Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-78/2021 24.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı Assosiasiyasının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Ağsu rayonu Padar bələdiyyəsi) “X6 27.09.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı X2 ərazisində ayrılmış 1,0 ha torpaq sahəsinin üzərində İddiaçı Assosiasiyasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Assosiasiyası cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X6 27.09.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı X2 ərazisində ayrılmış 1,0 ha torpaq sahəsinin üzərində İddiaçı Assosiasiyasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayon Padar Bələdiyyəsinin 27.09.2007-ci il tarixli, 09 saylı qərarı ilə "Qara Qaya" X2 ərazisində 1,0 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə tərəflər arasında Torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Akt Ağsu rayon şöbəsində 22.10.2007-ci ildə 103 nömrə ilə qeydiyyata alınmışdır. Ağsu rayon Padar bələdiyyəsi tərəfindən verilmiş 18 oktyabr 2007-ci il tarixli 17 saylı Arayışda göstərilir ki, ayrılan sahə kənddən uzaq məsafədə yerləşdiyi üçün otlaq sahəsi kimi istifadə olunmur. İddiaçı sözügedən 1.0 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 03.02.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Ağsu rayon Padar Bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı qərarı ilə satılmış 1.0 ha torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı örüş sahələrinə aid edilmişdir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin 12.3-cü maddəsinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı mədsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq İcra Hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə yol verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Ağsu rayonu Padar Bələdiyyəsi tərəfindən 1.0 ha torpaq sahəsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 12.3; 12.4; 13.1 və 16.3-cü maddələrinin tələbləri pozulmaqla alqısatqı olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 13.03.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı Assosiyasiyasının cavabdeh ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “X6 27.09.2007-ci il tarixli 09 nömrəli qərarı ilə ” Qara Qaya ” X1 ərazisindən ayrılmış 1.0 ha torpaq sahəsinin üzərində ” Qara Qaya ” Assosiyasiyasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını əsassız hesab edir. İddiaçı Assosiyasiyası 22 yanvar 2020-ci il tarixli GGA-02 nömrəli məktubla Ərazi İdarəsinə müraciət edərək Ağsu rayon Padar Bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 nömrəli qərarı ilə mülkiyyətinə satılmış 1.0 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən araşdırılan zaman məlum olmuşdur ki, İddiaçı Assosiyasiyasına Ağsu rayon Padar Bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 qərarı ilə satılmış 1.0 ha torpaq sahəsinin bir hissəsi baza xəritəsində ictimai tikintialtı kimi qeyd olunub, digər hissəsi isə kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edilmişdir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi’’nin 16.3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 12.3-cü maddəsinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı mədsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq İcra Hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə yol verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Ağsu rayonun Padar Bələdiyyəsi tərəfindən 1.0 ha torpaq sahəsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 12.3; 12.4; 13.1 və 16.3-cü maddələrinin tələbləri pozulmaqla alqısatqı olunmuşdur. Bu səbəbdən İddiaçı Assosiasiyasının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmənin 05.11.2020-ci il tarixli, 2-1(116)-770/2020 nömrəli qərardadı ilə Ağsu rayon Padar bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan Ağsu rayon Padar bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağsu rayon Padar bələdiyyəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 saylı fərmanına və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq İddiaçı Assosiasiyasının rəhbərliyinin ərizəsini və müvafiq sənədləri əsas tutaraq, Padar kəndinin qərb tərəfində ərazidən keçən yüksək gərginlikli elektrik xəttindən cənub tərəfə Girdiman çayının kənarında Padar bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan ünvan ünvanda fəaliyyət göstərən İddiaçı Assosiasiyasına daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması üçün 1.0 ha torpaq sahəsinin alqı-satqı qaydasında satılmasını qərara almışdır. İş materiallarında olan Padar bələdiyyəsi, İddiaçı Assosiasiyasının rəhbərinin və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə 2007-ci ilin oktyabr ayında tərtib edilən Aktın təsdiq edilmiş surətindən görünür ki, aktda qeyd olunan tərkibdə təşkil olunan Komissiya Ağsu RİH-nin Memarlıq vəTikinti şöbəsi, Padar bələdiyyəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən tərtib edilmiş sənədləri və Azərbaycan Respublikası Torpaq qanunvericiliyinin müvafiq qanunlarını əsas tutaraq ərazidən keçən Girdiman çayının şərq tərəfində keçmiş su nasos stansiyasının şimal tərəfində Padar bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan Bakı şəhəri, Azadlıq prospekti 153A ünvanda fəaliyyət göstərən İddiaçı Assosiasına daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması üçün 1.0 hektar torpaq sahəsinin torpaqların alqı-satqısı qaydasında satılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan 03.10.2007-ci il tarixli Aktın təsdiq edilmiş surətindən görünür ki, ərazidən keçən Girdiman çayının şərq tərəfində keçmiş su nasos stansiyasının şimal tərəfində Padar bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan Bakı şəhəri, Azadlıq prospekti 153A ünvanda fəaliyyət göstərən İddiaçı Assosiasına daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması üçün 1.0 hektar torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin ərazinin mühafizə zolağından heç bir yüksək gərginlikli elektrik və orta təzyiqli qaz xətləri keçmir. Odur ki, tikinti üçün ayrılmış torpaq sahəsində Yanğın Təhlükəsizliyi norma və qaydaları gözlənilməklə həmin ərazidə inşaat işlərinin aparılması məqsədəuyğundur. İş materiallaırnda olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin 17.10.2007-ci il tarixli 116 nömrəli rəyinin surətində qeyd edilir ki, Ağsu rayon Padar bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı qərarına əsasən Padar kəndinin qərb tərəfində ərazidən keçən yüksək gərginlikli elektrik xəttindən cənub tərəfə Girdiman çayının kənarında Padar bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan ünvan ünvanda fəaliyyət göstərən İddiaçı Assosiasiyasına daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması üçün 1.0 ha torpaq sahəsinin alqı-satqı qaydasında satılmasına Komitənin Ağsu rayon şöbəsi etiraz etmir. İş materiallarında olan Padar bələdiyyəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinə ünvanladığı 18.10.2007-ci il tarixli 17 nömrəli arayışın surətində qeyd edilir ki, Ağsu rayon Padar bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı qərarı ilə Bakı şəhərində fəaliyyət göstərən İddiaçı Assosiasiyasına daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması üçün satılmış 1.0 hektar örüş sahəsi kənddən uzaq məsafədə yerləşdiyinə görə kəndin mal-qarası üçün otlaq sahəsi kimi istifadə olunmur. İş materiallarında olan 19.10.2007-ci il tarixli 01 nömrəli qəbzin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Assosiasiyasının prezidenti Sədrəddin Daşdəmirov torpaq sahəsinin dəyərini (400 manat) Padar bələdiyyəsinin bank hesabına ödəmişdir. İş materiallarında olan 22.10.2007-ci il tarixdə tərtib edilmiş “Torpaqların alqısatqısına dair” Aktın surətindən görünür ki, Ağsu rayon Padar bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 nömrəli qərarına əsasən Padar bələdiyyəsinin nümayəndəsi bələdiyyənin sədri X8, İddiaçı Assosiasiyasının rəhbəri X3 və Torpaq şöbəsinin müdiri X4 iştirakı ilə alqı-satqı aktı tərtib edilmişdir. Akt Torpaq şöbəsində 22.10.2007-ci ildə 103 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Padar bələdiyyəsinin 25.10.2007-ci il tarixli 10 nömrəli iclas protokolunun təsdiq edilmiş surətindən görünür ki, həmin iclasda bələdiyyənin sədr müavini A.Babayevə İddiaçı Assosiasiyasına 1.0 ha torpaq sahəsinin ayırması və onun sənədlərinin hazırlanması tapşırılmışdır. İş materiallarında olan A seriyalı 019815 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Ağsu rayon Padar bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı qərarı ilə 10000 kv.m torpaq sahəsi daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması məqsədilə İddiaçı Assosiasiyasına verilmişdir. İş materiallarında olan 10.09.2020-ci il tarixli mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı “Qara Qaya" Assosiasiyasının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları tərəfimizdən müəyyənləşdirildi. Kameral şəraitdə araşdırılma aparılan zaman məlum oldu ki, sözügedən 1,0 ha torpaq sahəsi elektron məlumat bazasında bələdiyyə mülkiyyətinə aid olmaqla 0,54 ha hissəsi örüş və 0,46 ha hissəsi isə ictimai tikinti altında olan torpaq sahəsi qeyd edilsə də, naturada həmin torpaq sahəsi çayın vadisi olmaqla daşlı-çınqıllı ərazidə yerləşir. İş materiallarında olan Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin məhkəməyə ünvanladığı 19.02.2021-ci il tarixli məktubda qeyd edilir ki, Ağsu rayon Padar bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı qərarı Mərkəzdə aşkar edilməmişdir. İş materiallarında olan Kadastr və Yerquruluşu Layihə-X7 Məsuliyyətli Cəmiyyətinin 03.03.2021-ci il tarixli arayışının surətində qeyd edilir ki, Ağsu rayonu Padar bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı X2 ərazisində ayrılmış 1.0 ha torpaq sahəsinə dair texniki və hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən 1-ci və 2-ci sualların cavablandırılması mümkün olmamışdır. 11 sentyabr 2020-ci il tarixli **********86 nömrəli mütəxəssis rəyində məhkəmə tərəfindən qoyulmuş sual cavablandırılan zaman elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən mübahisəli torpaq sahəsinin 0.46 ha hissəsi ictimai tikinti altında olan torpaq sahəsi kimi qeyd edilmişdir. Naturada həmin torpaq sahəsində heç bir tikili mövcud olmadığından xəritə materiallarında qeyd olunan ictimai tikinti ərazisinin hansı məqsədlə istifadə olunduğunu müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Ağsu rayon Padar bələdiyyəsinin məhkəməyə ünvanladığı 27.04.2021-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı Assosiasiyasına ayrılmış 1.0 ha torpaq sahəsi ilə bağlı bələdiyyədə heç bir sənəd yoxdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.(12-ci maddəsinin 2-ci bəndi). kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində- Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi 0,54 ha hissəsi örüş və 0,46 ha hissəsi isə ictimai tikinti altında olan torpaq sahəsidir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alına bilməz. Ümumiyyətlə Ağsu rayon dövlət arxivində Ağsu rayon Padar bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı qərarı müəyyən olunmamış, əslində İddiaçı Assosiasiyasına 1.0 ha torpaq sahəsinin ayırması barədə qərar 25.10.2007-ci il tarixli 10 nömrəli iclasında qəbul olunmuşdur. Ağsu rayon Padar bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı qərarı Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar edilməmişdir. A seriyalı 019815 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Ağsu rayon Padar bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı qərarı ilə 10000 kv.m torpaq sahəsi daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması məqsədilə İddiaçı Assosiasiyasına verilmişdir, halbuki elə qərar olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Assosiasiyasının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Ağsu rayonu Padar bələdiyyəsi) “X6 27.09.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı X2 ərazisində ayrılmış 1,0 ha torpaq sahəsinin üzərində İddiaçı Assosiasiyasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 508 manat 40 qəpik İddiaçı Assosiasiyasından tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X7 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-78/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-78/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver