Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-784/2024 09.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi əsasında satın alınan 2.281 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi əsasında satın alınan alınan 2.45 ha torpaq sahəsinə mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 09 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi əsasında satın alınan 2.281 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci ildə rəsmi alqısatqı müqaviləsi əsasında Şəki rayonunun Aşağı Göynük kənd sakinləri X4 və onun ailə üzvlərindən onlara məxsus 2.646 ha kənd təsərrüfatlı təyinatlı əkinə yararlı torpaq sahəsini satın almışdır. Alqı-satqı rəsmi qaydada 2021-ci ildə baş tutsa da həmin torpaq sahəsi 2016-cı ildən iddiaçının istifadəsində və sahibliyindədir. Həmin vaxtdan bu günədək torpağın vergiləri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün cavabdeh quruma rəsmi qaydada müraciət etmişdir. Tərəfindən müvafiq olaraq dövlət büdcəsinə çıxarışın və plan ölçü sənədinin verilməsi üçün nəzərdə tutulan 75 manat və 50 manat olmaqla rüsumlar da ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina məktubu vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Azəbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması nəzərdə tutulduğundan 12 saylı Şəki Ərazi İdarəsində torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənilməsi TEKUİS (X1 X3) məlumat bazasına əsasən aparılır. Qeyd olunan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən ölçülərə uygun torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi mümkün deyildir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi” ndən görünür ki, X4 və ailə üzvləri ümumi sahəsi 2.646 ha torpaq sahəsini İddiaçı satmışdır.
2. JN-102 saylı, 40404028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şəki rayon Aqrar islahat komissiyasının xx.xx.2000-ci il tarixli 08 saylı qərarı ilə 2.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
3. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.
4. xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X4 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. 11.09.2022-ci il tarixli ödəniş qəbzlərinə əsasən iddiaçı Şəki Bələdiyyəsinin mülkiyyətinə 75 AZN və 50 AZN ödəniş edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-495/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsi faktiki olaraq 5.08 ha olub yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Həmin torpaq sahəsi (TEKUİS) məlumatlarında kənd təsərrüfatı təyinatlı xüsusi mülkiyyətlərə aid əkin torpaqları kimi göstərilmişdir. X4 və qeyrilərinin xx.xx.2015-cı il tarixli Çıxarışa əsasən mülkiyyət hüquqlarının qeydə alındığı və 11,05.2016-cı il tarixli Plan-ölçü sənədində göstərilən 2.646 ha torpaq sahəsi ilə JN-0102 nömrəli Dövlət Aktının koordinatları eynidir. Sənəd üzrə (JN- 0102 nömrəli Dövlət Aktının və 11,05.2016-cı il tarixli Plan-ölçü sənədində göstərilən) torpaq sahələrinin DWG və TEKUİS bazasında yerləşmə vəziyyəti yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi başqa subyektlərin mülkiyyətində olan torpaq sahəsi **********62, **********61 nömrəli çıxarışla üst-üstə düşür və tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1547/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, İddiaçı və qeyrilərinin xx.xx.2016 cı iltarixlı çıxarışına əsasən mülkiyyət hüquqlarının qeydə alındığı 2.646 ha torpaq sahəsi ilə **********61 nömrəli çıxarışla 750 kv.m hissəsi və **********62 nömrəli çıxarışlar 0.29 ha hissəsi ilə üst-üstə düşür və tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. **********61 və **********62 nömrəli çıxarışlar TEKUİS-ə əsasən verilmişdir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən X4 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2.646 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi mülkiyyətçilər tərəfindən İddiaçı satılmışdır. Qeydə alınması iddia olunan torpaq sahəsinin iddiaçıya satılması barədə tərəflər arasında xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* alqı-satqısı müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində İddiaçı alqısatqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsi faktiki olaraq 5.08 ha olub yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Həmin torpaq sahəsi (TEKUİS) məlumatlarında kənd təsərrüfatı təyinatlı xüsusi mülkiyyətlərə aid əkin torpaqları kimi göstərilmişdir. X4 və qeyrilərinin xx.xx.2015-cı il tarixli Çıxarışa əsasən mülkiyyət hüquqlarının qeydə alındığı və 11,05.2016-cı il tarixli Plan-ölçü sənədində göstərilən 2.646 ha torpaq sahəsi ilə JN-0102 nömrəli Dövlət Aktının koordinatları eynidir. Sənəd üzrə (JN-0102 nömrəli Dövlət Aktının və 11,05.2016-cı il tarixli Plan-ölçü sənədində göstərilən) torpaq sahələrinin DWG və TEKUİS bazasında yerləşmə vəziyyəti yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi başqa subyektlərin mülkiyyətində olan torpaq sahəsi **********62, **********61 nömrəli çıxarışla üst-üstə düşdüyü qeyd edilmişdir. Xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmə halına qiymət verən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin həcmi azaldıldılmışdır.Odur ki,qeyd olunan torpaq sahələri ilə üst-üstə düşən hissənin araşdırılması zərurəti aradan qalxmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki: 2.3. X1 X3nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra - ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinm faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X1 X3ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi əsasında əldə olunan 2.281 ha torpaq sahəsi üzərində (TEKUİS-ə əsasən faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə