Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-779/2022 29.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “21.07.1978-ci il tarixində tərtib olunmuş ИТ-İ № ******* saylı əmək kitabçası, texniki peşə təhsili haqqında № 187 saylı attestat, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Balakən rayon şöbəsinin 12.07.2021-ci il tarixli №180 saylı arayışı və Balakən Rayon Dövlət Arxivinin 04.10.2016-cı il tarixli №484 saylı arxiv arayışına əsasən fərdi hesabının sığorta hissəsinə pensiya kapitalının hesablanması, ümumi sığorta stajına əlavə olunması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 21.07.1978-ci il tarixində tərtib olunmuş ИТ-İ № ******* saylı əmək kitabçası, texniki peşə təhsili haqqında №187 saylı attestat, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Balakən rayon şöbəsinin 12.07.2021-ci il tarixli №180 saylı arayışı və Balakən Rayon Dövlət Arxivinin 04.10.2016-cı il tarixli №484 saylı arxiv arayışına əsasən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı hesablanması və ümumi sığorta stajına əlavə olunması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx xxxx 1956-cı il tarixində Balakən rayonunun Tülü kəndində anadan olmuşdur. Hal-hazırda Müşfiqabad qəsəbəsi yaşayış məhəlləsi 2, küçə 4, ev 37/A ünvanında yaşayır. 1986-cı il sentyabr ayında yaşadığı Balakən rayonunun Tülü kəndində Nəriman Nərimanov adına kolxozun ümumi iclasının qərarına əsasına X2 sədri vəzifəsinə təyin olunmuş və bununla əlaqədar öz işlədiyi Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasından öz ərizəsinə əsasən işdən azad olmuş, Nəriman Nərimanov adına Kalxozda X2 Sədri və X1 vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1990-cı ilin May ayında X4 vəzifəsidə iddiaçıya həvalə olunmuşdur. 1986 - 1994-cü illərdə X2 Sədri vəzifəsini icra etmişdir. Bununla yanaşı 1986 - 1994-cu illərdə X1 vəzifəsini də layiqincə yerinə yetirmişdir. 1990-1994-cü illərdə X4 vəzifəsinidə iddiaçı icra etmişdir. 1987-1994-cü illərdə X6 və Ümumi iclasın qərarına əsasən Balakən Məhkəməsinə nümayəndə seçilmişdir. Həmin illərdə (1987-1994) Balakən Rayon Məhkəməsində iclasçı olmuşdur. 1995-ci ildə Kalxoz Təsərrüfatının dağılması ilə əlaqədar Çayçılıq Briqadası və Xırman ambardar vəzifəsi ləğv edildiyi üçün işdən azad edilmişdir. 1998-ci ildə Əmək kitabçasını götürmək üçün Kalxoz idarəsinə müraciət edəndə ona bildirdilər ki, Kalxozun ləğvi ilə əlaqədar bütün sənədlər Balakən Rayon arxivinə verilib və hər hansı sənəd üçün arxivə müraciət olunmalıdır. 13.07.2021-ci il tarixində 65 yaşı tamam olub. İddiaçı təqaüd təyin olunması üçün lazımi sənədləri (əmək kitabçası, hərbi xidmət haqqında arayış, texniki peşə təhsili haqqında atestat, arayışı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etmişdir. Bundan sonra ona cavab olaraq qeyd edilib ki, Balakən Rayon Dövlət arxivinin 04.10.2016-ci il tarixli №484 saylı arxiv arayışına məhkəmənin qüvvəyə minmiş qərarı ilə təstiqləndiyi halda sığorta stajına qəbul edilə bilər. Sumqayıt İnzibati Məhkəməsinin 16.11.2021-ci il tarixli 2-1(118)-2003/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və 14.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən 24.01.2022-ci il tarixdə tərəflərə sərəncam ünvanlanaraq icra edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən 28.03.2022-ci il tarixdə məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsilə elektron imza ilə təsdiq edilmiş ərizə təqdim olunaraq iddia ərizəsin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul olunması xahiş edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddianın geri götürülməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur) və iddianın geri götürülməsi cavabdehin iradəsindən asılı olmadığına görə 30.03.2022-ci il tarixinə saat 12:00-a təyin edilmiş hazırlıq icraatı çərçivəsində məhkəmə iclasının keçirilməsinə də icraata qənaət prinsipi rəhbər tutularaq zərurət qalmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə görə, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər; 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə 02.02.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.04.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 16.3, 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “21.07.1978-ci il tarixində tərtib olunmuş ИТ-İ № ******* saylı əmək kitabçası, texniki peşə təhsili haqqında № 187 saylı attestat, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Balakən rayon şöbəsinin 12.07.2021-ci il tarixli №180 saylı arayışı və Balakən Rayon Dövlət Arxivinin 04.10.2016-cı il tarixli №484 saylı arxiv arayışına əsasən fərdi hesabının sığorta hissəsinə pensiya kapitalının hesablanması, ümumi sığorta stajına əlavə olunması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-779/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-779/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver