Məhkəmə qərarları › İş №2-1(116)-779/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-779/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-779/2024 04.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı ünvan 1 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş şəhəri C.Cabbarlı küçəsi dalan 2 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya 1990-cı ildə 181 saylı X1 Dəstənin Müdiriyyət və həmkarlar ittifaqı komitəsinin qərarı ilə 3 otaqlı mənzil verilmişdir. 33 ildir ailəsi ilə birlikdə bu mənzildə yaşayır. xx.xx.1990-cı il tarixli, 7 №-li ümumi iclas protokolundan çıxarışla təmin olunmuşdur. İddiaçı həmin mənzilə çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddaçı ünvan 2 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim edilən sənədlər araşdırılan zaman məlum olmuşdur ki, həmin mənzil Ağdaş 181 nömrəli X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 nömrəli nömrəli ümumi iclas protokolundan çıxarışı əsasında İddiaçı verilmişdir. Həmin mənzilin iddiaçının istifadəsinə verilməsinə baxmayaraq, 8 iyul 1982-ci il tarixli, 979-X nömrəli "Azərbaycan SSR Mənzil məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsinə dair order verilməsi üçün Ağdaş rayon İcra Hakimiyyətinə müraciət olunmalı və iddiaçıya mənzildən istifadə hüququnu təsdiq edən müvafiq order verilməli idi. Belə ki, xidməti yaşayış sahəsinin verilməsi və ondan istifadə qaydası həmin məcəllənin 103-cü maddəsinin müddəalarında öz əksini tapmışdır. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar tərəfindən qəbul edilir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Ağdaş rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 66 nömrəli sərəncamından görünür ki, Ağdaş şəhəri ərazisində "xxxx" ASC-nin balansında olan üç ədəd iki mərtəbəli yaşayış binası və bir ədəd yataqxana binasının mövcudluğu, istismar müddətinin başa vurulması və qiymətsiz olmaları nəzərə alınması, ünvan 3 ünvanda ikimərtəbəli 16 mənzilli yaşayış binası, X2 küçəsi 2 saylı ünvanda ikimərtəbəli 15 mənzilli yaşayış binası, M.İsayev küçəsi 59 saylı ünvanda ikimərtəbəli 12 mənzilli yaşayış binası və M.İsayev küçəsi 59 ünvanda bir mərtəbəli 3 mənzilli yataqxana binası əvəzsiz olaraq Ağdaş rayon İcra Hakimiyyətinin Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin balansına götürülməsi qərara alınmışdır. - Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisənin balansında olan ünvan 5 ünvanında yerləşən İddiaçı adına kommunal mənzil xidməti mənzil deyildir. - Ağdaş rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş şəhəri C.Cabbarlı küçəsi dalan 2-də yerləşən 24 saylı, 16 mənzilli 2 mərtəbəli bina yaşayış binası kimi Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 06 May 2016-ci il tarixli, 66 saylı sərəncamı ilə RİH-nin Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin balansına verilmişdir. Həmin binanın 6 nömrəli məzili vətəndaş İddiaçı verilmişdir. Məlumat üçün bildirilmişdir ki, məktubda qeyd olunan 3 mənzilli 1 mərtəbəli yataqxana tipli bina ünvan 6 ünvanda yerləşir. Sözügedən C.Cabbarlı küçəsi 2-ci dalanda yerləşən 24 saylı bina yaşayış binasıdır. Eyni zamanda bildirilmişdir ki, "Aqrartikinti " Acıq Səhmdar Cəmiyyəti tərəfindən həmin yaşayış binası müəssisənin balansına verilən zaman binada yaşayan sakinlərə aid heç bir sənəd təqdim olunmamışdır. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,

1. Ağdaş şəhəri, C.Cabbarlı küçəsi dalan 2, bina 24,6 saylı mənzil Ağdaş RİHB-nm xx.xx.2016-cı il tarixli, 66 nömrəli sərəncamı ilə RİH-nin ünvan 7 ünvanda yerləşən binaya aiddir.

2. ünvan 8ənzilin ümumi sahəsi 74,4 kv.m, yaşayış sahəsi 49.0 kv.m, köməkçi sahəsi 25,4 kv.m olmaqla 3 yaşayış otağından ibarətdir. - Ağdaş 181 №-li X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 №-li ümumi iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə sahəsi 44,06 kv.metr olan 3 otaqlı mənzil verilməsi qərara alınmışdır.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, xidməti mənzilin özəlləşdirilməsini xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun: Maddə 8.0.11 Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Mənzil Məcəlləsi Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ağdaş şəhəri C.Cabbarlı küçəsi dalan 2 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzilinin özəlləşdirilməsinə nail olmaqdır. Cavabdeh inzibati orqan iddiaçının mənzilə hüquqlarının qeydiyyata alınması üçün zəruri hüquq müəyyənedici sənədləri təqdim etmədiyinə əsaslanıb müraciəti təmin etməmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı iş üzrə iddiaçı Ağdaş şəhəri C.Cabbarlı küçəsi dalan 2 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzildə faktiki yaşasa da, həmin mənzilin qanuni əsaslarla ona 2009-cu il oktyabrın 1-dək ayrılması ilə bağlı hər hansı hüquqi sənədin olması iş materialları ilə sübuta yetirilmir. İddiaçı, sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində Ağdaş 181 №-li X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 №-li ümumi iclas protokoluna istinad edir. Lakin, yuxarıda istinad olunan hüquq normalarından göründüyü kimi sözügedən mənzillə bağlı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair - mənzil kirayə müqaviləsi, mənzilə dair order və ya sərəncam qanunvericiliyin tələb etdiyi hüquq müəyyənedici sənədlərdir. İddiaçı isə həmin sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilmir. Təqdim etdiyi sənəd (Ağdaş 181 №-li X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 №-li ümumi iclas protokolu) isə mənzilə hüququn qeydə alınmasına əsas olan sübut kimi qiymətləndirilə bilməz. Sözügedən sənəd iddia olunan mənzilə iddiaçının istifadə hüququnun mövcudluğu baxımından əhəmiyyətlidir və iddiaçı mənzilə yalnız istifadə hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət edə bilər. Məhkəmə tərəfindən inzibati orqanın praktikası yoxlanılmış və iddia olunan mənzilin yerləşdiyi binada hüquqları dövlət qeydiyyatına alınmış digər mənzillərə dair sənədlər götürülərək tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, tədqiq olunan digər mənzillərə münasibətdə yalnız Ağdaş 181 №-li X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 №-li ümumi iclas protokoluna istinad edilməmişdir. Belə ki, digər mənzillərə münasibətdə hüquqmüəyyənedici sənəd qismində nümunəvi kirayə müqaviləsi, Ağdaş MTİİTM ilə bağlanmış müqavilə, XDS İK-nin yaşayış sahəsi üçün orderi hüquq müəyyənedici sənəd qismində qəbul edilərək hüquqların dövlət qeydiyyatı aparılmışdır. Göründüyü kimi Ağdaş 181 №-li X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 №-li ümumi iclas protokoluna uyğun hüquqların dövlət qeydiyyatının aparılması cavabdeh orqanın inzibati praktikasına da, uyğun olmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququn qeydə alınması üçün yuxarıda sadalanan hüquq normalarında nəzərdə tutulan sənədlərin hər hansı biri təqdim edilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İnzibati İcraat haqqında” Qanun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı ünvan 1 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar