Məhkəmə qərarları › İş №2-1(116)-800/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-800/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-800/2022 19.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı9, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "JN-0169 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın tam, JN-0168 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın qismən - 24 ha hissədə etibarsız sayılması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı9, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "JN-0169 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın tam, JN- 0168 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın qismən - 24 ha hissədə etibarsız sayılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Bundan sonra onlar məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Həmin ərizə iddiaçılar İddiaçı2, İddiaçı6, İddiaçı9, eləcə də iddiaçılar İddiaçı1, İddiaçı3, X1, İddiaçı5, İddiaçı7, İddiaçı8 nümayəndəsi Vəkil tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçılar iddia sənədlərinin geri qaytarılmasını xahiş etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi maraqlarını itirdiklərini nümayiş etdirmişlər. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçıların hazırkı ərizəsi onların 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı9, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "JN-0169 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın tam, JN- 0168 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın qismən - 24 ha hissədə etibarsız sayılması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar