Məhkəmə qərarları › İş №2-1(116)-793/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-793/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-793/2021 03.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Qum bələdiyyəsi) “Qax rayon Çinarlı bələdiyyəsinin 15.10.2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarına əsasən mərhum atası X1 məqsədi üçün ayrılmış 100 kv m torpaq sahəsi üzərində mərhum atası X3 mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayon Çinarlı bələdiyyəsinin 15.10.2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarına əsasən mərhum atası X1 məqsədi üçün ayrılmış 100 kv m torpaq sahəsi üzərində mərhum atası X3 mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 14.04.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. Şəki İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli 2-1(116)-793/2021 nömrəli qərardadı ilə Qax rayon Qum bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı, tələb hüququnu Qax rayon Çinarlı bələdiyyəsinin 15.10.2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarı ilə mərhum atası X1 məqsədi üçün 100 kv m torpaq sahəsinin ayrılması və DT və XK-nin Qax rayon şöbəsi tərəfindən A075511 №-li “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanması ilə əsaslandırmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZ-İ 832145 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 08.05.2017-ci il tarixdə vəfat etmişdir. - DƏDRX-nin 06.01.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - A075511 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayon Çinarlı bələdiyyəsinin 15.10.2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarı ilə X1 məqsədi üçün 100 kv m torpaq sahəsinin ayrılması, plan-ölçü sənədinin X8 kitabında 16.10.2008-ci il tarixdə 664 № ilə uçota alınması barədə qeydiyyat aparılmış, DT və XKnin Qax rayon şöbəsinin müdiri Ramazanov S.Ş və icraçı F.Abbasov tərəfindən imzalanaraq möhür vurulmuşdur. - Qax rayon Qum bələdiyyəsinin 15.03.2021-ci il tarixli məktubundan görünür ki, Qum bələdiyyəsi 25.12.2008-ci il tarixdə bələdiyyənin inzibati binasında yanğın baş verməsini əsas gətirərək Qax rayon Çinarlı bələdiyyəsinin 15.10.2007-ci il tarixli 10 saylı iclas qərarına əsasən Şamil Şamxalova satılmış 0.01 ha torpaq sahəsinə dair məlumat verilməsinin mümkün olmadığını bildirmişdir. - Qax rayon Qum bələdiyyəsinin iddiaçıya təqdim etdiyi 27.01.2021-ci il tarixli 07 №-li arayışından görünür ki, Qum bələdiyyəsi Qax rayon Çinarlı bələdiyyəsinin 15.10.2007-ci il tarixli 10 saylı iclas qərarına əsasən vətəndaşa satılmış torpaq sahəsinə görə sahibkarlıq məqsədilə Çinarlı bələdiyyəsinin hesablaşma hesabına dəyərinin köçürüldüyünü bildirmişdir. - Qax rayon Qum bələdiyyəsinin Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi 15.07.2021-ci il tarixli 31 №-li məktubundan görünür ki, Qax rayonu Çinarlı kənd sakini X2 torpaq sahəsinin dəyərinin ödənilməsini təsdiq edən (qəbz, ödəniş tapşırığı) Qum bələdiyyəsində yoxdur. - Qax rayon Dövlət Arxivinin 27.01.2021-ci il tarixli 20 №-li məktubundan görünür ki, Qax rayonun Çinarlı bələdiyyəsinin arxivdə mühafizə olunan sənəd materiallarında mərhum Ş.Şamxalova sahibkarlıq məqsədi üçün torpaq sahəsinin ayrılmasına dair hər hansı məlumat tapılmamışdır. - ƏMDK yanında DƏKÜRX-nin 01.06.2021 və 07.07.2021-ci il tarixli məktublarından görünür ki, Qax rayonu Çinarlı kənd sakini X4 aid A075511 №-li “Torpaq sahəsinin planı və ölçüsü”-nün işlənməsinə əsas olmuş sənədlər və X6 10.10.2008-ci il tarixdən 20.10.2008ci il tarixədək səhifələri aşkar edilməmişdir. - Qax rayon Çinarlı bələdiyyəsinin 15.10.2007-ci il tarixli 10 №-li qərarından görünür ki, həmin qərarda Qax rayonu Çinarlı kənd sakini X1 məqsədi üçün 100 kv m torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı qeyd yoxdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Mübahisənin obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən aidiyyəti orqanlara sorğular verilmiş, müəyyən edilmişdir ki, iddiaçının tələb hüququnun əsaslandığı Qax rayon Çinarlı bələdiyyəsinin 15.10.2007-ci il tarixli 10 №-li qərarında ümumiyyətlə Qax rayonu Çinarlı kənd sakini X4 torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı qeyd yoxdur. Yuxarıda qeyd edilmiş sənədlərin məzmunu məhkəmə iclasında iddiaçının iştirakı ilə elan edildikdən sonra, iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin geri götürülməsini xahiş etdiyini, əgər lazımı sənədlər toplanarsa gələcəkdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirdi. Məhkəmənin 03.10.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini geri götürmək istəyir. Yəni, iddiaçı hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Qum bələdiyyəsi) “Qax rayon Çinarlı bələdiyyəsinin 15.10.2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarına əsasən mərhum atası X1 məqsədi üçün ayrılmış 100 kv m torpaq sahəsi üzərində mərhum atası X3 mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar