Məhkəmə qərarları › İş №2-1(116)-804/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-804/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-804/2024 19.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi, ********** qeydiyyat nömrəli torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki ölçülərə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Müəyyən etdi : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi, ********** qeydiyyat nömrəli torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki ölçülərə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Hazırki iş üzrə iddiaçı, Şəki rayon Aqrar islahatı Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 515,33 kv.m torpaq sahəsi verildiyini, 05 03.2022-ci il tarixdə qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verildiyini qeyd edir. Həmçinin həmin torpaq sahəsinə dair A№ 721926 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin həmin torpaq sahəsinə dair A№ 721926 nömrəli Torpaq sahəsinin planı və olçusü sənədi verildikdən sonra aydın olmuşdur ki, ümumi istifadədə olan torpaq sahəsini, yəni yolu onun mülkiyyətinə vermişlər və onun mülkiyyətində olan torpaq sahəsi isə qonşunun mülkiyyətinə işlənmişdir. Halbuki, həmin yol mərhum anası X1 verilmiş əmlak payına, yəni tününqurudan quraqlığa gedən yoldur. Göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı 0,0515 ha torpaq sahəsinə dair verilmiş A№ 721926 nömrəli “Torpaq sahəsinin planı və olçusü” sənədinin koordinatlarının DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş A064767№-li plan-ölçü sənədinin koordinatlarına uyğunlaşdırılmasına, bununla da, qonşu torpaq sahəsinə qatıldığını bildirdiyi torpaq sahəsinin özünə aid olan plan-ölçü sənədinin tərkbinə daxil edilməsinə nail olmaqdır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 484 kv. metrdir. İstifadəçisi İddiaçıdur. Elektron kadastr məlumat bazası (TEKUİS)-ə əsasən mülkiyyət növü xüsusi, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin kimi göstərilmişdir. Torpaq sahəsinin şimal sərhəddi mişar daşı və kol-çəpərlə, Şərq sərhəddi kol-çəpər, cənub sərhəddi mişar daşı və metal torla, qərb sərhəddi kol-çəpərlə bərkidilib. Sərhədləri qapalıdır. Mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyəti nisbətən A721926 №-li plan ölçü sənədinə uyğun gəlir. A721926№-li plan ölçü sənədindəki torpaq sahəsinin en məsafəsi nisbətən faktiki vəziyyətə uyğun gəlir. Həmin plan ölçü sənədindəki torpaq sahəsi ilə faktiki vəziyyətin sadəcə şərq tərəfə doğru uzunluq məsafəsində fərq mövcuddur. A064767№-1i plan-ölçü sənədində göstərilmiş torpaq sahəsi ilə faktiki vəziyyət arasındaki fərq odur ki, A064767 №-li plan ölçü sənədinin şərq tərəfindəki en məsafəsi faktiki olaraq sahəsindəki şərq tərəfdəki en məsafəsindən fərqlidir. Məhkəmə tərəfindən cavabdeh orqanın inzibati binasında elektron bazaya yerli baxış keçirilməklə mütəxəssis rəyi yoxlanılmış, müəyyən edilmişdir ki, iddiaçının DTXK-nin Şəki rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğunlaşdırılmasını tələb etdiyi A064767 nömrəli plan-ölçü sənədinin koordinatları 155 kv.m hissədə qonşu torpaq sahəsinə dair tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla üst-üstə düşür. Qonşu torpaq sahəsi ilə mübahisənin yarandığı hissə də, məhz ilkin plan-ölçü sənədinin yerləşmə vəziyyəti ilə X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı torpaq sahəsinin üstüstə düşən hissəsindədir. Yəni, iddiaçının ilkin plan-ölçü sənədinə uyğun düzəliş aparılmasını tələb etdiyi (mübahisəli ərazi) torpaq sahəsi 155 kv.m hissə ilə birlikdə digər subyektin mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı torpaq sahəsidir. Cavabdeh orqan, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində A064767 nömrəli plan-ölçü sənədinin qonşu torpaq sahəsi ilə üst-üstə düşən hissəsini dəqiqləşdirərək 154,6 kv.m qeyd etmiş, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin surətini təqdim etmişdir. Təqdim edilmiş sənəddən görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0,0335 ha torpaq sahəsi üzərində X4 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddiaçının plan-ölçü sənədinə düzəliş edilməsini tələb etdiyi torpaq sahəsinə münasibətdə artıq qeydə alınmış hüquq mövcuddur. Odur ki, iddiaçı, arzuladığı məqsədə nail olmaq üçün inzibati məhkəmə icraatı qaydasında qonşu torpaq sahəsinə dair dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirməlidir. Qaldırılmış iddia müsbət həll olunduğu halda iddiaçı, hazırkı iddia tələbi ilə cavabdehə, müraciəti təmin olunmadıqda isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə iclası təyin edilmiş, iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi, ********** qeydiyyat nömrəli torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki ölçülərə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar