Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-791/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Oğuz rayon Hərbi Komissarlığı tərəfindən 20 aprel N993- cü il tarixdə hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 38 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, silahını itirdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 32 nömrəli əmrilə barəsində cinayət işi qaldırılmışdır. xx.xx.N994-cü il tarixdə Hərbi Tribunal tərəfindən həbs edildiyinə görə xx.xx.N994cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır. Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsindən göndərilərək N saylı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 3N0 NQ-li əmrilə 5-ci MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 37 №-li əmrilə o, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bir neçə dəfə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin hər dəfə ona heç bir qanuni əsas göstərmədən imtina cavabı verilmişdir. İddiaçı yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mənə göndərilən xx.xx.202N-ci il tarixli 4/2-N462 saylı cavab məktubun imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N8-ci il tarixli məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2-N462 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh 23, sıra 283) xx.xx.N993-cü il tarixdə Oğuz RHK-dan çağırılmış, xx.xx.N975-ci il təvəllüdlü İddiaçı komandirin xx.xx.N993-cü il tarixli 38 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və xx.xx.N994-cü il tarixdə Hərbi Tribunal tərəfindən 243, 245-ci maddələrin “d” bəndinə əsasən on bir il müddətinə həbs edildiyi üçün xx.xx.N994-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 39 №-li əmrilə (əsas: səh 50, sıra 38) sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək qranatatan vəzifəsinə təyin edilmişdir. 7N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 30 №-li əmrində (əsas: sıra 57) avqust N993-cü il tarixi üçün üç qat pul zəminatı ödənilmiş N MAT-un şəxsi heyətinin siyahısında İddiaçı adı qeyd edilmişdir. 7N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 35 №-li əmrində (əsas: sıra 76, əmrdə soyadı Abdullaev yazılmışdır) avqust N993-cü il tarixi üçün üç qat pul zəminatı ödənilmiş N MAT-un şəxsi heyətinin siyahısında XN adı qeyd edilmişdir. 7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N4 №-li əmrində (əsas: səh 8) döyüş tapşırığını yerinə yetirən N MAT-un şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. Özünə məxsus avtomat silahını itirdiyi üçün N MAT-un sıravisi İddiaçı barəsində 7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 32 №-li əmrilə (əsas, səh 5, § 4) cinayət işi qaldırılmışdır. Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsindən göndərilmiş sıravi İddiaçı N №li hərbi hissə komandirinin 07.NN,N995-ci il tarixli 3N0 №-li əmrilə (əsas: səh N2, § 3) 5-ci MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 37 №-li əmrilə (əsas: səh 96, § 7) N975-ci il təvəllüdlü, atıcı sıravi İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Oğuz RHK-na göndərilmişdir. Qeyd edirik ki, 7N №-li hərbi hissə komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.20N5-ci il tarixli 9/2-3959 nömrəli arxiv arayışından görünür ki, 20 aprel N993-cü il tarixdə Oğuz RHK-dan çağırılmış xx.xx.N975-ci il təvəllüdlü (20.04.93 və xx.xx.N975-ci il tarixli sözləri fərqli qələmlə yazılmışdır) İddiaçı ondan ötrü ki, 7N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “xx.xx.N994”, səh. 23, sıra 283) komandirin 28 iyun N993-cü il tarixli 38 saylı əmrilə şəxsi heyətin siyahısına daxil olunması və Hərbi Tribunal tərəfindən 243, 245 maddələrin “D” bəndinə əsasən N4.04.94cü ildən NN il müddətinə məhkum olunduğu üçün 30 aprel N994-cü il tarixli əmrilə şəxsi heyətin siyahısından çıxarılması haqqında məlumat qeyd edilmişdir. 7N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli N4 №-li əmrilə (əsas: səh. 8, yoxlama əmri) sıravi Z.F. Abdullayev döyüş tapşırığını yerinə yetirmişdir. Müdafiə Nazirliyinin təşkilatı səfərbərlik idarəsindən göndərilmiş sıravi Z.F. Abdullayev N №-li hərbi hissə komandirinin N noyabr N995-ci il tarixli 3N0 №-li əmrilə (əsas: § 3, səh. N2) 5-ci motoatıcı taburun şəxsi heyətinin siyahısına salınıb bütün növ təchizatla təmin olunaraq ştatdankənar saxlanılmış və Azərbaycan Respublikası Müdafiə Nazirinin 07 yanvar N997-ci il tarixli müvafiq əmrinə əsasən atıcı sıravi İddiaçı komandirin 06 fevral N997-ci il tarixli 37 №-li əmrilə (əsas: § 7, səh. 96, sıra N2) şəxsi heyətin siyahısından çıxarılıb bütün növ təminatları dayandırılaraq qeydiyyata düşmək üçün Oğuz RHK-nın sərəncamına göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin may N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, 7N №-li hərbi hissə komandirinin iyun N993-cü il və aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində Z.F. Abdullayevin xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N №-li hərbi hissə komandirinin N993-N997-ci il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün Z.F. Abdullayevin xidməti barəsində araşdırma apara bilmirik. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinin xx.xx.20N8-ci il tarixli arayışından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında komandirin xx.xx.N993-cü ıl tarixli 38 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olmuşdur və Hərbi Tiribunal tərəfindən 243 245 maddələrin “D” bəndinə əsasən xx.xx.N994-cü ildən NN il müddətinə məhkum olunduğu uçun xx.xx.N994-cü il tarixii əmri ilə şəxsi heyyətin siyahısından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N4 nömrəli əmri ilə sıravi İddiaçı döyüş tapşırığını yerinə yetirmişdir. Müdafiə Nazirliyinin təşkilatı səfərbərlik idarəsindən göndərilmiş sıravi Z F Abdullayev N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 3N0 nömrəli əmri ilə 5-cı motaatıcı taburun şəxsi heyətin siyahısına salınıb bütün növ təhcızatla təmin olunaraq ştatdan kənar saxlanılmış və Azərbaycan Respubükası Müdafiə Nazirinin 07.0N N997-ci il tarixli müvafiq əmrinə əsasən komandirin xx.xx.N997-ci il tarixli 37 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılıb bütün növ təminatları dayandırılaraq qeydiyyata düşmək üçün Oğuz RHK-nın sərəncanına göndərilmişdir. xx.xx.N997-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsində hərbi vəzifəlilərın qeydiyyatındadır. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin əsəgri olmuş Zöhrab Abdullyaev xidməti istifadəsinə verilmiş silahı itirdiyinə görə xx.xx.N994-cü il tarixdə Tərtər hərbi prokurorluğu tərəfindən onun barəsində həmin vaxt qüvvədə olmuş CM-nin 245-ci maddəsinin “d” bəndilə N8/4N36 nömrəli cinayət işi başlanmış və işin istintaqı tamamlanaraq xx.xx.N994-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə Tərtər hərbi tribunalına göndərilmişdir. Bundan başqa İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli N89-8498-N222 nömrəli məktubuna əlavə edilmiş tələbnaməsindən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında məlumat mövcuddur. Belə ki, o, Tərtər Qarnizonu Hərbi Tribunalın xx.xx.N994-cü il tarixli hökmü ilə CM-nin 243, 245 M. “Г” bəndi, 38 AR maddələri ilə təqsirli bilinib 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. - Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslər döyüş əməliyyatlarında iştirak etməsindən asılı olmayaraq müharibə veteranı sayılmırlar. İş mteriallarından görünür ki, iddiaçı, Tərtər Qarnizonu Hərbi Tribunalın xx.xx.N994cü il tarixli hökmü ilə CM-nin 243, 245 M. “Г” bəndi, 38 AR maddəsi ilə təqsirli bilinib N0 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, iddiaçı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi cinayətlərə görə məhkum edilmiş şəxs hesab edildiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-791/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-791/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver