Məhkəmə qərarları › İş №2-1(116)-793/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-793/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-793/2025 01.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iddiaçının vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi zirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun 3 saylı Şəki Zaqatala regional ərazi filialına müraciət etmişdir. Müraciətinə ünvanlanmış 11 noyabr 2022-ci il tarixli cavab məktubu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial idafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina edilmişdi. İddiaçı cavabdeh orqanın vermiş olduğu imtina cavabını əsassız hesab edərək Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İnzibati işim məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, arxiv idarəsində olan qeydiyyat kitablarının şəxsi hesab cədvəllərində iddiaçının adı X4 olaraq qeyd olunmuşdur. Lakin arxiv idarəsindən verilmiş arayışda adı şəxsiyyət vəsiqəsinə uyğun olaraq İddiaçı olaraq yazılmışdır. Cavabdeh tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, əmək fəaliyyəti dövrlərin təbərliyinə əsaslı şübhələr yaranmışdır. Həmin əsaslı şübhələrin nədən ibarət olmasını Şəki İnzibati Məhkəməsinin məhkəməsində cavabdeh orqanın nümayəndəsi tərəfindən verilmiş izahatında bildirilmişdir ki, arxiv idarəsi tərəfindən qeydiyyat kitablarının şəxsi hesab cədvəlləri məhkəməyə təqdim olunmuş və vətəndaşın adı X4 olaraq yazılmışdır. Həmin təqdim olunan ədlərin İddiaçı məxsus olması şübhə doğurur. Bunun üçün imtina cavabında yazılmış əmək fəaliyyəti dövrlərin təbərliyinə əsaslı şübhələr bundan ibarətdir. Bunun üçün məcburiyyət qarşısında qalaraq Zaqatala rayon Arxiv idarəsində saxlanılan Zaqatala rayonu, “K.Marks” adına kolxozun əmək fəaliyyəti dövrlərini əks etdirən qeydiyyat kitablarının şəxsi hesab cədvəllərində soyad, ad və ata qrafası bölməsində yazılmış X2 məxsus hüquqmüəyyən edici sənədlərin xx.xx.1957-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuş Çubaçov Mohuma oğluna məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsinə dair Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiam təmin olunmuşdur. Lakin cavabdeh orqan 28 iyun 2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubunda əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajı kifayət edir. İddiaçı cavabdeh orqanın yaşa görə əmək pensiyasının təyin olunmasından imtinasını əsassız hesab edərək məhkəməyə müraciət edirə. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan e-2-1 (116)- 2760/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bildiririk ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən 11.11,2022-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının Zaqatala rayonu “K.Marks” adına kolxozdakı əmək fəaliyyəti dövrləri (1973-cü il tarixdən 1976-cı il tarixədək və 1982-ci il tarixdən 1998-ci il tarixədək). Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən 01,05.1983-cü il tarixədək Zaqatala kolxozlararası təmirtikinti idarəsində olan əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. İddiaçı Çubaçov X5 rayon Məhkəməsinə müraciət edərək Zaqatala rayon Dövlət arxivində saxlanılan Zaqatala rayonu ' K.Marks'’ adına kolxozun əmək fəaliyyəti dövrlərini əks etdirən qeydiyyat kitablarının şəxsi hesab cədvəllərində ad, soyad, ata adı bölməsində yazılmış X2 məxsus hüquq müəyyənedici sənədlərin xx.xx.1957-cı il tarixdə Zaqatala rayonu Danaçı kəndində anadan olmuş İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 2(033)-217/2024 nömrəli 01,04.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Zaqatala rayonu, "K.Marks" adına kolxozun əmək fəaliyyəti dövrlərini əks etdirən qeydiyyat kitablarının şəxsi hesab cədvəllərində soyad, ad və ata qrafası bölməsində yazılmış X2 məxsus hüquq müəyyənedici sənədlərin xx.xx.1957-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuş İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Daha sonra Zaqatala rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə münasibət bildirilməsi üçün aidiyyatı üzrə Mərkəzi Filiala ünvanlanmış, Mərkəzi Filial tərəfindən 3-17-1/2-147831/2024 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubu ilə cavablandırılmışdır. Belə ki, İddiaçı müraciətinə Zaqatala Rayon Məhkəməsinin 2(033)- 217/2024 nömrəli 01,04.2024-cü il tarixli qətnaməsi nəzərə alınmaqla yenidən baxılmışdır, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, Fondun 3 saylı Şəki- Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən 1973-cü il üzrə natamam adam günü norması işləməklə 08 ay, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək. xx.xx.1978- ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981 -ci il tarixədək, 01,06.1982-ci il tarixdən xx.xx.1982- ci il tarixədək, xx.xx.1982-ci il tarixdən 01,12.1982-ci il tarixədək, xx.xx.1983cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü, təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı dövr nəzərə alınmaqla 01.01,2006-cı ıl tarixədək ümumilikdə 22 il 09 ay 23 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Bildiririk ki, İddiaçı sığorta stajı qanunvericiliklə nəzərdə tutulan minimum sığorta stajından (25 il) az olduğuna görə və iddiaçının pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018 ıl tarixləri arasında pensiya kapitalı qeydə alınmadığı üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyinatı mümkün olmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadığda və işləmədikdə təyin olunur. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, MEİS-in “Sığorta” altsistemində olan məlumatlara əsasən iddiaşı T.Hacatov aktiv vergi ödəyicisi (VÖEN: **********) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5- ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər Bildiririk ki. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.”. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: • AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. • Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın surəti. • Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 1389 nömrəli arayışı. • Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 1389 nömrəli arayışı • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet. • İddiaçıya məxsus 46 nömrəli attestatın surəti. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Cavabdeh etirazının əsası kimi iddiaçının xx.xx.1978-ci il tarixdən 01,05.1983-cü il tarixədək Zaqatala kolxozlararası təmir-tikinti idarəsində olan əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhələrin olmasını göstərmişdir. Məhkəmə qeyd olunan dəlilləri əsaslı hesab etmir. Belə ki, iddiaçının əmək kitabçasında və təqdim etdiyi arayışda olan qeydlərin mötəbərsizliyinin sübuta yetirməsi öhdəliyi cavabdehin üzərinə düşür. Təsadüfi deyil ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İşin müəyyən edilən hallarına görə Zaqatala rayon Arxiv idarəsində saxlanılan Zaqatala rayonu, “K.Marks” adına kolxozun əmək fəaliyyəti dövrlərini əks etdirən qeydiyyat kitablarının şəxsi hesab cədvəllərində soyad, ad və ata qrafası bölməsində yazılmış X2 məxsus hüquqmüəyyən edici sənədlərin xx.xx.1957-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuş Çubaçov Mohuma oğluna məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsinə dair Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin olunmuşdur. İddiaçının ümumilikdə 22 il 09 ay 23 gün iş stajının olması işin mübahisəsiz mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Həmçinin iddiaçının xx.xx.2022-ci il 1389 saylı (K.Marks adına kolxozun şəxsi hesab kitablarına əsasən) Arxiv arayışına əsasən 19 il 01 ay, xx.xx.2022-ci il tarixli 1389 saylı (Zaqatala rayon Kolxozlararası təmir tikinti idarəsinin) Arxiv arayışına əsasən 04 il 10 ay, Hərbi xidmət illəri (xx.xx.1976-xx.xx.1978) 2 il, Peşə təhsili (xx.xx.1980-xx.xx.1981) 1 il, 1973-cü il üzrə 8 ay nzərə alındığı halda onun əmək stajının 25 ildən artıq olduğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktikaondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında və ya arxiv sənədlərində əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək sənədlərin məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh lazımi sübutlara əsaslanmaqla arxiv qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərəfindən İddiaçının əmək kitabçasında əks olunmuş 01.012.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ucar rayonu Məlikballı kənd orta məktəbində hərbi müəllim vəzifəsində işlədiyi dövrün onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən “Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;”. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar