Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-793/2020 10.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 X8 Zaqatala rayon filialına qarşı “Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilən xx.xx.2019-cu il tarixli 156 nömrəli və Zaqatala Rayon Dövlət Arxivindən verilən xx.xx.2019-cu il tarixli 457 nömrəli Arayışlarda göstərilən işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx xxx 1955-ci ildə Zaqatala rayonu Mosul kəndində anadan olmuşdur. Yaşa görə əmək pensiyası təyin olunması üçün Dövlət X6 Zaqatala rayon şöbəsinə müraciət etmiş, Fondun Zaqatala rayon şöbəsi xx xxxxxx 2020-ci il tarixli məktubu ilə ona imtina cavabı vermişdir. Hesab edir ki, Dövlət X6 Zaqatala şəhər şöbəsinin imtinası əsassızdır. Belə ki, əmək kitabçasında olan qeydlərdən görünür ki, xx.xx.1972-ci il tarixdə Kirov adına maşınqayırma zavodunda tokar şagirdi kimi qəbul edilmiş, xx.xx.1973-cü il tarixdə həqiqi hərbi xidməti ilə bağlı işdən xaric edilmişdir. HZ seriyalı ******* nömrəli hərbi bilətdən görünür ki, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildə X2 ikinci kategoriyalı tokar vəzifəsində qəbul edilmiş və xx.xx.1976-cı ildə xahişi ilə işdən azad edilmişdir. Bundan sonra xx.xx.1976-cı ildə Zaqatala tütün fermentasiya zavodunda mövsümi fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə ştat ixtisarı ilə işdən azad edilmişdir. Bundan sonraki işlədiyi illər Zaqatala Rayon Dövlət Arxivindən verilən xx.xx.2019-cu il tarixli 156 nömrəli və Zaqatala Rayon Dövlət Arxivindən verilən xx.xx.2019-cu il tarixli 457 nömrəli Arayışlarda öz əksini tapmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli **********1 saylı məktubu ilə verdiyi cavab iddiaçını qane etmədiyindən pozulmuş hüquqlarının məhkəmədə müdafiəsinə qərar vermişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçının yaşa görə əmək pensiyasını alması üçün yaşı xx.xx.2019-cu il tarixində çatmışdır. İddiaçının mübahisələndirilməyən sığorta stajı 18 il (həmin 18 il sığorta stajı 12996 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2019-cu il tarixində faktiki işdədiyi iş stajına dair sənədlərlə şöbəyə müraciət etmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün mövcud Qanunvericiliyə əsasən tələb olunan sığorta stajı və tələb olunan pensiya kapitalı barədə şifahi olaraq məlumatlandırılmışdır. İddiaçıya yenidən xx.xx.2019-cu il tarixli 457 saylı Zaqatala rayon keçmiş Komsomol kolxozunda işləməsinə dair arxiv arayışı təqdim etmişdir. Həmin arayışla xx.xx.2019-cu il tarixdə təqdim etdiyi arxiv arayışındakı qeydlərdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, şöbəyə sonuncu təqdim etdiyi arxiv arayışında iddiaçının 1981, 1987, 1988, 1996, 1997, 1998, 1999-cu illərdə keçmiş Komsomol kolxozunda kolxozçu işləməsinə dair qeydlər sonradan əlavə edilmişdir. Zaqatala rayonunda 1996-cı ilin avqust ayında kolxaz və sovxozların islahata getməsinə baxmayaraq iddiaçının 1997, 1998, 1999-cu illərdə həmin kolxozda kolxozçu işləməsi həqiqəti əks etdirmir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli imtina məktubundan görünür ki, «X4» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 64 yaş 6 ayı tamam olmuş kişilər fərdi hesabın sığota hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkn verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cü il tarixdən «X4» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya karitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə xx xxxx 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajınızın düzgünlüyü təsdiq edilmədiyindən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliklə mümkün deyildir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 457 nömrəli Zaqatala Rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, Zaqatala rayon «Komsomal» adına kolxozun şəxsi hesab kitablarına əsasən İddiaçı işlədiyi zamanın əmək haqqı və günləri (saatları) arxiv arayışında qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 X8 Zaqatala Rayon Filialın xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubundan görünür ki,iddiaçının əmək kitabçasının surətinə əsasən 13 il 4 ay 9 gün, hərbi biletin surətinə əasasən 2 illə birlikdə 15 il 4 ay 9 gün sığorta stajı toplanılır. xx.xx.2019-cu il tarixli 156 nömrəli arxiv arayışına əsasən 6 il 8 ay sığorta stajı toplanır. xx.xx.2019-cu il tarixli 457 nömrəli arxiv arayışına əsasən 14 il 3 ay sığorta stajı toplanır. Hərbi xidmət dövrünü də əlavə etsək ümumi iş stajı 23 il 7 ay 12 gün təşkil etmişdir. Eyni zamanda xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən 64 yaşı tamam olduğuna görə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Lakin həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Lakin təqdim etdiyi sənədlərə əsasən onun cəmi siğorta stajı 23 il7 ay 12 təşkil etdiyinə görə ona yaşa görə əmək pensiyası təyin edilməsi qanuna uyğun olmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli, şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli imtina məktubu, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 457 nömrəli, xx.xx.2019-cu il tarixli 156 nömrəli arxiv arayışları, xx.xx.1975-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli aktın təsdiqlənmiş surəti, Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 39 nömrəli məktubu, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 X8 Zaqatala Rayon Filialın xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş X4 Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş və onun 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya minimum 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçının cəmi 23 il 7 ay 12 gün sığorta stajı vardır. İddiaçının 1998-ci il və 1999-cu il tarixlərdə kolxozada işləməyi barədə məlumat təsdiq olunmadığı üçün iş stajına əlavə edilməməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sığorta stajına görə pensiya təyin edilə bilməz. Bunlardan başqa məhkəmə qeyd edir ki, pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 12996 manat təşkil etmiş və iddiaçının tələb olunan pensiya kapitalı olmadığından onun pensiya kapitalına görə də pensiya hüququ yaranmır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 X8 Zaqatala rayon filialına qarşı “Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilən xx.xx.2019-cu il tarixli 156 nömrəli və Zaqatala Rayon Dövlət Arxivindən verilən xx.xx.2019-cu il tarixli 457 nömrəli Arayışlarda göstərilən işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-793/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-793/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver