Məhkəmə qərarları › İş №2-1(116)-778/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-778/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-778/2025 01.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Velicanova Fidan Telman qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Katex kəndində yerləşən 2475 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonu Katex kəndində yerləşən 2475 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixə məhkəmə iclası təyin etmiş, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir. İddiaçıya iddianın mümkünlük şərtlərinə cavab verməməsinə dair aşağıdakı qərardadda ifadə olunan hüquqi mövqeyi izah edilmişdir. İddiaçının iştirakı ilə işin halları müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Hazırkı iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının məhkəməyə müraciət etməkdə hüquqi marağı Balakən rayonu Katex kəndində yerləşən 2475 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsindən ibarətdir. Belə ki, iddiaçı hər hansı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını deyil, ona 2475 kv.m torpaq sahəsinə arayışın verilməsini cavabdehdən tələb edir. Ərizənin məzmunundan görünür ki, aqrar islahat zamanı iddiaçıya cəmi 2475 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı isə 698,87 ha deyil, 2475 kv.m torpaq sahəsinin verilməli olduğunu,nəticədə torpağın əskik verildiyini bildirir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı müvafiq tələblə inzibati ilkin müraciət etməmişdir. İddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki,iddiaçının cavabdehə ilkin müraciətinin olması iddianın mümkünlük şərtini dəyişməyəcəkdir.Belə ki, iddia tələbinə əsasən iddiaçı aqrar islahat zamanı ona verilməli olduğunu iddia etdiyi, lakin verilməyən torpaq sahəsinin ona verilməsindən ibarətdir. Hazırda iddiaçının naturada istifadəsində də iddia etdiyi torpaq sahəsi mövcud deyildir. Mövcud məhkəmə təcrübəsinə əsasən iddiaçı iddia etdiyi torpaq sahəsinin verilməsinə dair iddianı aqrar islahat komissiyalarının fəaliyyət göstərdiyi dövrdə mülki mühakimə icraatı qaydasında qaldıra bilərdi. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbinə oxşar iddia ərizələri ilə Şəki İnzibati Məhkəməsinə bir neçə dəfə müraciət etmişdir. Məhkəmənin 2- 1(116)-1833-2023 nömrəli, 2-1(116)-2380/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(116)- 3220/2024 nömrəli 02 dekabr 2024-cü il tarixli qərardadları ilə eyni məzmunlu iddia tələbləri mümkün sayılmamışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-3220/2024 nömrəli 02 dekabr 2024-cü il tarixli qərardadı ilə X2 cavabdeh Balakən rayon Balakən bələdiyyyəsinə qarşı “Aqrar islahat zamanı mülkiyyətinə verilməyən 30 sot torpaq sahəsinin koordinatlarını təyin edərək ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.Qərardaddan apellyasiya şikayəti verilməmiş,qüvvəyə minmişdir. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1396/2024 nömrəli, xx.xx.2024-cü il və 2- 1(102)-571/2024 nömrəli xx.xx.2024 tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X5: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Katex kəndində yerləşən 2475 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar