Məhkəmə qərarları › İş №2-1(116)-809/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-809/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-809/2021 01.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "hazırkı ad və soyadı olan İddiaçı əvvəlki ad və soyadı olan X3 dəyişdirilməsi" barədə iddiasına dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1982-ci ildə Ağdaş rayon Tatlar kəndində anadan olmuş, hazırda Ağdaş rayon Aşağı Zeynəddin kəndində yaşayır. İddiaçının adı əvvəllər X6 olmuş, lakin 01.10.2013-cü ildə soyadını və adını İddiaçı dəyişmişdir. Onun soyadının və adının dəyişdirilməsi Cavabdehndə 01.10.2013-cü ildə qeydiyyata alınmışdır. Bundan sonra o, Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək adının və soyadının X4 dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29.02.2016-cı il tarixli 2-1(84)-248/2016 nömrəli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. İddiaçı məhkəmənin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 21.04.2016-cı il tarixli 2-1(107)- 151/2016 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29.02.2016-cı il tarixli 2-1(84)-248/2016 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra 2021-ci ildə iddiaçı Cavabdehnə yenidən müraciət edərək, adının və soyadının X3 dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh 06.04.2021-ci il tarixli 918 nömrəli məktubu ilə bundan imtina etmiş və bildirmişdir ki, iddiaçının arzu etdiyi səbəbdən soyadının növbəti dəfə dəyişdirilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 2013-cü ilin oktyabr ayında qanunvericiliyə uyğun olaraq ad və soyadını dəyişdirmək üçün müvafiq orqanlara müraciət etmiş, 01.10.2013-cü ildə əvvəlki adı və soyadı olan X5 dəyişdirərək İddiaçı olaraq yeni adda doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almışdır. Hazırda isə yenidən ad və soyadını dəyişdirərək əvvəlki ad və soyadına qayıtmaq zərurəti yarandığını bildirmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibət (etiraz) bildirməmiş, 07.05.2021-ci ildə məhkəməyə göndərdiyi məktubda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və qanunamüvafiq olaraq qərar çıxarılmasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 01.10.2013-cü il tarixli ********* nömrəli "Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında aktın qeydi"ndən görünür ki, iddiaçının əvvəlki adı X6 olmuş, o, 01.10.2013-cü ildə soyadını və adını İddiaçı dəyişmişdir. - İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29.02.2016-cı il tarixli 2- 1(84)-248/2016 nömrəli qərardadından görünür ki, iddiaçının yenidən adının və soyadının dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. - İşdə olan, Cavabdeh 06.04.2021-ci il tarixli 918 nömrəli imtina məktubundan görünür ki, iddiaçının arzu etdiyi səbəbdən soyadının növbəti dəfə dəyişdirilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci və 33.2-ci maddələrinin tələbinə görə, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırkı iddia məcburetmə haqqında olmaqla mümkün iddiadır. (bax: 2- 1(102)-967/2020 nömrəli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.06.2020-ci il tarixli qərarı) Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, iddia əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qanunverici soyadın, adın və ata adının dəyişdirilməsini qadağan etməmişdir, lakin hazırkı halda adın və soyadın növbəti dəfə dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3-4-cü bəndində qeyd edilir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların göstərilən bəndlərinin məzmunu aşağıdakı kimidir: - 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. - 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. - 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. - 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. - 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Müəyyən edildi ki, iddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı əvvəllər aidiyyəti dövlət orqanına müraciət etmiş və müraciəti müsbət həll edilmişdir. Hazırda isə o, adının və soyadının növbəti dəfə dəyişdirilməsinin faktiki əsası kimi hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçı adının və soyadının növbəti dəfə dəyişdirilməsini zəruri edən şərtlərin mövcudluğunu məhkəmədə sübuta yetirə bilməmişdir. Ona görə də iddiaçının adının və soyadının dəyişdirilməsindən cavabdehin imtina etməsi qanuna zidd deyildir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "hazırkı ad və soyadı olan İddiaçı əvvəlki ad və soyadı olan X3 dəyişdirilməsi haqqında müvafiq qərar qəbul edilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar