Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-786/2021 27.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X5, üçüncü şəxs X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarı ilə ailəsinin ümumi mülkiyyətinə verilmiş ********** və ********** nömrəli çıxarışlar üzrə ölçüləri 2,623 ha və 0,142 ha göstərilmiş torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X10, X3, X18, X19, İddiaçı (iddiaçı), X27, X20 adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 12,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin şəxslərin ümumi mülkiyyətinə verilmişdir, torpaq sahəsi 94420,82 kv.m, 1418,61 kv.m və 26231,99 kv.m ölçüdə olan 3 ayrı-ayrı hissədən ibarətdir. Həmin torpaq sahələrindən 2,623 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X10, X3, X18, X19, İddiaçı, X27, X20 mülkiyyət hüququ 24.04.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Eyni zamanda, göstərilən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə də X10, X3, X18, X19, İddiaçı, X27, X20 mülkiyyət hüququ 24.04.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, həmin 0,142 ha, 2,623 ha və 9,442 ha torpaq sahələrinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsini xahiş etmiş, lakin cavabdeh 04.03.2021-ci il tarixli **********80 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, göstərilən torpaq sahələrinin bir hissəsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən başqa vətəndaşlar tərəfindən istifadə edilir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarı ilə ümumi birgə ailə başına verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı 29.04.2021-ci il tarixli **********44 nömrəli etirazında bildrmişdir ki, iddiaçıya və ailə üzvlərinə məxsus pay torpaq sahələrinin bir hissəsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən başqa vətəndaşlar tərəfindən istifadə edilir. Həmçinin, kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsinə əsasən həmin torpaq sahələrinin bir hissəsi X41, X11 və X12 istifadəsində olduğu üçün xəritədə onların adları qeyd olunmuşdur. Bundan sonra iddiaçı iddianı dəyişdirmiş və məhkəməyə yeni iddia ərizəsi göndərərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarı ilə ailəsinin ümumi mülkiyyətinə verilmiş ********** və ********** nömrəli çıxarışlar üzrə ölçüləri 2,623 ha və 0,142 ha göstərilmiş torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 09.06.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bundan başqa, İddiaçı həm ilk, həm də sonrakı iddia ərizələrində Şəki Rayonu Daşbulaq Bələdiyyəsini üçüncü şəxs qismində qeyd etmişdir. Lakin hazırkı işdə qəbul ediləcək məhkəmə qərarının Şəki Rayonu Daşbulaq Bələdiyyəsinin qanunla qorunan maraqlarına toxunması ehtimalı olmadığına görə məhkəmənin 09.06.2021-ci il tarixli qərardadı ilə həmin bələdiyyənin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Daha sonra məhkəmənin eyni tarixli qərardadı ilə X30, X28, X57, X31, X32, X33, X34, X35, X36, X6, X21, X29, X37 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-0018 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 7,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X22 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,529 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X13, X7 və X41 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X13, X7 və X41 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, JN-0019 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 1,975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X11, X14, X15, X16 və X17 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 7,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X11, X14, X15, X16 və X17 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, JN-0020 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X23 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 7,023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X12, X2, X4, X8 və X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 1,975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X12, X2, X4, X8 və X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 12,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X3, X18, X19, X38, X27, X20 ümumi mülkiyyətinə verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 2,623 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X10, X3, X18, X19, X38, X27, X20 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X10, X3, X18, X19, X38, X27, X20 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, cavabdehin 04.03.2021-ci il tarixli **********80 nömrəli imtina məktubundan görünür ki, göstərilən torpaq sahəsinin bir hissəsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən, X57, X31 və X36 tərəfindən istifadə edilir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə görə, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanan normalardan göründüyü kimi, hüquqların dövlət qeydiyyatının aparılması üçün digər sənədlərlə yanaşı, torpaq sahəsinin planı və ölçüsü də qeydiyyat orqanına təqdim edilməlidir. Hazırkı işdə İddiaçı və ailə üzvlərinin adına 2,623 ha və 0,142 ha torpaq sahələri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat, "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmədən aparılmışdır. Hazırda isə cavabdeh qeyd olunan torpaq sahələrinə "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilməməsini bununla əsaslandırır ki, iddiaçıya və ailə üzvlərinə məxsus pay torpaq sahələrinin bir hissəsi elektron baza məlumatlarına və faktiki istifadə vəziyyətinə əsasən X57, X31 və X36 tərəfindən istifadə edilir. Məhkəmə tərəfindən cavabdehə sorğu edilərək X44, X24 və X25 aid torpaq sənədləri alınıb işə əlavə olundu. Müəyyən edildi ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 7,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X22 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və onlara JN-0018 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Həmin sənədə əsasən, qeyd olunan torpaq sahəsi 56279,37 kv.m, 10504,51 kv.m və 5296 kv.m olan 3 ayrı-ayrı hissədən ibarətdir. Sözügedən torpaq sahələrindən 0,529 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X13, X7 və X41 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin torpaq sahələrindən 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X13, X7 və X41 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan başqa, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və onlara JN-0019 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Həmin sənədə əsasən, qeyd olunan torpaq sahəsi 19750 kv.m və 70230,57 kv.m olan 2 ayrı-ayrı hissədən ibarətdir. Həmin torpaq sahələrindən 1,975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X11, X14, X15, X16 və X17 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin torpaq sahələrindən 7,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X11, X14, X15, X16 və X17 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan başqa, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən, Şəki rayon Daşbulaq kəndində yerləşən 9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X23 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və onlara JN-0020 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Həmin sənədə əsasən, qeyd olunan torpaq sahəsi 28439,65 kv.m, 41790,92 kv.m və 19750 kv.m olan 3 ayrı-ayrı hissədən ibarətdir. Həmin torpaq sahələrindən 7,023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X12, X2, X4, X8 və X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin torpaq sahələrindən 1,975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X12, X2, X4, X8 və X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Məhkəmənin 09.06.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək aşağıdakı suallarla bağlı məlumat tələb olundu:
1. İddiaçı və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 12,21 ha torpaq sahəsi JN-0018 nömrəli, JN-0019 nömrəli, JN-0020 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larında göstərilən torpaq sahələri ilə üst-üstə düşürmü (sənəd üzrə)?
2. İddiaçı və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 12,21 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"larda göstərilən torpaq sahələri ilə üst-üstə düşürmü? (sənəd üzrə) Əgər düşürsə, bunun səbəbi nədir?
3. X41 və ailə üzvlərinin adına olan JN-0018 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"larda göstərilən torpaq sahələri ilə üstüstə düşürmü? (sənəd üzrə)
4. X11 və ailə üzvlərinin adına olan JN-0019 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"larda göstərilən torpaq sahələri ilə üstüstə düşürmü? (sənəd üzrə)
5. X12 və ailə üzvlərinin adına olan JN-0020 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən torpaq sahələri ilə üst-üstə düşürmü? (sənəd üzrə)
6. Bütün sualların cavablarını əks etdirən sxem tərtib edilsin və torpaq sahələrinin üst-üstə düşən hissələrin koordinatları göstərilsin. Sorğuya cavab olaraq Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən hazırlanmış 01.11.2021-ci il tarixli mütəxəssis rəyində sorğunun 1-ci sualı ilə bağlı göstərilmişdir ki, İddiaçı və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 12,21 ha torpaq sahəsi 3 hissəli olub, bunlardan JN-21A (0,14 ha) və JN-21B (2,62 ha) mübahisəli ərazidə yerləşir. JN-21A (0,14 ha) və JN-21B (2,62 ha) torpaq sahələri JN-0018 nömrəli, JN-0019 nömrəli, JN- 0020 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larında göstərilən torpaq sahələri (sənəd üzrə) üst-üstə düşmür. JN-21A (0,14 ha) nömrəli torpaq sahəsi naturada tamamilə JN-20 nömrəli torpaq mülkiyyətçisinin istifadəsindədir. JN-21B (2,62 ha) nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi naturada 2,18 ha-dır. İddiaçı və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsinin qalan 0,44 ha hissəsi JN-57N kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən mülkiyyətçinin istifadəsindədir. Sorğunun digər sualları ilə bağlı isə rəydə bildirilmişdir ki, göstərilən torpaq sahələrinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədi olmadığından həmin torpaq sahələrinin üst-üstə düşüb düşmədiyinin müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış mütəxəssis rəyi ilə müəyyən olundu ki, İddiaçı və ailə üzvlərinin adına olan JN-0021 kod 40410028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,14 ha və 2,62 ha torpaq sahələri üçüncü şəxslər X44 və ailəsinə, X24 və ailəsinə, X25 və ailəsinə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür. Beləliklə, cavabdehin imtinasının dəlili öz təsdiqini tapmadı. Bundan başqa, iddiaçıya və ailəsinə məxsus olan torpaq sahəsinin bir hissəsinin digər şəxslərin faktiki istifadəsində olması barədə mütəxəssis rəyində göstərilmiş xüsusatla bağlı isə məhkəmə qeyd edir ki, hüquq müəyyənedici sənədlər olmadan torpaq sahəsindən digər şəxslərin faktiki istifadə etməsi həmin torpaq sahəsinə mülkiyyətçinin hüquqlarını məhdudlaşdıra bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, prosessual xərclər mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən 13.10.2021-ci ildə ödənilmiş 322,80 manat xidmət haqqından ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğuna görə prosessual xərclər cavabdehə aid edilməli, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Şəki Rayon Aqrar İslahat Komissiyasının 25.12.1997-ci il tarixli 42 nömrəli qərarı ilə İddiaçı və ailəsinin ümumi mülkiyyətinə verilmiş, ********** və ********** qeydiyyat nömrələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2,623 ha və 0,142 ha torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun. Prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə aid edilsin, ondan 322,80 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.