Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-79/2021 24.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı firmasının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Ağsu rayonu Padar bələdiyyəsi) “X4 26.11.2007-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı firmasına Padar bələdiyyəsinin ərazisində ayrılmış 1,5 ha torpaq sahəsinin üzərində İddiaçı firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı firması cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X4 26.11.2007-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı firmasına Padar bələdiyyəsinin ərazisində ayrılmış 1,5 ha torpaq sahəsinin üzərində İddiaçı firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayon Padar Bələdiyyəsinin 26.11.2007-ci il tarixli, 11 saylı qərarı ilə "ABSA TRAİDİNG" firmasına Padar Bələdiyyəsinin ərazisində 1,5 ha torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ağsu rayon şöbəsinin 28.11.2007-ci il tarixli 139 saylı rəyində həmin sahənin alqı-satqı qaydasında satılmasına etiraz edilmədiyi bildirilmişdir. Bu barədə tərəflər arasında Torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Akt Ağsu rayon şöbəsində 28 aprel 2007-ci ildə 08 nömrə ilə qeydiyyata alınmışdır. Ağsu rayon Padar Bələdiyyəsi tərəfindən verilmiş 28 noyabr 2007-ci il tarixli 14 saylı Arayışda göstərilir ki, ayrılan sahə kənddən uzaq məsafədə yerləşdiyi üçün otlaq sahəsi kimi istifadə olunmur. Ağsu Rayon İcra Hakimiyyətinin 232 saylı, 30 dekabr 2009-cu il tarixli sərəncamına əsaən həmin ərazidə asfalt zavodunun tikintisinə razılıq verilmişdir. 31 mart 2009-cu il tarxli aktla tikintiquraşdırma işləri qəbul komissiyası tərəfindən qəbul edilmişdir. İddiaçı sözügedən 1.5 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 03.02.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, İddiaçı firmasına Ağsu rayon Padar Bələdiyyəsinin 26.11.2007-ci il tarixli 11 saylı qərarı ilə satılmış 1.5 ha torpaq sahəsinin 0.70 ha hissəsi İsmayıllı rayonunun sərhədinə yaxın köçəri mal-qara düşərgəsinə aid dövlət fondu torpaq sahələrinə, 0.80 ha hissəsi isə kollu örüş sahələrinə düşür. Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin 12.3-cü maddəsinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı mədsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq İcra Hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə yol verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Ağsu rayonu Padar Bələdiyyəsi tərəfindən 1.5 ha torpaq sahəsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 12.3; 12.4; 13.1 və 16.3-cü maddələrinin tələbləri pozulmaqla alqısatqı olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 13.03.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı firması cavabdeh ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “X4 26.11.2007-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı firmasına Padar Bələdiyyəsinin ərazisindən ayrılmış 1.5 ha torpaq sahəsinin üzərində İddiaçı firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını əsassız hesab edir. İddiaçı firması 22 yanvar 2020-ci il tarixli AS-01 nömrəli məktubla Ərazi İdarəsinə müraciət edərək Ağsu rayon Padar Bələdiyyəsinin 26.11.2007-ci il tarixli 11 nömrəli qərarı ilə mülkiyyətinə satılmış 1.5 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən araşdırılan zaman məlum olmuşdur ki, “ABSA TRADİNG” firmasına Ağsu rayon Padar Bələdiyyəsinin 26.11.2007-ci il tarixli 11 saylı qərarı ilə satılmış 1.5 ha torpaq sahəsinin 0.70 ha hissəsi İsmayıllı rayonun sərhədinə yaxın, köçəri mal-qara düşərqəsinə aid dövlət fondu torpaq sahələrinə, 0.80 ha hissəsi isə kollu örüş sahələrinə düşür. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 16.3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 12.3-cü maddəsinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı mədsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq İcra Hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə yol verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Ağsu rayonun Padar Bələdiyyəsi tərəfindən 1.5 ha torpaq sahəsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 12.3; 12.4; 13.1 və 16.3-cü maddələrinin tələbləri pozulmaqla alqısatqı olunmuşdur. Bu səbəbdən “ABSA TRADİNG” firmasının ərizəsinin icrası mümkün olmamışdır. İddiaçı firmasının mülkiyyətinə satılmış 1.5 ha torpaq sahəsinin təyinatı elektron baza xəritəsində kollu örüş kimi qeyd olunur, hal-hazırda iddiaçının istifadəsindədir. Məhkəmənin 05.11.2020-ci il tarixli, 2-1(116)-771/2020 nömrəli qərardadı ilə Ağsu rayon Padar bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan Ağsu rayon Padar bələdiyyəsinin 26.11.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, Ağsu rayon Padar bələdiyyəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 saylı fərmanına və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq İddiaçı firmasının rəhbərliyinin ərizəsini və müvafiq sənədləri əsas tutaraq, tikinti materialları bazası yaradılması üçün Ağsu-Padar yolunun cənub tərəfində yerləşən köçəri mal-qara düşərgəsinə aid torpaq sahələrinin qərbində Padar bələdiyyəsinin mülkiyyətində olan daşlı, kollu örüş torpaqlardan 1.50 ha torpaq sahəsinin ünvan 1 ünvanda yerləşən İddiaçı firmasına torpaqların alqı-satqı qaydasında satılmasını qərara almışdır. İş materiallarında olan Padar bələdiyyəsi, İddiaçı firmasının rəhbərinin və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə 28.11.2007-ci il tarixdə tərtib edilən Aktın surətindən görünür ki, aktda qeyd olunan tərkibdə təşkil olunan Komissiya Ağsu RİH-nin Memarlıq və Tikinti şöbəsi, Padar bələdiyyəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən tərtib edilmiş sənədləri və Azərbaycan Respublikası Torpaq qanunvericiliyinin müvafiq qanunlarını əsas tutaraq İsmayıllı rayonunun torpaq sahələrinə yaxın ərazidə Ağsu-Padar yolunun cənub tərəfində yerləşən köçəri mal-qara düşərgəsinə aid torpaq sahələrinin qərbində Padar bələdiyyəsinin mülkiyyətində olan daşlı, kollu örüş torpaqlardan tikinti materialları bazasının yaradılması üçün ünvan 1 ünvanda yerləşən İddiaçı firmasına 1.5 hektar torpaq sahəsinin torpaqların alqı-satqısı qaydasında satılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallaırnda olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin 28.11.2007-ci il tarixli 139 nömrəli rəyinin surətində qeyd edilir ki, Ağsu rayon Padar bələdiyyəsinin 26.11.2007-ci il tarixli 11 saylı qərarına əsasən İsmayıllı rayonunun torpaq sahələrinə yaxın ərazidə Ağsu-Padar yolunun cənub tərəfində yerləşən köçəri malqara düşərgəsinə aid torpaq sahələrinin qərbində Padar bələdiyyəsinin mülkiyyətində olan daşlı, kollu örüş torpaqlardan tikinti materialları bazasının yaradılması üçün ünvan 1 ünvanda yerləşən İddiaçı firmasına 1.5 hektar torpaq sahəsinin torpaqların alqı-satqısı qaydasında satılmasına Komitənin Ağsu rayon şöbəsi etiraz etmir. İş materiallarında olan Padar bələdiyyəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinə ünvanladığı 28.11.2007-ci il tarixli 14 nömrəli arayışın surətində qeyd edilir ki, Ağsu rayon Padar bələdiyyəsinin 26.11.2007-ci il tarixli 11 saylı qərarı ilə Bakı şəhərində fəaliyyət göstərən İddiaçı firmasına tikinti materialları bazasının yaradılması üçün satılmış 1.5 hektar torpaq sahəsi daşlıq, kolluq olduğundan, eyni zamanda kənddən uzaq məsafədə yerləşdiyinə görə kəndin mal-qarası üçün otlaq sahəsi kimi istifadə olunmur. İş materiallarında olan 18.04.2008-ci il tarixli 03 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı firmasının prezidenti Sədrəddin Daşdəmirov torpaq sahəsinin dəyərini (800 manat) Padar bələdiyyəsinin bank hesabına ödəmişdir. İş materiallarında olan 28.04.2008-ci il tarixdə tərtib edilmiş “Torpaqların alqısatqısına dair” Aktın surətindən görünür ki, Ağsu rayon Padar bələdiyyəsinin 26.11.2007-ci il tarixli 11 nömrəli qərarına əsasən Padar bələdiyyəsinin nümayəndəsi bələdiyyənin sədri X6, İddiaçı firmasının rəhbəri X1 və Torpaq şöbəsinin müdiri X2 iştirakı ilə alqı-satqı aktı tərtib edilmişdir. Akt Torpaq şöbəsində 28.04.2008-ci ildə 08 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan A seriyalı 046187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Ağsu rayon Padar bələdiyyəsinin 26.11.2007-ci il tarixli 11 saylı qərarı ilə 15000.65 kv.m torpaq sahəsi tikinti materialları istehsalı məqsədilə İddiaçı firmasına verilmişdir. İş materiallarında olan 31.03.2009-cu il tarixli “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı”nın surətindən görünür ki, Komissiya Ağsu rayonunun Padar kəndində İddiaçı firmasına məxsus olan 1.50 ha torpaq sahəsində tikilib quraşdırılmış asfalt-beton zavodunun “yaxşı” qiymətlə istismara qəbul edilməsini qərara almışdır. İş materiallarında olan Ağsu RİH başçısının 30.12.2009-cu il tarixli 232 nömrəli Sərəncamının surətindən görünür ki, həmin sərəncamla Padar bələdiyyəsinin 26.11.2007ci il tarixli 11 saylı qərarı ilə İddiaçı firmasının Padar kəndi ərazisindən aldığı 1.50 ha torpaq sahəsində asfalt zavodu tikməsinə icazə verilmişdir. İş materiallarında olan 29.09.2020-ci il tarixli mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı firmasının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları tərəfimizdən müəyyənləşdirildi. Kameral şəraitdə araşdırılma aparılan zaman məlum oldu ki, elektron məlumat bazasına əsasən sözügedən 1.5 ha torpaq sahəsinin 0.76 ha hissəsi bələdiyyə mülkiyyətinə aid kollu örüş, 0.74 ha hissəsi isə dövlət mülkiyyəti kollu örüş torpaq sahəsinə aiddir. Naturada həmin torpaq sahəsi daşlıçınqıllı ərazidə yerləşir. İş materiallarında olan Ağsu rayon dövlət arxivinin məhkəməyə ünvanladığı 11.02.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Padar bələdiyyəsinin 2007-ci ilə aid protokol kitabında bələdiyyə tərəfindən İddiaçı firmasına torpaq sahəsi verilməsi barədə heç bir qərar müəyyən olunmamışdır. İş materiallarında olan cavabdehin 18.02.2021-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı firmasının adına idarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 19.05.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Ağsu rayon Padar bələdiyyəsinin 26.11.2007-ci il tarixli 11 saylı qərarı Mərkəzdə aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.(12-ci maddəsinin 2-ci bəndi). kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində- Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla örüş sahəsidir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alına bilməz. Həmçinin elektron məlumat bazasına əsasən sözügedən 1.5 ha torpaq sahəsinin 0.76 ha hissəsi bələdiyyə mülkiyyətinə aid kollu örüş, 0.74 ha hissəsi isə dövlət mülkiyyəti kollu örüş torpaq sahəsinə aid olması müəyyən olunmuşdur ki, bu da yuxarıda qeyd olunan normalara əsasən də onun mülkiyyət hüququnun qeydə alınmasını istisna edir. Ümumiyyətlə Ağsu rayon dövlət arxivində Padar bələdiyyəsinin 2007-ci ilə aid protokol kitabında bələdiyyə tərəfindən İddiaçı firmasına torpaq sahəsi verilməsi barədə heç bir qərar müəyyən olunmamış, Ağsu rayon Padar bələdiyyəsinin 26.11.2007-ci il tarixli 11 saylı qərarı Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar edilməmişdir. A seriyalı 046187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, (torpaq sahəsinin qaiməsi hissəsində) qeyd olunan torpaq sahəsi örüş kimi qeyd olunmuşdur. Sözügedən 1.5 ha torpaq sahəsinin 0.74 ha hissəsinin dövlət mülkiyyəti kollu örüş torpaq sahəsinə aid olması isə həmin sahə ilə bağlı bələdiyyənin qərar verməyə səlahiyyəli olmasını istisna edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “ABSA” Traiding firmasının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Ağsu rayonu Padar bələdiyyəsi) “X4 26.11.2007-ci il tarixli 11 nömrəli qərarı ilə “ABSA” Traiding firmasına Padar bələdiyyəsinin ərazisində ayrılmış 1,5 ha torpaq sahəsinin üzərində “ABSA” Traiding firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 602 manat iddiaçı “ABSA” Traiding firmasından tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X5 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-79/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-79/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver