Məhkəmə qərarları › İş №2-1(116)-806/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-806/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-806/2021 10.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu iddiaçılar İddiaçı1, Mustafayeva (Hüseynova) Nailə Eyyub qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin 05.02.2021-ci il tarixli **********63 saylı imtinasının qanunsuz hesab edilməsi və X1 adına verilmiş 22.02.2007-ci il tarixli MH seriyalı 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 05.02.2021-ci il tarixli **********63 saylı imtinasının qanunsuz hesab edilməsi və X1 adına verilmiş 22.02.2007-ci il tarixli MH seriyalı 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçılar ərizəni onunla əsaslandırmışlar ki, məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 19.12.2006-cı il tarixli 4Ə-2/537 nömrəli müqavilənin etibarsız hesab edilməsi, X2 verilmiş 22.02.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli 2(075)-790/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X4, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 ilə X3 arasında Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 19.12.2006-cı il tarixli 4Ə-2/537 nömrəli müqavilənin etibarsız hesab edilməsi, X2 verilmiş 22.02.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli 2(075)- 790/2019 saylı qətnaməsi qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Şəki Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli 2(075)-790/2019 saylı icra sənədinin icrası ilə bağlı Şəki rayonu İcra və probasiya şöbəsi tərəfindən cavabdehə müraciət edilsə də cavabdehin 05.02.2021-ci il tarixli **********63 saylı imtina məktubu ilə imtina etmişdir. Cavabdeh 05.02.2021-ci il tarixli **********63 saylı məktubunda qeyd edilmişdir ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 17,88769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 07.07.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli ərizə əsasında "xxxx" ASC-nin xeyrinə yüklü edildiyindən və yüklülükdən azad olunmadığından, həmçinin sözügedən əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.12.2014-cü il tarixli 8(001)-1902/2014 nömrəli və 30.06.2015-ci il tarixli 8(001)-191/2015 nömrəli qərardadları mövcud olduğundan X1 adına verilmiş 22.02.2007-ci il tarixli MH seriyalı 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçılara və onların vəkilinə 16.04.2021-ci il tarixli yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddia ərizəsinə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki ərazi idarəsi tərəfindən iddiaçılara verilmiş imtina məktubu əlavə edilmədiyindən iddia qaldırılanadək cavabdehə iddiaçılar tərəfindən inzibati qaydada müraciət edilib-edilmədiyi, cavabdehin iddiaçıların müraciətinə münasibəti iş materialları ilə müəyyən olunmur. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməsidir. Odur ki, göstərilənlərə əsasən, onlara cavabdehə müraciət etmələrini təsdiq edən sənədi və ya imtina məktubunu məhkəməyə təqdim etmək təklif olunmuş, əks təqdirdə İPM-in 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. İddiaçıların vəkili tərəfindən məhkəmənin yardım məktubu 22.04.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilməklə qəbul edilsə də, məhkəmənin yardımına münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır, iddia ərizəsinə əlavə edilmiş, mübahisələndirilən imtinanın surətinə əsasən isə müəyyən edilir ki, əslində 05.02.2021-ci il tarixli **********63 nömrəli məktub imtina deyil, Şəki Rayon Məhkəməsinin icra sənədinin icrası ilə bağlı aparılan icraat çərçivəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki ərazi idarəsi tərəfindən Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə ünvanlanmış cavab məktubu olmuşdur. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən 22.02.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış artıq mülki mühakimə icraatının predmeti olmuş və iddia ərizəsinə surəti əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-790/2019 nömrəli mülki iş üzrə 05.08.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Odur ki, iddiaçıların yenidən eyni çıxarışın ləğvi tələbi ilə inzibati məhkəmədə iddia qaldırması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçılar mübahisə predmeti ilə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etmədiyindən, həmçinin artıq mülki mühakimə icraatı çərçivəsində məhkəmə tərəfindən ləğv olunması qət edilmiş çıxarışın yenidən ləğvini tələb etdiyindən, oların hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, Mustafayeva (Hüseynova) Nailə Eyyub qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin 05.02.2021-ci il tarixli **********63 saylı imtinasının qanunsuz hesab edilməsi və X1 adına verilmiş 22.02.2007-ci il tarixli MH seriyalı 002157 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar