Məhkəmə qərarları › İş №2-1(116)-791/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-791/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-791/2024 17.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “Qəbələ rayon Qeydiyyat şöbəsinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında olan iddiaçıya İddiaçı məxsus doğum haqqında akt qeydində soyadının “Muştaqova”, sonluq “qızı” , cinsi isə “qadın” olmamasının müəyyən edilməsi və düzgün olaraq soyadının “Muştaqov” sonluq “oğlu”, cindi isə “kişi” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi : Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayon Qeydiyyat şöbəsinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında olan iddiaçıya İddiaçı məxsus doğum haqqında akt qeydində soyadının “Muştaqova”, sonluq “qızı” , cinsi isə “qadın” olmamasının müəyyən edilməsi və düzgün olaraq soyadının “Muştaqov” sonluq “oğlu”, cindi isə “kişi” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2004-cü ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmmuşdur. Valideynləri-atası X7 və anası X1 İnzibati Ərazi Nümayəndəliyinə doğumu barədə məlumat vermiş və doğumu rəsmiləşdirilmişdir. Bir müddət sonra iddiaçıya doğum haqqında şəhadətnamə alınarkən valideynləri şəhadətnamədə bir neçə qeydlərin səhv olduğunu görmüş bu barədə məlumat vermişlər. İddiaçı şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş, lakin elektron sənədləşmə portalındasoyadının səhvən qeyd edildiyi məlum olmuşdur. Araşdırma zamanı iddiaçının vaxtı ilə Qəbələ rayon Zarağan kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2004cü il tarixdə tərtib edilmiş 22 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərək uşaq haqqında məlumat qrafasında soyadı “Muştaqov” əvəzinə “Muştaqova”, sonluğun “oğlu” əvəzinə isə “qızı”, cinsi isə “kişi” əvəzinə səhvən “qadın” kimi qeyd olunmuşdur. İddiaçı düzəlişin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Lakin oradan mənə məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, iddiaçıya İddiaçı məxsus doğum haqqında akt qeydində soyadının “Muştaqova”, sonluq “qızı” , cinsi isə “qadın” olmamasının müəyyən edilməsi və düzgün olaraq soyadının “Muştaqov” sonluq “oğlu”, cindi isə “kişi” kimi yazılaraq düzəliş edilməsinə etiraz etmədiyini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. AZ-İ seriyalı 423058 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Onun valideynləri X7 və X8r.

2. xx.xx.2023-cü il tarixli Qəbələ rayon Aydınqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyinin arayışından görünür ki, iddiaçı həqiqətən xx.xx.2004-cü ildə Aydınqışlaq kəndində X6 oğlan uşağı doğulub.

3. Vİ-Жİ seriyalı 348571 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 və X10 arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmışdır.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.

2. Qəbələ rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.2004-cü il tarixdə tərtib edilmiş 22 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının adı “Mehriban”, soyadı “Muştaqova”, atanın adı “Zaməddin”, sonluq “qızı” , cinsi “qadın”, doğum tarixi “xx.xx.2004-cü il” kimi qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı “Doğum haqqında akt qeydi”ndə cinsinin yanlıqlıqa “qadın” kimi qeyd olunmasından yaranmış nəticələrin düzəldilməsindən,soyadının və digər məlumatların kişi cinsinə məxsus olan şəxslərə uyğunlaşıdırlmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində tərtib olunmuş ilkin sənəddə yanlışlığa yol verilmişdir.Belə ki,məhkəməyə təqdim olunmuş Qəbələ rayon Aydınqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli,şəkilli arayışından görünür ki, iddiaçı həqiqətən xx.xx.2004-cü ildə Aydınqışlaq kəndində doğulmuşdur.X4 oğlan uşağı dünyaya gətirmişdir.Lakin,ilkin qeydiyyatı aparan inzibati orqan uşağın adının daha çox rast gəlinin qadın cinsinə mənsub şəxslərə verildiyini güman edərək hazırkı mübahisənin yaranmasına əsas olan yanlışığa yol vermişdir.Odur ki,iddaçı barəsində tərtib olunmuş “Doğum haqqında akt qeydi” faktiki məlumatlara uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin üzərinə İddiaçı barəsində Qəbələ rayon Zarağan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2004-cü il tarixli 22 nömrəli “Doğum haqqında akt qeydi”nin “soyadı” qrafasında “Müştaqov”, “cinsi” qrafasında “kişi” qeydi aparılmaqla düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar