Məhkəmə qərarları › İş №2-1(116)-805/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-805/2020

31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-805/2020 31.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2nə qarşı sizə və ailə üzvlərinizə JN-044F saylı kod 40600068 və JN-044G saylı kod 40600068 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrə əsasən Qəbələ rayonu Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05.02.1999-cu il tarixli 03 saylı qərarı ilə verilmiş 0,21 ha və 1,49 ha torpaq sahələrinin sərhədlərinin müəyyən edilərək yerində tanıdılması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2nə qarşı sizə və ailə üzvlərinizə JN-044F saylı kod 40600068 və JN-044G saylı kod 40600068 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrə əsasən Qəbələ rayonu Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05.02.1999-cu il tarixli 03 saylı qərarı ilə verilmiş 0,21 ha və 1,49 ha torpaq sahələrinin sərhədlərinin müəyyən edilərək yerində tanıdılması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı ərizəsi düzgün tərtib olmadığından, məhkəmə tərəfindən ona 10.03.2020-ci il tarixli nömrəli yardım məktubu ünvanlanaraq qeyd edilmişdir ki,cavabdeh kimi qeyd etdiyi Cavabdeh2 inzibati orqan deyil. İnzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Həmçinin, qeyd etdiyi tələblə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməmişdir. Bundan başqa, cavabdeh kimi qeyd etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə münasibətdə tələbinin nədən ibarət olması aydın deyil. Həmçinin iddia ərizəsinin məzmunundan görünür ki, onun narazılığı torpaq sahələrindən istifadəyə qardaşının mane olmasıdır ki, bununla bağlı da mülki qaydada məhkəmədə iddia qaldırıla bilər. Mülki məhkəmə icraatı çərçivəsində əgər onun torpaqları zəbt olunmuşdursa, iddia tələbinə dair qanunamüvafiq qərar qəbul oluna bilər. Yuxarıda qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün iddiaçıya 10 (on) gün vaxt verilmişdir. 10.03.2020-ci il tarixdə məktub iddiaçının ünvanına göndərilmiş və 17.03.2020-ci il tarixində xəbərnaməyə imza edilməklə alınmışdır. İddiaçı nöqsanları aradan qaldırmamış, yardıma münasibət bildirməmişdir. İddiaçı oğlunun diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2nə qarşı sizə və ailə üzvlərinizə JN-044F saylı kod 40600068 və JN-044G saylı kod 40600068 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrə əsasən Qəbələ rayonu Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05.02.1999-cu il tarixli 03 saylı qərarı ilə verilmiş 0,21 ha və 1,49 ha torpaq sahələrinin sərhədlərinin müəyyən edilərək yerində tanıdılması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh2 üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar