Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-799/2022 19.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Cavabdehnə qarşı ”üçüncü şəxslər X5, X9, X6, X8, X4 “Göyçay şəhəri, Z.Bünyadov küçəsi, ev 187 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ”üçüncü şəxslər X5, X9, X6, X8, X4 “Göyçay şəhəri, Z.Bünyadov küçəsi, ev 187 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa istinad edərək Göyçay şəhəri, Z.Bünyadov küçəsi, ev 187 ünvanında yerləşən fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Üçüncü şəxs X5 məhkəməyə 4142 №-li qeydiyyat vəsiqəsini təqdim edərək Göyçay şəhəri, Z.Bünyadov küçəsi, ev 187 ünvanında yerləşən yaşayış sahəsinin özünün mülkiyyətində olmasını bildirmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Göyçay şəhəri, Z.Bünyadov küçəsi, ev 187 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı X14 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997-ci ildə verilmiş 3059 nömrəli qeydiyyat vəsiqəsinə əsasən əmlakın ünvanı Sahil küçəsi 72 qeyd olunmuş, sonradan küçənin adı dəyişdirilərək Z.Bünyadov küçəsi ev 72 olmuşdur. xx.xx.2020-ci ildə isə **********52-10301 reyestr nömrəli çıxarış verilərkən fərdi yaşayış evinin ünvanı Z.Bünyadov küç, ev 187 qeyd olunmuşdur. Fərdi yaşayış evinin Ünvan Reyestri İnformasiya Sisteminə əsasən yeni qaydalarla ünvanı isə X15 küçəsi,ev 23-dür. X3 xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verlmiş 4142 nömrəli qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin ünvanı Z.Bünyadov küç, ev 187 qeyd edilmişdir. Fərdi yaşayış evinin Ünvan Reyestri İnformasiya Sisteminə əsasən yeni qaydalarla ünvanı isə Yusif Salmanov küçəsi ev 31-dir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə iddiaçının hər hansı hüquqlarının və maraqlarının pozulması müəyyən edilmir. Belə ki, müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli çıxarışda iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alındığı ünvan 1 ünvanı X15 küçəsi, ev 23 olmuşdur. Həmçinin Göyçay Rayon Xüsusi X2 xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Göyçay şəhəri, X15 küçəsi 23 ünvanına dair qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. İşdə olan cavabdeh orqanın imtina məktubundan və “Elektron notariat” X1 çıxarışdan görünür ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər Göyçay şəhəri, Z.Bünyadov küçəsi, ev 187 ünvanında qeydiyyatdadırlar. Yuxarıda qeyd edildiyi kimi hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin faktiki ünvanı Göyçay şəhəri, X15 küçəsi, ev 23 olduğundan və tələbdə qeyd edilən üçüncü şəxslər həmin ünvanda qeydiyyatda olmadıqlarından, cavabdehin orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən edilmir. Yəni, iddiaçının qeydiyyatdan çıxarılmasını arzuladığı şəxslər hazırda iddiaçıya məxsus fərdi yaşayış evində - Göyçay şəhəri, X15 küçəsi 23 ünvanında qeydiyyatda deyillər. Digər tərəfdən üçüncü şəxs Şərafət Məmmədovanın özünün də mülkiyyətində olduğu bildirilən yaşayış sahəsinin ünvanı dəyişiklikdən sonra Yusif Salmanov küçəsi ev 31 müəyyən edilmişdir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı iddiaçının dinlənilmə hüququ təmin edilmiş, lakin, iddiaçı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı ”üçüncü şəxslər X5, X9, X6, X8, X4 “Göyçay şəhəri, Z.Bünyadov küçəsi, ev 187 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-799/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-799/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver