Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-81/2023 18.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi Hacı-X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarışın “hüquq sahibləri” hissəsində adları qeyd edilmiş X6, X8, X2 və X5 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarışın “hüquq sahibləri” hissəsində adları qeyd edilmiş X6, X8, X2 və X5 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Qax rayon Aqrar İslahat Komissiyasının 09 avqust 2000-ci il tarixli 09 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-0187 nömrəli Dövlət Aktına əsasən iddiaçının mülkiyyətinə 0,47 ha kənd təsərüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsinə Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1 (84)-315/2016 nömrəli qərarı ilə yeri dəyişdirilərək ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli, xx.xx.2017-cı il tarixli Çıxarış alarkən tam olaraq iddiaçının qanuni mülkiyyəti olan 0,47 ha torpaq sahəsi heç bir əsas olmadan beş nəfərin, yəni iddiaçı, əri F.M.Xinqalovun, oğlu C.F.Xinqalovun, gəlini G.M.Xinqalovanın və nəvəsi F.C.Xinqalovun mülkiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********76 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onlan aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Sözügedən Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Cavabdeh imtina məktubunda iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdeh “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, ərazi idarəsinin arxiv materiallarında İddiaçı, X8, X9, X6 və X1 adlarına qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarış mövcuddur. Həmin çıxarış Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(84)-315/2016 saylı qərarı əsasında qeydiyyata alınmışdır. Həmin qərarda JN 0187, KOD 40310005 saylı dövlət aktının 0,42 ha hissəsini ləğv etməklə faktiki istifadəsində olan 0,42 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyi ərazi idarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-315/2016 saylı qərarında İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, islahat aparılan zaman ona ailə üzvləri ild birlikdə 0,47 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-0187, KOD 40310005 saylı dövlət aktı verilmişdir. Göründüyü kimi həmin torpaq sahəsi iddiaçı və onun ailə üzvləri ilə birlikdə verilmişdir. Hal-hazırda mübahisə predmeti olan çıxarış məhkəmə qətnaməsi əsasında JN-0187, KOD 40310005 saylı dövlət aktında olan digər ailə üzvləri ilə birlikdə qanunamüvafiq olaraq qeydiyyata alınmışdır. Cavabdeh məktubunda bildirir ki, qeyd edilənlərə əsasən iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-961/2022 nömrəli qərardadı ilə X6, X8, X2 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: JN-0187 kod 40310005 nömrəli Dövlət Aktından görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya verilmişdir. A seriyalı 143262 nömrəli xx.xx.2017-ci il tarixli plan-ölçü sənədindən görünür ki, Qax rayonu Əmircan kəndi ərazisində yerləşən 0,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. X16-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-315/2016 nömrəli qərarı əsasında tərtib olunmuşdur. RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qax rayon Əmircan kəndində yerləşən 0,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X6, X8, X2 və X5 ümumi birgə mülkiyyətindədir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-315/2016 nömrəli qərarı ilə İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə qarşı “JN-0187 kod 40310005 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin 0,42 ha hissəsini ləğv etməklə faktiki istifadəsində olan 0,42 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********33 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, məhkəmə predmeti olan torpaq sahəsi **********67 nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin ümumbirgə mülkiyyətində olub, uqodiyası əkin olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Sahəsi, koordinatları, döngə nöqtələri və sənəd üzrə olan torpaq sahəsi tərtib edilən yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi İddiaçı və ailə üzvlərinin (X6, X11, X2 və X5) mülkiyyətində olub, həmin şəxslərin faktiki istifadəsindədir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********08 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısından görünür ki, həmin siyahıda yalnız İddiaçı adı qeyd edilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4cü maddəsinə uyğun olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-315/2016 nömrəli qərarı ilə İddiaçı cavabdeh DƏDRX 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia tələbinə dair iş üzrə “JN-0187 kod 40310005 saylı Dövlət aktında göstərilən torpaq sahəsinin 0,42 ha hissəsini ləğv etməklə faktiki istifadəsində olan 0,42 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsinin cavabdehə həvalə edilməsi” qərara alınsa da, torpaq sahəsinə münasibətdə məhz ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyət hüququnun qeydə alınması kimi tələb nəzərdə tutulmamışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş, şəhadətnamənin verilməsinə əsas olmuş pay torpaq sahəsi alacaq vətəndaşların subyektlər siyahısında isə yalnız İddiaçı adı qeyd edilmişdir. Belə olan halda, cavabdeh torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarət faktiki xarakterli hərəkətlərin həyata keçirilməsi zamanı səhvə yol verərək, iddiaçının hər-hansı razılığı və ərizəsi olmadan torpaq sahəsinə münasibətdə iddiaçı ilə birlikdə onun ailə üzvlərinin də mülkiyyət hüquqularını qeydə almışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarışın “hüquq sahibləri” hissəsində adları qeyd edilmiş X6, X8, X2 və X5 adlarının çıxarılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarışın “hüquq sahibləri” hissəsində adları qeyd edilmiş X6, X8, X2 və X5 adlarının çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-81/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-81/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver