Məhkəmə qərarları › İş №2-1(116)-793/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-793/2024

11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-793/2024 11.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçıya məxsus Balakən rayonu, Katex kəndində yerləşən 0,249795 ha torpaq sahəsinin planı və ölçüsü sənədlərinin koordinatlarına uyğun olaraq kənd təsərrüfatı təyinatlı **********92 reyestr nömrəli torpaq sahəsindən düzəliş edilərək koordinatların TEKUİS məlumat bazasına uyğunlaşdırılması və iddiaçıya məxsus 0,249795 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Balakən rayonu, Katex kəndində yerləşən 0,249795 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğun olaraq kənd təsərrüfatı təyinatlı **********92 reyestr nömrəli torpaq sahəsindən düzəliş edilərək koordinatların TEKUİS məlumat bazasına uyğunlaşdırılması və iddiaçıya məxsus 0,249795 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Mübahisəli 0,249795 ha torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı ilə X1 ayrılmış, həmin şəxsin adına A seriyalı 206239 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” işlənmiş, həmçinin X3 kitabında xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bu səbəblə iddiaçıya ilk olaraq torpaq sahəsinin mərhum anası X1 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın (elektron çıxarışın) verilməsi ilə bağlı müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda iddiaçının həmçinin nəzərinə çatdırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-4101/2023 nömrəli məktubunda mübahisəli torpaq sahəsinin A seriyalı 206239 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən 0,2497 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşməklə, **********92 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Qeyd olunanlara əsasən belə qənaətə gəlinir ki, iddiaçının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etdiyi mübahisəli torpaq sahəsi bir hissədə **********92 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəblə hüquqi yardım məktubunda iddiaçıya bildirilmişdir ki, artıq mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış **********92 reyestr nömrəli çıxarışla üst-üstə düşən hissədə həmin torpaq sahəsi üzərində iddiaçının adına yenidən qeydiyyatın aparılması yolverilməzdir. Əgər onun hüquqi marağı faktiki istifadəsində olan 0,2497 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdırsa, iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün ilk növbədə **********92 reyestr nömrəli çıxarışla iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda qeyd olunanlarla bağlı iddiaçıya münasibət bildirməsi üçün 5 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu iddiaçı tərəfindən xx.xx.2024-cü ildə alınmışdır. Lakin ötən müddət ərzində iddiaçı tərəfindən məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi A seriyalı 206239 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən 0,2497 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşməklə, **********92 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəblə iddiaçı faktiki istifadəsində olan 0,2497 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaq istədiyi halda, ilk növbədə **********92 reyestr nömrəli çıxarışı iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirməlidir. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22.2-ci maddəsinə əsasən, iddiaçı ilk olaraq torpaq sahəsinin mərhum anası X1 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın (elektron çıxarışın) verilməsi ilə bağlı müraciət etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış, qanunvericiliyin tələbləri izah edilmiş, lakin tələb olunan müddət ərzində məktuba münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya hüquqi yardım məktubu ünvanlanmaqla dinlənilmə hüququ təmin edilsə də, məhkəmənin yardım məktubuna iddiaçı tərəfindən müəyyən edilmiş müddət ərzində münasibət bildirilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçıya məxsus Balakən rayonu, Katex kəndində yerləşən 0,249795 ha torpaq sahəsinin planı və ölçüsü sənədlərinin koordinatlarına uyğun olaraq kənd təsərrüfatı təyinatlı **********92 reyestr nömrəli torpaq sahəsindən düzəliş edilərək koordinatların TEKUİS məlumat bazasına uyğunlaşdırılması və iddiaçıya məxsus 0,249795 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar