Məhkəmə qərarları › İş №2-1(116)-782/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-782/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-782/2022 22.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 144.6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ********** qeydiyyat nömrəli, seriya MA0363846 nömrəli çıxarışda qeyd edilmiş 0.03 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə onun adına hazırlanmış xx.xx.2012-ci il tarixli ******* nömrəli çıxarışda “Torpaq sahəsi (ölçüsü, ha):” qrafasında 0.03 dövlət qeydinin 0.081817 kimi, xx.xx.2012-ci il tarixli **********25-10301 reyestr nömrəli 405-1/1034 inventar nömrəli “Texniki pasport”da torpaq sahəsi haqqında məlumatın “sənəd üzrə ha” qrafasında 0.03 dövlət qeydinin 0.081817 kimi, “faktiki sahə ha” qrafasında 0.051817 dövlət qeydinin 0.081817 kimi, “digər sahələr ha” qrafasında 0.039622 dövlət qeydinin 0.00 kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə onun adına hazırlanmış xx.xx.2012-ci il tarixli ******* nömrəli çıxarışda “Torpaq sahəsi (ölçüsü, ha):” qrafasında 0.03 dövlət qeydinin 0.051 kimi, xx.xx.2012-ci il tarixli **********25-10301 reyestr nömrəli 405-1/1034 inventar nömrəli “Texniki pasport”da torpaq sahəsi haqqında məlumatın “sənəd üzrə ha” qrafasında 0.03 dövlət qeydinin 0.051 kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-782/2022 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi növbəti dəfə tələbini dəqiqləşdirərək, “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 144.6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ********** qeydiyyat nömrəli, seriya MA0363846 nömrəli çıxarışda qeyd edilmiş 0.03 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, faktiki istifadəsində olan, xx.xx.2012ci il tarixli, 405-1/1034 inventar nömrəli texniki pasportda zəbt kimi qeyd edilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazını iddiaçının ünvan 3 ünvanında yerləşən 0.0518 ha torpaq sahəsinin 0.0218 ha hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-659A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçıya 5 nəfər ailə üzvü ilə birlikdə 0.03 ha torpaq sahəsi ayrılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.03 ha torpaq sahəsi üzərində iddiaçının tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2012-ci il tarixli, 405-1/1034 inventar nömrəli texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerlədiyi torpaq sahəsinin faktiki ölçüsü 0.05817 ha qeyd edilmişdir. - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 09.1966-cı il tarixli, 17 inventar nömrəli pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilmədiyindən JN- 659 A torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. JN-659A torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş 0,03 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixli 405-1/1034 inventar nömrəli texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür. 09.1966-cı il tarixli 17 inventar nömrəli pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilmədiyindən 405-1/1034 inventar nömrəli texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. xx.xx.2012-ci il tarixli 405-1/1034 inventar nömrəli texniki pasportda qeyd olunan zəbt torpaq sahəsi kimi göstərilmiş 0,0218 ha torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri İnzibati Ərazi Dairəsinin sərhəddi daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olan Oğuz Bələdiyyəsinin mülkiyyətindədir, İddiaçı tərəfindən istifadə olunur. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir (yerquruluşu planı 1,2,3). Həmin zəbt torpaq sahəsi kimi göstərilmiş 0,0218 ha torpaq sahəsi ilə, 09.1966-ci il tarixli 17 inventar nömrəli pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilmədiyindən üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Cavabdeh orqan iddia tələbinə etirazının əsas dəlili - ünvan 3 ünvanında yerləşən 0.0518 ha torpaq sahəsinin 0.0218 ha hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə bağlıdır. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində 09.1966-cı il tarixli, 17 inventar nömrəli pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilmədiyindən sözügedən texniki pasportla iddia olunan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmamasını bildirsə də, nəzərə alınmalıdır ki, sözügedən texniki pasportun ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olması işin mübahisəsiz halıdır. Həmin texniki pasportda isə istifadədə olan torpaq sahəsinin ümumi ölçüsü 444.6 kv.m qeyd edilmişdir. İş materialları ilə müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 0.03 ha hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddiaçı haqlı olaraq 09.1966-cı il tarixli, 17 inventar nömrəli pasporta istinad etməklə qalan 144.6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ********** qeydiyyat nömrəli, seriya MA0363846 nömrəli çıxarışda qeyd edilmiş 0.03 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.4-cü bənd) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdir. Hazırkı iş üzrə 09.1966-cı il tarixli, 17 inventar nömrəli pasportda qeyd edilmiş 444.6 kv.m torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışla sübut olunur. Həmin texniki pasporta torpaq sahəsinin ölçüsü də göstərildiyindən cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası tamamilə əsassız olmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 144.6 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ********** qeydiyyat nömrəli, seriya MA0363846 nömrəli çıxarışda qeyd edilmiş 0.03 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar