Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-789/2024 23.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İsmayıllı RHK-a tərəfindən səfərbərlik üzrə 1994-cü tarixdə hərbi xidmətə göndərilmiş və N saylı hərbi hissə komandandirinin xx.xx.1994-cü il tarixli nömrəli əmrilə şəxsi heyətin siyahısına salınmışdır. Hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə yaralanmış, xx.xx.1994-cü il tarixdən xx.xx.1884-cü il tarixə kimi Sabirabad mərkəzi xəstəxanasında müalicə olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etsə də, indiyədək ona müharibə veteranı adı və müvafiq vəsiqə verilməyib. O, əlillik dərəcəsi əlilliyin səbəbinin təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyim müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.12016-cı il tarilxli, 362 nömrəli eyni məzmunlu məktubla ona, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisinə ərizənin araşdırıldığını, hərbi xidmət dövründə aİdığı xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinə baxılacağı və nəticəsi barədə ona məlumat veriləcəyi bidirilmiş, müvafiq sənədlərin göstərilən dövlət orqanlarına göndərildiyi göstərilmiş, əlavə olaraq əlillik dərəcəsinin və əlilliyin səbəbinin təyin edilməsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aid olmadığı, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin yaşadığı rayon üzrə TSEK-ya və RTSEM-yə müraciət etməyi göstərilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisindən, ona aid sənədlərin tərtib olunub Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasına göndərilməsinə müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 960 nömrəli qərarı ilə İsmayıllı RHK-dan 1993-cü ildə hərbi xidmətə çağırıldığı, Fizuli hərbi prokurorluğunun xx.xx.2017-ci il tarixli 17/139 nömrəli məktubunda barəsində təsdiqləyici materialın və cinayət işinin olmadığının qeyd edildiyi, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə yaralandığı və xx.xx.1994-cü il tarixdən xx.xx.1884-cü il tarixə kimi Sabirabad mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu, yaralandığı, bunun ‘‘Hərbi travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı” müəyyən edilmişdir. Xeyli müddət keçməsinə baxmayaraq ərizəsinə müsbət cavab verilməmişdir. Bundan sonra ona müharibə veteranı adı və müvafiq vəsiqə verilməsi üçün zəruri sənədləri, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayış alaraq Müdafiə Nazirliyinə yazılı ərizə ilə müraciət etmişdir. Həmin arayışla Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin Veteran adlarının və müvafiq vəsiqənin verilməsi üzrə komissiyanın sədrinə təqdim etmək üçün, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi xx.xx.2015-ci il tarixli 9/2-4349 saylı cavab məktubuna əsasən onun Səfərbərlik üzrə hərbi xidmətə göndərildiyi və N nömrəli hərbi hissə komandandirinin xx.xx.1994-cü il tarixli, 6 nömrəli əmrilə şəxsi heyətin siyahısına salındığı, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmağı barədə qeydiyyat aparılmadığı, N nömrəli hərbi hissə komandirinin fevral-mart 1994 cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmadığı bildirilmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası xx.xx.2923-cü il tarixli, 4/3-4149 nömrəli məktubla müraciətinə komissiyanın xx.xx.2023-cü il tarixli iclasında baxıldığı və barəsində müsbət qərar qəbul edilmədiyi, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1859 nömrəli arayışa əsasən N nömrəli hərbi hissə komandandirinin xx.xx.1994-cü il tarixdən sonra hərbi xidməti əmrlərlə təsdiqlənmədiyinə görə ona "müharibə veteranı adı və müvafiq vəsiqə” verilməsindən imtina olunduğunu bildirmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, Mərkəzi Arxivin 14 aprel 2023-cü il tarixli 4/2-1859 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” 25 aprel 2023-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçının N nömrəli hərbi hissədə N yanvar 1994-cü il tarixdən sonra hərbi xidməti əmrlərlə təsdiq edilmədiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 38, 48.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 960 nömrəli qərarı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 960 nömrəli qərarında iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Sabirabad mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu qeyd edilsə də, faktiki olaraq müalicədən sonra iddiaçının hərbi xidməti barədə məlumat mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, iddiaçının N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə məlumat mövcud olsa da, onun şəxsi heyətin siyahısından çıxarılması ilə bağlı məlumat mövcud deyil. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-789/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-789/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver