qeydiyyatından çıxmaları ilə məşğul ola bilməmişdir. Sonra onda olan şifahi məlumata görə eşitmişdir ki, 3-cü şəxslər başqa şəhərdə yaşayırlar. Bu günə kimi 3-cü şəxslər onun mənzilində qeydiyyatda olmaqda davam edirlər. Halbuki, mənzil ona satıldığı gündən onlar mənzilə olan istifadə hüquqlarını itirmişlər. Əslində 3-cü şəxslərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla o, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi onlarla heç bir qohumluq əlaqəsi yoxdur ki, onlar onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşsın. Üçüncüsü isə onların iddiaçının mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. 3-cü şəxslərin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Bu günə qədər 3cü şəxslər mənzildən qeydiyyatdan çıxmayıblar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli DƏDR-dən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 İddiaçı adına 04.06.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 07.04.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Qəfərova X4 şəhəri, N.Nərimanov küçəsi, ev 5, mənzil 26 ünvanında yerləşən, ümumi sahəsi 63,9 kv.m olan mənzili X8 bağışlamışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli DƏDR-dən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 X6 adına 12.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Sadalanan sənədlərlə müəyyən edilir ki, İddiaçı mənzili X8 bağışlamış və mənzilə sonuncunun mülkiyyət hüququ 12.04.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, beləliklə də, həmin mənzil üzərində İddiaçı sərəncam hüququ qalmamışdır. Şəxsin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının tələb olunması əşyaya sərəncam hüququ ilə bağlı olduğuna görə İddiaçı mənzili bağışladıqdan sonra həmin hüququ itirmiş və bu hüquq X1. Məhkəmə qeyd olunan nəticəyə gələrkən aşağıdakı normalara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinin birinci cümləsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmənin 27.05.2020-ci il tarixli məktubu ilə bu hallar İddiaçı diqqətinə çatdırılaraq, bununla əlaqədar fikirlərini 5 gün müddətində məhkəməyə bildirməsi xahiş edilmiş, lakin o, məhkəmənin məktubuna cavab verməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, İddiaçı hazırkı iddianı vermək üçün subyektiv hüququ olmadığına görə onun iddiası mümkün sayıla bilməz. Mənzilin hazırkı mülkiyyətçisi X10 isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün Cavabdehnə müraciət edə bilər. Həmin müraciət təmin edilmədiyi halda, onun analoji iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranacaq. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X5, X7, X2 Mingəçevir şəhəri Nəriman Nərimanov prospekti, ev 5, 26 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-776/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-776/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver