Məhkəmə qərarları › İş №2-1(116)-8/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-8/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-8/2020 30.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x4, üçüncü şəxs x6 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "x12, x31, x29 və x20 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ əsasında 05.04.2005-ci ildə qeydə alınmış və ona bu barədə 2202 nömrəli "Qeydiyyat vəsiqəsi" verilmişdir. Oğuz Rayon Məhkəməsinin 01.04.2009-cu il tarixli 2(054)-28/2009 nömrəli qətnaməsi ilə x6 ünvan 9-da yerləşən evdə yaşayış sahəsindən istifadə hüququ tanınmış və onun uşaqları x31 və x29 ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı x30 rayon şöbəsi tərəfindən 06.09.2016-cı ildə İddiaçı ərizəsinə əsasən, Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinin ünvanı dəyişdirilərək yeni ünvan kimi ünvan 1 təyin edilmişdir. Bundan sonra 10.09.2016-cı ildə həmin ünvan 9 nömrəli evə və evin yerləşdiyi 0,11 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Cavabdeh İddiaçı 22.05.2017-ci ildə arayış verərək bildirmişdir ki, x12, x31, x29, x27 və x3 şəhəri H.Əliyev küçəsi ev 49 ünvanında qeydiyyatdadırlar. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, özünə məxsus olan ünvan 9 nömrəli evin və x6, x21, x19, x20 yaşadıqları evin eyni ünvanda olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi 26.07.2017-ci il tarixli cavab məktubunda bildirmişdir ki, x6, x21, x19 yaşadıqları evin poçt ünvanı ünvan 10 x20 yaşadığı evin poçt ünvanı ünvan 11 olmaqla iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evlə heç bir əlaqəsi yoxdur və həmin evlər başqa-başqa ünvanlarda yerləşirlər. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, x6, x21, x19 və x20 ünvan 1-dan qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh 12.06.2017-ci il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, onların qeydiyyatdan çıxarılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə mümkündür. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, x12, x31, x29 və x17 məlum olmayan səbəblərdən ona məxsus evdə qeydiyyatdadırlar. O, həmin şəxslərdən evdən qeydiyyatdan çıxmalarını xahiş etsə də, onlar bundan imtina etmişlər. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.10.2017-ci il tarixli 2-1(84)-1293/2017 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin 07.12.2017-ci il tarixli 2-1(107)-429/2017 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19.10.2017-ci il tarixli 2-1(84)-1293/2017 nömrəli qərardadı ləğv edilərək iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Müəyyən edilmişdir ki, 12.07.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı özünə məxsus olan evi x1. Ona görə də Şəki İnzibati Məhkəməsinin 31.05.2020-ci il tarixli qərardadına əsasən, x15 üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-950A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə Oğuz şəhərində 0,11 ha torpaq sahəsi İddiaçı, x5, x7, x8 ümumi mülkiyyətinə verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı, x5, x7, x8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10.09.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilə x10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 25.07.2018ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 789449 nömrəli arayışından görünür ki, x12, x31, x29, x27 və x3 şəhəri H.Əliyev küçəsi ev 49 ünvanında qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı məxsus olan ev 05.04.2005-ci ildə onun adına qeydə alındığı vaxt evin ünvanı ünvan 7 olmuşdur. x12, eləcə də uşaqları x31 və x13 Rayon Məhkəməsinin 01.04.2009-cu il tarixli qətnaməsi ilə ünvan 9-da yerləşən, x16 məxsus olan evə köçürülmüşlər. Bundan sonra İddiaçı məxsus olan ünvan 7 nömrəli evin ünvanı dəyişdirilmiş və evin yeni ünvanı ünvan 9 təyin edilmişdir. Eyni zamanda, həmin küçədə olan digər evlərin də ünvanları dəyişdirilmiş, üçüncü şəxslər x6, x21 və x19 qeydiyyatda olduqları evin ünvanı ünvan 10 üçüncü şəxs x20 qeydiyyatda olduğu evin ünvanı isə ünvan 11 təyin edilmişdir. Göründüyü kimi, üçüncü şəxslər x12, x31 və x29 və x20 qeydiyyatda olduqları ünvan ünvan 1 olsa da, bu onların İddiaçı məxsus evdə qeydiyyatda olmaları anlamına gəlmir. Üçüncü şəxslərin qeydiyyatda olduqları evlərin iddiaçıya məxsus evə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, müəyyən edildi ki, hazırkı inzibati iş məhkəmənin icraatında olduğu müddətdə iddiaçının mülkiyyətində olan evin ünvanı yenə də dəyişdirilmiş, yeni ünvan kimi ünvan 6 təyin edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına olan qeydiyyatda da müvafiq dəyişiklik edilmiş və ona RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Hətta bundan sonra 12.07.2018-ci ildə o, göstərilən evi x2 və sonuncunun adına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da da evin ünvanı kimi ünvan 6 göstərilmişdir. Göründüyü kimi, İddiaçı üçüncü şəxslər x6, x21, x19 və x20 ünvan 1-dan qeydiyyatdan çıxarılmasını tələb etmək üçün heç bir əsası yoxdur. Belə olan halda, cavabdeh onun xahişini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "x12, x31, x29 və x20 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar