Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-789/2022 25.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Oğuz rayon Filfili bələdiyyəsinə qarşı "Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən cavabdehlərə 2011-ci il tarixdə verilmiş ******* nömrəli və digər seriyalı “çıxarış”ları və həmin çıxarışların verilmsəinə dair hüquqverici inzibati aktların ləğv edilməsi, eləcə də “İcarə müqaviləsi”nə əsasən istifadə etdiyi, illər üzrə icarə müqaviləsi bağladığı və icarə haqqı ödədiyi örüş və biçənək torpaq sahəsinin təkrar olaraq ona göstərilərək hüququnun bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Oğuz rayon Filfili bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən cavabdehlərə 2011-ci il tarixdə verilmiş ******* nömrəli və digər seriyalı “çıxarış”ları və həmin çıxarışların verilmsəinə dair hüquqverici inzibati aktların ləğv edilməsi, eləcə də “İcarə müqaviləsi”nə əsasən istifadə etdiyi, illər üzrə icarə müqaviləsi bağladığı və icarə haqqı ödədiyi örüş və biçənək torpaq sahəsinin təkrar olaraq ona göstərilərək hüququnun bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-789/2022 nömrə ilə qeydə alınmışdır. İddiaçı cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinə qarşı (üçüncü şəxslər: DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" MMC, Oğuz rayon İcra və probasiya şöbəsi, X1, X2, X3, X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Oğuz rayon Filfilli bələdiyyəsinin 30.11.2007-ci tarixli 12 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-326/2022 nömrə ilə qeydə alınmışdır. İş materiallarını araşdırıb hesab edirəm ki, qeyd olunan müstəqil işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan iddia tələblərinə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə qeyd olunan müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinin tələbini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Oğuz rayon Filfili bələdiyyəsinə qarşı "Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən cavabdehlərə 2011-ci il tarixdə verilmiş ******* nömrəli və digər seriyalı “çıxarış”ları və həmin çıxarışların verilmsəinə dair hüquqverici inzibati aktların ləğv edilməsi, eləcə də “İcarə müqaviləsi”nə əsasən istifadə etdiyi, illər üzrə icarə müqaviləsi bağladığı və icarə haqqı ödədiyi örüş və biçənək torpaq sahəsinin təkrar olaraq ona göstərilərək hüququnun bərpa edilməsi” tələbinə dair 2-1(116)-789/2022 saylı inzibati iş, İddiaçı cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinə qarşı “Oğuz rayon Filfilli bələdiyyəsinin 30.11.2007-ci tarixli 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair 2-1(116)-326/2022 saylı inzibati işə birləşdirilir. İşin icraatı İddiaçı cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinə qarşı (üçüncü şəxslər: DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" MMC, Oğuz rayon İcra və probasiya şöbəsi, X1, X2, X3, X4) “Oğuz rayon Filfilli bələdiyyəsinin 30.11.2007-ci tarixli 12 saylı qərarının ləğv edilməsi, “icarə müqaviləsi”nə əsasən istifadə etdiyi, illər üzrə icarə müqaviləsi bağladığı və icarə haqqı ödədiyi örüş və biçənək torpaq sahəsinin təkrar olaraq ona göstərilməsi” tələbinə dair iddia tələbi üzrə aparılır. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-789/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-789/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver