Məhkəmə qərarları › İş №2-1(116)-802/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-802/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-802/2020 08.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Rüstəmzadə Səmayə Abdurəhim qızının katibliyi, İddiaçının qəyyumu X6, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı (3-cü şəxs Cavabdeh2) “Qəbələ rayonu, Qəmərvan kəndində yerləşən 0.073 ha torpaq sahəsinin və fərdi yaşayış evinin vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayonu, Qəmərvan kəndində yerləşən 0.073 ha torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququnun tanınması və adına rəsmiləşdirilərək çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının qəyyumu tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü il tarixdə İddiaçı qardaşı Zöhrab şəhid olduqdan sonra sarsıntı və stres keçirdiyi üçün psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyətini itirmişdir. Bundan sonra X12 İddiaçı qanun qaydasında qəyyumluğuna götürmüşdür. İddiaçının qəyyumu iddiaçının ərinə məxsus torpaq sahəsinin olmasını bildikdən sonra araşdırmalar aparmış və rəsmi sənədlər toplamağa başlamışdır. İddiaçının qəyyumu iddiaçının qaynına bu barədə məlumat vermiş, iddiaçıya düşən torpaq payını ondan tələb etmişdir. İddiaçı hal-hazırda X6 qəyyumluğundadır və onunla birlikdə yaşayır. Ona görə də iddiaçının qəyyumu iddiaçıya aid hissədə həmin torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsini istəyir. İddiaçının qəyyumuna xx.xx.2020-ci il tarixdə yardım məktubu göndərilərək bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən nəzərinə çatdırılır ki, fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Onun tələbində isə fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Həmçinin, iddia tələbi aydın deyil. Belə ki, torpaq sahəsi və ev üzərində mülkiyyət hüququnun konkret kimin adına qeydiyyata alınması qeyd olunmamışdır. İddiaçının qəyyumu məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizədə iddia tələbində dəqiqləşmə apararaq ilkin iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh2 3-cü şəxs olaraq qeyd etməklə “Qəbələ rayonu, Qəmərvan kəndində yerləşən 0.073 ha torpaq sahəsinin və fərdi yaşayış evinin vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı qəyyumu X12 qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Eyni zamanda bildirilir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunmuşdur. Bu zaman məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aiddir. İddia edilən torpaq sahəsinə dair Aslanov Rəsul Dövlətxan oğlu və ailə onun üzvlərinin adına Qəbələ rayon AİK-nın qərarı əsasında JN-083 A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə” hazırlanmışdır. Torpaq sahəsi sənəd üzrə 0.13 ha olsa da faktiki olaraq 0.1185 hektardır. Torpaq sahəsində iki ədəd fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının qəyyumu iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 İddiaçı həqiqətən də 2012-ci ilə qədər əri ilə və əri vəfat etdikdən sonra 2016-cı ilə qədər Qəbələ rayonu, Qəmərvan kəndində mübahisələndirilən ünvanda yaşadığını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi JN-083A kod 40600058 nömrəli “Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə”ni təqdim edərək İddiaçı adının həmin şəhadətnamədə olmadığını bildirdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının qəyyumunu, üçüncü şəxsi və cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Qəbələ regional “Asan Xidmət” Mərkəzinin notariat kontorunun xx.xx.2017-ci il tarixli, 839 nömrəli sənədindən görünür ki, xx xxxxxx 2012-ci il tarixdə vəfat etmiş X4 adına Qəbələ rayon notariat kontorunda xx xxxx 2012-ci il tarixdə açılmış vərəsəlik işi üzrə mirası qəbul vərəsəsi İddiaçıdır. İş materiallarında olan Qəbələ RİH Qəmərvan kənd X9 xx.xx.2017-ci il tarixli, 242 nömrəli arayışından müəyyən edilir ki, mərhum X4 adına Qəmərvan kəndində 1 saylı təsərrüfat kitabının 93-cü səhifəsində onun təsərrüfatında 2 sot həyətyanı torpaq sahəsi və mərhum X11 tərəfindən 1969-cu ildə tikilmiş fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililəri vardır. İş materiallarında olan Qəbələ RİH Qəmərvan kənd X9 xx.xx.2019-cu il tarixli, 51 nömrəli arayışından müəyyən edilir ki, Qəbələ rayon, Qəmərvan kənd sakini İddiaçı Qəmərvan kəndində 1 nömrəli təsərrüfatbaşına kitabının 93-cü səhifəsində onun 0.073 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1969-cu ildə tikilmiş fərdi yaşayış evi vardır. İş materiallarında olan Qəbələ rayon İHB-nin xx.xx.2018-ci il tarixli, 96 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon Çarxana kənd sakini, xx xxxxxx 1958-ci təvəllüdlü İddiaçı bacısının həyat yoldaşı Qəbələ rayon Çarxana kənd sakini, xx xxxxxxx 1967-ci il təvəllüdlü X6 qəyyumluğuna verilmişdir. İş materiallarında olan 259564 nömrəli “Nikahın bağlanması haqqında Şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X2 Zülhəccə Məhəmmədiyə qızı ilə xx.xx.1979-cu il tarixdə nikah bağlamışdır. İş materiallarında olan 526907 nömrəli “Ölüm haqqında Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X11 xx xxxxxx 2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-083A KOD 40600058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayonu, AİK-nın xx xxxx 1998-ci il tarixli 11 saylı qərarı ilə 0.13 ha torpaq sahəsi Aslanov Rəsul Dövlətxan oğlu və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-210F KOD 40600058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayonu, AİK-nın xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarı ilə 0.02 ha torpaq sahəsi X4 adına verilmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Məhkəmə araşdırması zamanı iddia tələbində mübahisələndirilən 0.073 ha torpaq sahəsinin Aslanov Rəsul Dövlətxan oğlunun mülkiyyətinə verilmiş JN-083A KOD 40600058 nömrəli Şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Buna görə də JN-083A KOD 40600058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” qüvvədə olduğu üçün iddia tələbində qeyd olunan 0.073 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınaraq ona çıxarışın verilməsi mümkün deyil. Həmçinin iddiaçı və onun qəyyumuna iddianın dəyişdirilməsi üçün də yardım edilməsini məhkəmə əhəmiyyətsiz hesab etmişdir, belə ki, hətta o iddianı dəyişib şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə idi belə, analoji tələblə ilk növbədə cavabdehə müraciət etmədiyi üçün iddiaçıya yardım edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara səbəb olacaqdır. Bu səbəbdən icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçıya yardım edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı (3-cü şəxs Cavabdeh2) “Qəbələ rayonu, Qəmərvan kəndində yerləşən 0.073 ha torpaq sahəsinin və fərdi yaşayış evinin vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar