Məhkəmə qərarları › İş №2-1(116)-78/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-78/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-78/2020 27.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2 iştirakı ilə cavdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Rayon şöbəsinə qarşı “1973, 1976-1998-ci illərdə Zaqatala rayonu Muğanlı kəndi "Moskva" adına kolxozda işlədiyi illərin, 01.09.1972-ci il tarixdən 05.07.1973-cü il tarixədək X7 Təhsili Komitəsinin 49 saylı Sumqayıt şəhər Peşə məktəbində və 1976-25.02.1980-cı illərdə Azərbaycan SSR-in Kənd Təsərrüfatı Nazirliyinin X3 Texnikumunda əyani olaraq təhsil aldığı illərin sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi”tələbinə dair işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Rayon şöbəsinə qarşı “1973, 1976-1998-ci illərdə Zaqatala rayonu Muğanlı kəndi "Moskva" adına kolxozda işlədiyi illərin, 01.09.1972-ci il tarixdən 05.07.1973-cü il tarixədək X7 Təhsili Komitəsinin 49 saylı Sumqayıt şəhər Peşə məktəbində və 1976-25.02.1980-cı illərdə Azərbaycan SSR-in Kənd Təsərrüfatı Nazirliyinin X3 Texnikumunda əyani olaraq təhsil aldığı illərin sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə etdiyi arxiv arayışından və təhsil haqqında diplomlardan görünür ki, onun kifayət qədər əmək (sığorta) stajı vardır. Sənədlərini cavabdeh təşkilata təqdim etmişdir. Lakin cavabdeh təşkilat ona əmək pensiyası təyin etməkdən və kolxozda işlədiyi və əyani təhsil aldığı müddəti sığorta stajı kimi qəbul etməkdən imtina etmişdir. Səbəbi isə əmək kitabçasının olmaması və qanunda nəzərdə tutulmamasıdır. O, 1973, 1976-1998-ci illərdə Zaqatala rayonu Muganlı kəndi “Moskva” adına kolxozda işləmişdir. 01.09.1972-05.07.1973-cü illərdə X7 Təhsili Komitəsinin 49 saylı Sumqayıt şəhər Peşə məktəbini və 1976-25.02.1980-ci illərdə isə Azərbaycan SSR-nin Kənd Təsərrüfatı Nazirliyinin X3 Texnikumunda əyani olaraq təhsil almışdır. Təhsil aldığı dövrdə qüvvədə olan Qanunlara əsasən əyani ali təhsil aldığı illər sığorta stajına daxil edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alan məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının 01.05.2018-ci il tarixində yaşa görə əmək pensiyası yaranmışdır. İddiaçıya 01.05.2018-ci il tarixə yaşa görə minimum əmək pensiyası təyin edilməsi üçün 16743,00 manat sığota kapitalı tələb olunur. Təqdim etdiyi 01.09.1972-ci ildən 05.07.1973-cü ilədək X7 Təhsili Komitəsinin 49 saylı Sumqayıt şəhər Peşə məktəbində (10 ay 24 gün), 1976-25.02.1980ci illərdə Azərbaycan SSR-in Kənd Təsərrüfatı Nazirliyinin X3 Texnikomunda əyani olaraq təhsil aldığı üçün (3 il 5 ay 25 gün), 15.11.1973-cü il tarixdən 17.12.1975-ci il hərbi xidmət dövrü 2 il 1 ay 2 gün) və Zaqatala rayonu keçmiş Moskva kolxozunda işləməsinə dair 20.07.2018-ci il tarixli 414 saylı Arxiv arayışına əsasən (19 il 08 ay) 26 il 2 ay 21 gün sığorta stajı toplanır. Həmin sığorta stajı 18342 manat pensiya kapitalına bərabərdir. Zaqatala rayon Dövlət Arxivi İddiaçı 1973, 1976-1998-ci illərdə Zaqatala rayonu keçmiş Moskva kolxozunda işlədiyi iş stajının qarşılıqlı yoxlama aktına imza edərək təsdiqlənməsindən imtina etmişdir. İddiaçı təqdim etdiyi 1973, 1976-1998-ci illərdə keçmiş Moskva kolxozunda işləməsinə dair 20.07.2018-ci il tarixli 414 saylı Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı iddiaçıya həmin kolxoz tərəfindən verilmiş iş stajına dair arayışla uyğunsuzluq təşkil etmişdir. Belə ki, kolxoz tərəfindən verilmiş əmək kitabçasında iddiaçı 1973-cü ildə həmin kolxozda işləməsi barədə hər hansı bir qeydiyyat aparılmamışdır. İddiaçı 25.07.1973-cü ilədək peşə məktəbində əyani təhsil almış və 15.11.1973-cü il tarixdən hərbi xidmətə getmişdir. Rayon arxivi tərəfindən verilmiş arayışdan isə iddiaçının 1973-cü ildə 174 adam günü işə çıxması barədə qeydiyyat aparılmışdır. 1976-25.02.1980ci illərdə X3 Texnikomunda əyani təhsil almasına baxmayaraq həmin illər üçün dövlət arxivi saxtakarlıq edərək iddiaçıya 1976-cı il üçün 100 adam günü, 1977-ci il üçün 273 adam günü, 1978-ci il üçün 200 adam günü, 1980-ci il üçün 50 adam günü əlavə etmişdir. Eyni zamanda 1983-cü il üçün 40 gün, 1990-cı il üçün 200 adam günü əlavə edərək saxtakarlıq edilmişdir. İddiaçının 1978-ci ildə hesablandığı əmək haqqına 700 rubl, 1990-cı ildə hesablandığı əmək haqqına 1000 rubl əlavə edilməsi aşkar edilmişdir. İddiaçıya rayon arxivi tərəfindən verilmiş arxiv arayışında şişirdilmiş əmək günlərini faktiti işləmiş əmək günlərinə bərabər tutulduqda onun kolxozda işlədiyi iş stajı 17 il 1 ay təşkil edir. Onun sığorta stajı təhsil aldığı müddətlər və hərbi xidmət dövrü ilə birlikdə 23 il 4 ay 21 gün təşkil edir. Həmin sığorta stajı 16357 manat sığorta kapitalına bərabərdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.05.2018-ci il tarixə yaşa görə minimum əmək pensiyası təyin edilməsi üçün 16743,00 manat sığota kapitalı tələb olunur. Onun tələbində qeyd olunan müddət stajına daxil edilsə belə onun pensiya almaq hüququ yaranmayacaq. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Rayon şöbəsinə qarşı “1973, 1976-1998-ci illərdə Zaqatala rayonu Muğanlı kəndi "Moskva" adına kolxozda işlədiyi illərin, 01.09.1972-ci il tarixdən 05.07.1973-cü il tarixədək X7 Təhsili Komitəsinin 49 saylı Sumqayıt şəhər Peşə məktəbində və 1976-25.02.1980-cı illərdə Azərbaycan SSR-in Kənd Təsərrüfatı Nazirliyinin X3 Texnikumunda əyani olaraq təhsil aldığı illərin sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar