Məhkəmə qərarları › İş №2-1(116)-788/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-788/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-788/2023 05.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı ünvan 1 ünvanında yerləşən 0.05 ha həyatyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 33 A ünvanında yerləşən 0.05 ha həyatyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş və X4 kitabında xx.xx.2009-cu il tarixdə 2049 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Mingəçevir şəhərində 500.18 kv.m ölçüdə həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına əsas kimi Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı qeyd edilmişdir. Torpaq sahəsində Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 20 avqust 2009-cü il tarixli “Tikinti-quraşdırma işlərinin başlanmasına icazəsi əsasında fərdi yaşayış evi tikilmişdir. Qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarış və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir.Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, texniki sənəd ləğv olunmuş DTXKnın Mingəçevir şəhər şöbəsi tərəfindənverilmiş A seriyalı 220533 nömrəli 500.18 kv.m həyətyanı torpaq sahəsinə dair X4 kitabında xx.xx.2009-cu il tarixində 2049 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, naturada yerləşən üzərində mülkiyyət hüququ alınması tələb olunan torpaq sahəsindən 360 metr məsafədə yerləşir. Həmçinin torpaq sahəsinin planının konfiqurasiya, mövcud vəziyyətin konfiqurasiyasından fərqlidir. Eyni zamanda sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Bütün bunları nəzərə alaraq ünvan 2 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyetsrində qeydiyyata alınması imkan xaricindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-263/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, Mingəçevir şəhər İH Başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı sərəncamına əsasən, İddiaçı 0.05 ha torpaq sahəsi verilmişdir. - A seriyalı 220533 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı həyətyanı məqsədi ilə 500.18 kv. m torpaq sahəsi ayrılmış, X3 kitabında xx.xx.2009-cu il tarixli 2049 nömrə ilə uçota alınmışdır - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur - Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 20 avqust 2009-cü il tarixli “Tikinti-quraşdırma işlərinin başlanmasına icazəsi sənədindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə fərdi yaşayış evinin tikintisi üçün icazə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1824/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının adına tərtib edilmiş A seriyalı 220533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 500,18 kv. m torpaq sahəsi iddiaçının naturada göstərdiyi və iddia etdiyi, faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşmür. Aralarında hava xətti ilə 351 m məsafə mövcuddur. Sənəd üzrə verilmiş torpaq sahəsinin sahəsi A seriyalı 220533 nömrəli “Torpaq sahəsin plan və ölçüsü” sənədində qeyd edilmişdir (500,18 kv. m). Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X2 X1 xəritəsinə əsasəsən İddiaçı adına tərtib edilmiş A seriyalı 220533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış koordinatlar daxilində yerləşən 500,18 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrin "torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. A seriya 221533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış koordinatlar daxilində yerləşən 500,18 kv. m torpaq sahəsi baza məlumatlarına əsasən başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür.Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 530 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə sənəz üzrə verilmiş torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri üst-üstə düşür. Sənəd üzrə verilmiş 500.18 m torpaq sahəsinin 77.7 kv. m hissəsi **********960 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 300.7 kv. m JN-2885 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, qalan 121.78 kv hissəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1995-ci il təvəllüdlüdür.İddiaçı tələb hüququnun əsası kimi Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamına ilə verilmiş A seriyalı 220533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə istinad edir.Həmin Sərəncama əsasən Mingəçevir şəhər sakinlərinin qanuni istifadəsində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi sözügedən Sərəncam verilərkən iddiaçı azyaşlı (9 yaşında) olmuş,onun istifadəsində torpaq sahəsinin olması,fərdi yaşayış evi tikilməsi üçün müraciət etmək imkanı,habelə evin tikintisini həyata keçirmək üçün mülki hüquqi fəaliyyət qabiliyyəti yaranmamışdır. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilən A seriyalı 220533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar onun faktiki istifadə etdiyi torpaq sahəsinə deyil, başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşür. İddia tələbinin fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki,fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması öz təsdiqini tapmadığından iddia həmin hissəyə münasibətdə də uğurlu hesab edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə hesab edir ki,iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər onun tərəfindən təqdim edilməmiş,araşdırma zamanı da belə sənədlərin olmadığı müəyyən edildiyindən inzibati orqanın müvafiq müraciətin təmin olunmasından imtinası qanuni olmuşdur.Odur ki,iddia təmin edilməli deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı ünvan 1 ünvanında yerləşən 0.05 ha həyatyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar