Məhkəmə qərarları › İş №2-1(116)-787/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-787/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-787/2021 24.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “X4 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, X4 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, 11.12.1966-cı il tarixdə Şəki rayonunda anadan olmuş və 18.06.1986-cı il tarixdə N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçərkən xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş X2 ölüm faktının təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli 2(075)-503/2021 saylı qərardadı ilə ərizənin icraata qəbulundan imtina olunmuş, qərardaddan şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.03.2021-ci il tarixli 2(107)-804/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən verilmiş 13.10.2020-ci il tarixli, 713 nömrəli arayışdan görünür ki, X4 18.06.1986-cı il tarixdə N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçərkən xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Göründüyü kimi X2 18.06.1986-cı il tarixdə ölməsi faktı məlumdur və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilər. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh hal-hazırda fəaliyyət göstərməklə mövcuddur. Belə olduğu halda ərizəçi əvvəlcə Cavabdehnə müraciət etməli (hansı ki, artıq etmişdir), imtina məktubunu aldıqdan sonra belə bir vəzifənin Cavabdeh üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Beləliklə apellyasiya məhkəməsi hesab etmişdir ki, ərizəçi İddiaçı izah edilməlidir ki, o, “11 dekabr 1966-cı il tarixdə Şəki rayonunda anadan olmuş və 18 iyun 1986-cı il tarixdə N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçərkən xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş X2 ölüm aktının təsdiq edilməsi” tələbi ilə Şəki rayon məhkəməsinə yox, “ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Cavabdeh 28.11.2020-ci il tarixli imtinasında göstərmişdir ki, Cavabdehndə 11.12.1966-cı il təvəllüdlü X2 ölümünün qeydə alınması mümkün deyildir. Belə ki, Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında tibbi şəhadətnamə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də, iddiaçı X2 ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edə bilər. Cavabdeh iddia ərizəsinə 24.04.2021-ci il tarixli etirazında bildirmişdir ki, İddiaçı qardaşı 11.12.1966-cı il təvəllüdlü X2 ölümünün qeydə alınması ilə bağlı Cavabdehnə müraciət etmişdir. Lakin o, ölümün qeydə alınması üçün əsas olan sənədlər yəni, ölüm haqqında tibbi şəhadətnamə yaxud məhkəmə qətnaməsi deyil, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən verilmiş X2 hərbi xidmət keçərkən 18.06 1986-cı il tarixdə həlak olması barədə 13.10.2020-ci il tarixli 713 nömrəli arayışı təqdim etmişdir. Göstərilənlərə əsasən Cavabdehndə ölüm qeydinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında tibbi şəhadətnamə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə isə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 04.07.2001-ci il tarixli 519 nömrəli Fərmanının dördüncü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydaların 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır, 8.2-ci bəndinə görə ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qaydaların tələblərindən də göründüyü kimi, ölüm faktının qeydə alınması üçün iki qayda müəyyən edilmişdir: 1) tibb müəssisəsinin sənədi əsasında; 2) məhkəmə qətnaməsi üzrə. Ölüm faktının məhkəmə tərəfindən qətnamə əsasında müəyyən edilməsi qaydasına isə ölüm haqqında tibbi şəhadətnaməninin olmadığı hallarda yol verilir. Qeyd olunanların hazırkı işə tətbiqi baxımından göstərilməlidir ki, 11.12.1966-cı il təvəllüdlü X2 ölümünə münasibətdə heç bir tibbi şəhadətnamə və ya sənəd müəyyən edilməmişdir. Yalnız, Azərbaycan Respublikası Sədərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş 13.10.2020-ci il tarixli 713 nömrəli arayışda və Məhkəmənin sorğusuna 24.05.2021-ci il tarixli 809 nömrəli cavab məktubuna əlavə edilmiş Moskva vilayəti Odinsovo hərbi prokurorluğunun 30.06.1986-cı il tarixli 1284 nömrəli məktubunda göstərilmişdir ki, X4 hərbi xidmət keçərkən həlak olmuşdur. Sədərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı isə Qaydaların tələbi baxımından ölümün qeydə alınması üçün əsas qismində çıxış etmir. Məhz bu baxımından cavabdehin imtinası əsaslı olmuşdur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2009-cu il tarixli 03 saylı qərarının 4-cü hisəsinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qərarın 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Qərarda ortaya qoymuş olduğu mövqedən aydın olur ki, Ali Məhkəmə bu növ iddiaları iki istiqamətdə ayırmaqdadır. Ölümün qeydə alınma faktının müəyyən edilməsi və şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddiaçıya ərazi aidiyyəti qaydaları nəzərə alınmaqla ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) analoji tələb üzrə iddia qaldırmaq hüququ məhkəmənin 18.06.2021-ci il və 24.06.2021-ci il tarixli məhkəmə iclaslarında izah edilmiş və dinlənilmək hüququ təmin olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin hallarının təhlili və tərəflərin izahatları ilə müəyyən edilir ki, əvvəllər N.Məmmədovun ölüm faktı barədə hər hansı qeyd mövcud olmamışdır və onun bərpası hazırkı iş üzrə istisna olunur, iddiaçının əsaslandığı sənəd isə ölümün cavabdeh tərəfindən qeydə alınması üçün əsas deyildir. Bununla yanaşı, cavabdehin imtinası əsaslı olmaqla bərabər, iddiaçının mülki mühakimə icraatı çərçivəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməs tələbi ilə xüsusi icraat qaydasında iddia qaldıraraq çatmaq istədiyi məqsədinə nail olmaq imkanını istisna etmir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “X4 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar