Məhkəmə qərarları › İş №2-1(116)-788/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-788/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-788/2022 28.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin onun oğlu X4 “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin sırasından ehtiyata buraxılması barədə 08 may N019-cu il tarixli əmrinin ləğv edilməsi və cavabdehin üzərinə onun oğlunun həmin qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda) əsasən ehtiyata buraxılması barədə yeni əmr verməsi öhdəliyinin qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin onun oğlu X4 “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin sırasından ehtiyata buraxılması barədə 08 may N019-cu il tarixli əmrinin ləğv edilməsi və cavabdehin üzərinə onun oğlunun həmin qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda) əsasən ehtiyata buraxılması barədə yeni əmr verməsi öhdəliyinin qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli, N-1(11N)-9606/N0N1 nömrəli qərardadı ilə inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı apelyyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N1-ci il tarixli, N-1(103)-N734/N0N1 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli, N-1(11N)-9606/N0N1 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - 199N-ci il təvəllüdlü, ehtiyatda olan kiçik-gizir, oğlu Bağırzadə İlham 01 dekabr N015-ci il tarixdən N yanvar N018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində baş-çavuş, N yanvar N018-ci il tarixdən N4 noyabr N018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində baş-çavuş kimi və N4 noyabr N018-ci il tarixdən 08 may N019-cu il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində kiçik giziri hərbi rütbəsində xidmətdə olub və DSX-nin N saylı hərbi hissəsinin N nömrəli xx.xx.N019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət" haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Lakin həmin əmr oğluna təqdim edilməmişdir. X10 evə qayıtdığı ilk gündən qeyri-adi davranış və hərəkətləri diqqətini cəlb etmiş, bununla əlaqədar iddiaçı, oğlunu İsmayıllı rayonu X3 şöbəsinə aparmış və orada oğlu ilkin müayinə olunmuşdur. İsmayıllı rayonu Mərkəzi Xəstəxanasında müayinədən sonra oğlunu Respublika Psixatriya Xəstəxanasına göndərilmişdir. Respublika Psixatriya Xəstəxanasına müayinə və müalicə olunduqdan sonra oğlunun baş nayihəsinin sol tərəfindən kəllə-beyin travması alması və onun anormal davranışları bu travma ilə əlaqədar olduğu bildirilmişdir. Həkim məsləhəti ilə oğlu xx.xx.N019-cu il tarixdən xx.xx.N019-cu il tarixədək Respublika 1 nömrəli Psixatriya Xəstəxanasında müalicə olunub və ona orada “üzvü şəxsiyyət pozuntusu" diaqnozu qoyulmuşdur. Lakin, onun müalicəsi heç bir nəticə verməmişdir. Buna görə də məcbur olub cavabdehə müraciət etmiş, cavabdehin 18.11 N019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, SHXÇDX-nin rayon şöbəsinin göndərişi ilə DSX-nin Mərkəzi Hərbi Həkim Komissyasına müraciət etməkləri məqsədəuyğundur. Bundan sonra oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.N019-cu il tarixli məktubu, göndərişi, arayışı və tibbi çıxarışla birlikdə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq baxılması üçün DSX-nin Mərkəzi Hərbi Həkim Komissyasına göndərilmişdir. DSXnin Mərkəzi Hərbi Həkim Komissyasının 14 Fevral N0N0-ci il tarixli 67 saylı qərarına əsasən oğluna “üzvü şəxsiyyət pozuntusu" diaqnozu qoyularaq “xəstəlikdir, hərbi xidmət dövründə almışdır” nəticəsinə gəlinmişdir. Həmin qərarın verilməsinə əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N. bəndinin ç) yarımbəndi və DSX MHHKının 1 saylı fevral N0N0-ci il tarixli protokulu olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbyacan Respublikası Qanununun 41.0.3-cü maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - sabiq hərbi qulluqçu X11 iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı X11 övladı X1 Sərhəd Xidmətinin rəisi - X9 xx.xx.N015-ci il tarixli 1950 ş/h nömrəli əmri ilə DSX-də 3 (üç) il müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək “Qrup komandirlərinin hazırlığı kursu”na cəlb edilmiş, kursu bitirdikdən sonra xx.xx.N015-ci il tarixli N46N ş/h nömrəli əmrlə Sərhəd Qoşunlarının N003 nömrəli hərbi hissəsinə 8-ci sərhəd zastavasının 1-ci qrup komandiri vəzifəsinə təyin edilmiş, xx.xx.N018-ci il tarixli 6N ş/h nömrəli əmrlə xidmət yeri N005 nömrəli hərbi hissəyə dəyişdirilmiş, xx.xx.N018-ci il tarixli 888 ş/h nömrəli əmrlə N0N3 nömrəli hərbi hissənin bazasında “Xüsusi itlərin hazırlığı kursuna cəlb olunmuş və kursu bitirdikdən sonra xx.xx.N018-ci il tarixli 1688 ş/h nömrəli əmrlə “kiçik gizir” hərbi rütbəsi verilməklə DSX-də 5 (beş) il gizir qismində həqiqi hərbi xidmətə keçirilməklə eyni tarixli 1689 ş/h nömrəli əmrlə Sərhəd Nəzarətinin “Samur” sərhəd nəzarəti məntəqəsinin mühafizə bölməsinin xidməti itlərin təlimatçısı vəzifəsinə təyin edilmiş, xidməti vəzifələrin icrasında buraxdığı nöqsanlara görə Sərhəd Nəzarətində attestasiyası keçirilmiş və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən DSXdə həqiqi hərbi xidmətdəbn Silahlı Qüvvələrin ehtiyatına buraxılması haqqında qərar qəbul edilmiş və Sərhəd Nəzarəti rəisinin xx.xx.N019-cu il tarixli 58 ş/h nömrəli əmri ilə qeyd olunan maddə ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. DSX-in sərhəd Nəzarətindən daxil olmuş məktubdan görünür ki, X5 icraçılıq keyfiyyəti aşağı olduğuna, davranış qaydalarına düzgün riayət etmədiyinə, davranış və günün nizam qaydalarını pozduğuna, xidmət zamanı mobil telefondan istifadə etdiyinə, xaricdə yaşayan şəxslərlə mütəmadi olaraq əlaqə saxlayaraq bu barədə aidiyyəti üzrə məlumat vermədiyinə görə dinlənilərək X16 komissiyasının qərarına əsasən Sərhəd Nəzarəti rəisinin xx.xx.N019-cu il tarixli 58 ş/h üzrə əmri ilə “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. X5 xidməti vərəqəsindən görünür ki, həmin şəxsin barəsində həvəsləndirmə tətbiq edilməsə də, ona xx.xx.N016-cı il tarixdə N003 nömrəli hərbi hissənin N-ci sərhəd komendantlığının komendantı tərəfindən "Şiddətli Töhmət” intizam cəzası və xx.xx.N019-cu il tarixdə sərhəd nəzarət məntəqəsi rəisi tərəfindən “Töhmət” intizam cəzası verilmişdir. Attestasiya materiallarından görünür ki, sabiq hərbi qulluqçu XN Nəzarətinin “Samur” sərhəd nəzarəti məntəqəsində xidmət etdiyi müddətdə özünə qarşı tələbkarlığı aşağı səviyyədə olmuş, peşə hazırlığının artırılması üçün öz üzərində çalışmamış, rəislərinə qarşı qeyri-səmimi olmuş, rəislərin tənqidlərindən nəticə çıxarmaqda tələsməmiş, işində təşəbbüskarlığı olmamış, icraçılıq keyfiyyəti aşağı olmuş, xidməti vəzifələrin icrasına zəif münasibət göstərmişdir. Davranış qaydalarına düzgün riayət etməyərək nöqsanlara yol vermişdir. Belə ki, davranış və günün nizam qaydalarını pozmuş, xidmət zamanı mobil telefondan istifadə etmiş, xaricdə yaşayan şəxslərlə mütəmadi olaraq əlaqə saxlamış və bu barədə aidiyyəti üzrə məruzə etməmişdir. Onunla izahedici söhbətlər aparılmasına baxmayaraq tutulmuş iradlardan, verilmiş göstəriş və tövsiyyələrdən nəticə çıxarmamışdır. Kiçik gizir XN nəzarəti attestasiya komissiyasının qərarına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul etmişdir. xx.xx.0N19-cu il tarixli raportdan görünür ki, sabiq hərbi qulluqçu X1N raportla müraciət edərək AR Silahlı Qüvvələrinin ehtiyyatına buraxılması ilə əlaqədar olaraq DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı yoxdur. xx.xx.N0N0-ci il tarixli DSX Mərkəzi Hərbi Həkim Komissiyasının 67 saylı qərarından görünür ki, xx.xx.N010-cu il tarixdən xx.xx.N01N-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.N015-ci il tarixdən xx.xx.N019-cu il tarixədək DSX-nin N003, N005, N saylı hərbi hissələrində xidmət etmiş hərbi qulluqçu sabiq kiçik gizir X5 SHXÇDX-in İsmayıllı rayon şöbəsinin xx.xx.N019-cu il tarixli 1NN1 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyinin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən (1 nömrəli Respublika Psixiatriya xəstəxanasının xx.xx.N019-xx.xx.N019-cu il tarixli 6513/19 nömrəli epikrizi, SHXÇDX-in Şirvan şəhər şöbəsinin xx.xx.N019-cu il tarixli 57 nömrəli arayışı) X1N xx.xx.N019-cu il tarixdə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra psixi vəziyyətində dəyişikliklər müşahidə edildiyi üçün xx.xx.N019-xx.xx.N019-cu il tarixlərdə 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Diaqnoz: “Üzvi şəxsiyyət pozuntusu” - “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”. (Əsas: AR NK- nin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N bəndinin “ç" yarımbəndi). Sərhəd Nəzarətindən daxil olmuş məktubdan görünür ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu X5 Silahlı Qüvvələrin ehtiyyatına buraxılması barədə əmr xx.xx.N019-cu il tarixdə onun özünə elan olunmuşdur. Həmçinin Silahlı Qüvvələrin ehtiyyatına buraxılması ilə bağlı təyinat xx.xx.N019-cu il tarixdə X8 təqdim olunaraq SHXÇDX-in İsmayıllı rayon şöbəsində qeydiyyata düşməsi bildirilmişdir. Yuxarıda göstərilənlərə əsasən belə bir qənaətə gəlmək olur ki, sabiq hərbi qulluqçu X1N xidmət zamanı yol verdiyi nöqsanlara görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, ehtiyyatda olduğu zaman səhhətində olan problem səbəbindən DSX-in MHHK-də tərəfindən şəhadətləndirilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.3-cü maddəsində hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda xəstəliyə görə ehtiyyata buraxılma nəzərdə tutulur. Odur ki, sabiq hərbi qulluqçu X1N xx.xx.N019-cu il tarixdə Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı zaman hərbi xidmətə yararsız hesab edilməsi ilə bağlı hərbi həkim komissiyasının rəyi olmadığından, həmçinin xidmət zamanı yol verdiyi nöqsanlara görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. Qeyd olunanlar nəzərə alınraq iddianın təmin edilməməsi xahiş edilmişdir. İş materiallarında olan Sərhəd Nəzarəti rəisinin nizami hissə üzrə əmrindən xx.xx.N019-cu il tarixli 01N8 № çıxarışdan görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41 0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq: “Samur” sərhəd nəzarəti məntəqəsi mühafizə bölməsinin xidməti itlərin təlimatçısı kiçik gizir X13 vəzifəsindən azad olunmaqla xx.xx.N019-cu il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarında olan X5 xidməti vərəqəsindən görünür ki, xx.xx.N016-cı il tarixdə N003 nömrəli hərbi hissənin N-ci sərhəd komendantlığının komendantı tərəfindən "Şiddətli Töhmət” intizam cəzası və xx.xx.N019-cu il tarixdə sərhəd nəzarət məntəqəsi rəisi tərəfindən “Töhmət” intizam cəzası verilmişdir. İş materiallarında olan xx.xx.0N19-cu il tarixli raportdan görünür ki, X1N raportla müraciət edərək AR Silahlı Qüvvələrinin ehtiyyatına buraxılması ilə əlaqədar olaraq DSXnin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacının olmadığını bildirmiş və Sialahlı Qüvvlərin ehtiyatına buraxıldığı təqdirdə sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.N0N0-ci il tarixli DSX Mərkəzi Hərbi Həkim Komissiyasının 67 saylı qərarından görünür ki, xx.xx.N010-cu il tarixdən xx.xx.N01N-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.N015-ci il tarixdən xx.xx.N019-cu il tarixədək DSX-nin N003, N005, N saylı hərbi hissələrində xidmət etmiş hərbi qulluqçu sabiq kiçik gizir X5 SHXÇDX-in İsmayıllı rayon şöbəsinin xx.xx.N019-cu il tarixli 1NN1 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyinin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən (1 nömrəli Respublika Psixiatriya xəstəxanasının xx.xx.N019-xx.xx.N019-cu il tarixli 6513/19 nömrəli epikrizi, SHXÇDX-in Şirvan şəhər şöbəsinin xx.xx.N019-cu il tarixli 57 nömrəli arayışı) X1N xx.xx.N019-cu il tarixdə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra psixi vəziyyətində dəyişikliklər müşahidə edildiyi üçün xx.xx.N019-xx.xx.N019-cu il tarixlərdə 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. İş materiallarında olan İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanan xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu X4 Silahlı Qüvvələrin ehtiyyatına buraxılması barədə əmr 08 may N019-cu il tarixdə özünə elan olunmuşdur. Həmçinin Silahlı Qüvvələrin ehtiyyatına buraxılması barədə təyinat 08 may N019-cu il tarixdə X6 təqdim olunaraq SHXÇÜDX-nin ismayıllı rayon şöbəsində qeydiyyata düşməsi bildirilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və iddiaçının vəkili məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının vəkili xx.xx.N0NN-ci il tarixdə vəsatəti elektron kabinetinə ünvanlayaraq həmin gün saat 10.50-də Sumqayıt Apellyasiya Məhkəməsində (Səyyad Qafarının sədrliyi ilə) əvvəlcədən təyin edilmiş N(105)-660/N0NN saylı məhkəmə prosesi olduğunu bildirmiş, şifahi məhkəmə baxışının təxirə salınmasını, məhkəmə iclasının vaxtı və yeri barədə ona qanunla müəyyən edilmiş qaydada məlumat verilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və iddiaçının vəkilinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən 08 may N019-cu il tarixli əmr X10 barəsində verilmişdir. Həmin qərarı X4 adından mübahisələndirmək səlahiyyətini təsdiq edən etibarnamə, o cümlədən İlham Bağırzadənin fəaliyyət qabiliyyətsizliyinin müəyyən edilməsi və iddiaçının onun qəyyumu təyin edilməsi barədə hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Odur ki, müvafiq qərarı mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Əlavə olaraq bildirilir ki, qeyd olunan sənədlər olduğu halda iddia yenə də mümkünlük şərtlərinə cavab verməyəcəkdi. Belə ki, hazırkı iddia tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsinin 7-ci abzasında qeyd edilir ki, “oğlum, SHXÇÜDX-nin İsmayıllı rayon şöbəsinin xx.xx.N019-cu il tarixli məktubu, göndərişi, arayışı və tibbi çıxarışla birlikdə “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq baxılması üçün DSX-nin MHHK-na göndərilib”. Arayışın məzmunudan görünür ki, həmin sənəddə İlham Bağırzadənin xidməti uyğunsuzluqla ehtiyata buraxılması barədə müvafiq qeydlər aparılmışdır. Deməli artıq xx.xx.N019-cu il tarixdə hazırda mübahisələndirilən əmrdən İlham Bağırzadə məlumatlı idi. Bundan başqa təyinat vərəqəsinə əlavədə İlham Bağırzadənin xidməti uyğunsuzluqla ehtiyata buraxılması və müvafiq əmrin tarixi və nömrəsi qeyd edilmişdir. xx.xx.N019-cu il tarixdə verilmiş təyinat vərəqəsi əsasında İlham Bağırzadə xx.xx.N019-cu il tarixdə hərbi qeydiyyata alınması üçün müvafiq sənədləri SHXÇÜDX-nin İsmayıllı rayon şöbəsinə təqdim etmişdir. Cavabdehin təqdim etdiyi sənədlərlə İlham Bağırzadənin “təyinat vərəqəsini” xx.xx.N019-cu il tarixdə imzalayaraq qəbul etməsi aşkar görünür. X18 SHXÇÜDX-nin İsmayıllı rayon şöbəsinə təqdim edilmiş ərizədə hərbi biletini götürdüyünü qeyd etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq hərbi biletin əslini və ya bütün səhifələrinin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməsə də, nəzərə alınmalıdır ki, hazırda mübahisələndirilən qərarla bağlı qeydlər hərbi biletdə də öz əksini tapmışdır. Sadalanan faktlar onu deməyə əsas verir ki, İlham Bağırzadənin mübahisələndirilən əmrdən xx.xx.N019-cu il tarixdən məlumatı olmuşdur. Buna baxmayaraq, N ildən artıq müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bununla da İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmışdır. İddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin xx.xx.N0NN-ci il tarixli hüquqi yardım məktubu xx.xx.N0NN-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmiş, şifahi məhkəmə baxışı iclasındadək müvafiq qərarı mübahisələndirmək üçün iddiaçının subyektiv hüququnun mövcudluğuna dair yuxarıda qeyd edilmiş sənədlərin məhkəməyə təqdim edilməsi, müvafiq sənədlərin təqdim olunması ilə bərabər iddia müddətinin buraxılması ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi təklif olunaraq iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmiş, iddiaçının subyektiv hüququnun mövcudluğuna dair tələb olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hər hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və N.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may N007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul N008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may N007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul N008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun N007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may N008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin onun oğlu X4 “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin sırasından ehtiyata buraxılması barədə 08 may N019-cu il tarixli əmrinin ləğv edilməsi və cavabdehin üzərinə onun oğlunun həmin qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda) əsasən ehtiyata buraxılması barədə yeni əmr verməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar