Məhkəmə qərarları › İş №2-1(116)-801/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-801/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-801/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-ə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) “cavabdehin üzərinə İİ qrup Çernobıl əlili kimi avtomobillə təmin olunmağı üçün sənədlərinin və zəruri məlumatların elektron qaydada Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-ə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə İİ qrup Çernobıl əlili kimi avtomobillə təmin olunmağı üçün sənədlərinin və zəruri məlumatların elektron qaydada Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 15.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Mübahisənin obyektiv araşdırılması məqsədilə Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-801/2021 nömrəli, 18.05.2021-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinə tapşırılmış, müvafiq suallar ekspert qarşısında qoyulmuşdur. 02.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in T177/2021 №-li rəyi məhkəmənin icraatına daxil olmuşdur. Müvafiq rəyin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı 06.01.2006-cı il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin TSEK tərəfindən “postradiasion ensefalopatiya, qabarıq astenonevrotik sindrom, tez-tez baş verən vegetativ paroksizimlərlə, epilepsiya, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİ f/s” diaqnozu ilə düzgün olaraq müddətsiz İİ dərəcəli əlillik verilmişdir. Yuxarıda qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.12.2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə qeyd olunmuş, minik avtomobillərinin təyin edilməsi üçün tibbi göstərişlərə uyğun gəlmir. Ekspert rəyinin surəti iddiaçıya təqdim edilmiş, iddiaçı 15.09.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in rəyi ilə tanış olduğunu və inzibati işə baxılmasını arzu etmədiyini bildirmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin 12.10.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmək istəyir. Yəni, iddiaçı hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) "cavabdehin üzərinə İİ qrup Çernobıl əlili kimi avtomobillə təmin olunmağı üçün sənədlərinin və zəruri məlumatların elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar