Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-794/2023 07.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Rasimə Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı və Şəki şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli sərəncamı nəzərə alınaraq, qızının əvvəlki 11 sayının ödənişlərinin və təyin edilmiş baxıcı pulunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı “Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı və Şəki şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli sərəncamı nəzərə alınaraq, qızının əvvəlki 11 sayının ödənişlərinin və təyin edilmiş baxıcı pulunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qızı X6 epilepsiya xəstəliyi ilə əlaqədar İ qrup əlildir. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. O, Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli sərəncamı ilə 1986-cı il təvəllüdlü qızı X4 qəyyum təyin edilmiş, daima köməyə ehtiyacı olduğundan onu o idarə edir. Xəstəliyi ilə əlaqədar pristupu tutduğundan qızı 2022-ci ilin fevral ayında qaz sobasının üzərinə aşmış, ağır yanıq xəsarətləri almışdır. Uzun müddət Bakı şəhəri, 5 saylı Klinikanın yanıq şöbəsində müalicə olunmuşdur. Qızı xx.xx.2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə fəaliyyət qabiliyyətini itirən şəxs hesab olunsa da 2022-ci ilin iyun ayından ona İ qrup əlillik təyin edilmişdir. Bu əlillik dərəcəsi isə qızına yandıqdan sonra təyin edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı və Şəki Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli sərəncamı nəzərə alınmamışdır. İnzibati orqan tərəfindən ilkin müraciəti təmin olunmamışdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixdən 50 manat məbləğində “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə “Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və xx.xx.2022-ci il tarixindən 80 manata çatdırılmışdır. X1 Sisteminin “Əlillik” altsisteminə əsasən İddiaçı qızı X3 təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixdən 1-ci dərəcə əlilliyi müəyyən olunub və müvafiq olaraq İddiaçı həmin tarixdən qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin elektron məlumat bazasında X4 İ dərəcə əlillik xx.xx.2022-ci il tarixdən müəyyən edildiyindən İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəlki dövr üçün sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Cavadehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-702/2021 nömrəli qətnaməsindən görünür ki, 20 avqust 1986-cı il tarixdə Şəki rayonu Baş Küngüt kəndində anadan olmuş, Şəki rayonu Baş Küngüt kəndində qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli X6 üçün əlilliyi qiymətləndirilən şəxs barədə məlumatlarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi Şəki Şəhər İcra başçısının xx.xx.2021-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı X4 qəyyum təyin edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin,iddia mahiyyət etibari ilə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydalarının 1.2-ci bəndinə əsasən təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. Həmin Qaydaların 2.1-ci bəndində deyilir ki,təqaüd təyin olunması üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “X1 Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki,iddiaçın övladı X4 xx.xx.2022-ci il tarixdən İ dərəcə əlillik müəyyən edilmişdir. Həmin tarixdən başlayaraq cavabdeh orqan tərəfindən İddiaçı qulluğa görə Prezident təqaüdü təyin edilmişdir.İddia tələbinə əsasən iddiaçı övladının Şəki Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyi və özünün Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli sərəncamı ilə qızına qəyyum təyin edildiyi vaxtdan ona qulluğa görə Prezident təqaüdü təyin edilməli olduğunu bildirmişdir.Lakin,qanunvericiliyin tələblərinə əsasən şəxsə yalnız İ dərəcə (müvafiq qaydada orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş) şəxslərə qulluğa görə Prezident təqaüdünün vüerilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada övladına birinci dərəcə əlillik müəyyən edildiyi tarixdən etibarən Prezident təqaüdü təyin edilmişdir. Bundan başqa qanunvericiliklə təqaüdün təyin edilməsi birbaşa olaraq 1-ci dərəcə əlilliyin müəyyən olunması ilə şərtləndirilmiş və qeyd olunan əlillik dərəcəsi olmayan dövrlərə görə ödəniş edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı və Şəki şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli sərəncamı nəzərə alınaraq, qızının əvvəlki 11 sayının ödənişlərinin və təyin edilmiş baxıcı pulunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-794/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-794/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver