Məhkəmə qərarları › İş №2-1(116)-788/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-788/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-788/2021 25.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının adı doğulduğu gündən doğum akt qeydində “Günel” olaraq qeyd edilmişdir. 06.01.2021-ci il tarixdə notarial əməliyyat aparılarkən iddiaçının doğum haqqında şəhadətnaməyə ehtiyacı yaranmış, doğum haqqında şəhadətnamə bir müddət əvvəl naməlum şəkildə itirildiyindən yenidən doğum haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş doğum haqqında akt qeydində iddiaçının adı “Güney” olaraq qeyd edildiyindən o, heç bir əməliyyat apara bilməmişdir. Halbuki, sonuncu dəfə 07.07.2015-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi alarkən əvvəl olduğu kimi Günel adı ilə ona şəxsiyyət vəsiqəsi verilmişdir. Bundan sonra doğum haqqında akt qeydində düzəliş edilməsi üçün Cavabdehnə müraciət etmiş, qeydiyyat şöbəsindən ona məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdehndə doğum aktı qeydində “Güney” olaraq qeyd edilmiş adının “Günel” olaraq düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı 23.04.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım barədə məktub göndərilmiş, məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Müvafiq məktub 05.05.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin mövqeyinə münasibət bildirilməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh 08.01.2021-ci il tarixli imtina məktubu, - Cavabdeh 11.06.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş, Ağdaş rayon Kükəl kənd icra nümayəndəliyi tərəfindən tərtib edilən 29.08.1980-ci il tarixli 31 saylı akt qeydinin təsdiq edilmiş surəti. Əsaslandırma hissəsi : İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh 08.01.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan, Cavabdeh 11.06.2021-ci il tarixli məktubuna əlavə edilmiş, Ağdaş rayon Kükəl kənd icra nümayəndəliyi tərəfindən tərtib edilən 29.08.1980-ci il tarixli 31 saylı akt qeydindən görünür ki, ilkin doğum haqqında akt qeydində iddiaçının adı “Güney” olaraq qeyd olunmuşdur. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilərək, adının “Günel” olaraq qeyd olunduğu “doğum haqqında” şəhadətnamənin əldə edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı doğulduğu gündən adının doğum akt qeydində “Günel” olaraq qeyd edildiyini iddia edir. İddiaçı bildirir ki, adının “Günel” olaraq qeyd edildiyi doğum haqqında şəhadətnaməni itirdikdən sonra yenidən doğum haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etdikdə ona ilkin doğum haqqında akt qeydində adının “Güney” olaraq qeyd edildiyi bildirilmiş və müraciətin təmin olunmasından imtina edilmişdir. İddiaçı iddia ərizəsinə AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, nikahın pozulması haqqında şəhadətnamənin və diplomun surətini əlavə edərək qeyd edilən sənədlərdə də adının “Günel” olduğunu qeyd edərək, ilkin doğum haqqında akt qeydində qeydlərin düzgün olmamasını mübahisələndirir. Belə olan halda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında hüquqi faktlara (hazırki iş üzrə doğum) dair aparılmış qeydlərdə yanlışlığa, səhvlərə yol verildikdə və inzibati orqan həmin yanlışlığı (səhvi) düzəltməkdən imtina etdikdə iddiaçıya aid həmin qeydlərin düzgün olmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 9.1-ci bəndə qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan qərarın 15.3-cü bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia tələbinin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı olmadığından və mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia mümükün sayılmamalıdır. İddiaçıya izah edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) “iddiaçıya aid həmin qeydlərin düzgün olmamasının müəyyən edilməsinə dair” iddia tələbi ilə MPM-in XXXVİİ fəslinin (339-341.m) müddəalarına uyğun olaraq yaşadığı yer üzrə Ağdaş rayon Məhkəməsinə müraciət edə bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar