Məhkəmə qərarları › İş №2-1(116)-811/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-811/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-811/2020 22.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x1, İddiaçı, cavabdehin nümayəndəsi x2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Cavabdehnə qarşı "09.03.2004-cü ildən 09.03.2007-ci ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 09.03.2007-ci il tarixli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət təyin edilərək ödənilməyə başlamışdır. Bundan sonra iddiaçı veteran vəsiqəsi aldığı gündən əvvəlki 3 il üçün ona müavinətin ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu 18.12.2019-cu il tarixli **********4 nömrəli məktubla bildirmişdir ki, həmin müavinət ona yalnız veteran vəsiqəsi aldığı gündən ödənilə bilər. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, "Sosial müavinətlər haqqında" Qanuna əsasən, ona veteran vəsiqəsi aldığı gündən əvvəlki 3 il üçün müavinət ödənilməlidir. Cavabdeh iddiaya qarşı 19.03.2020-ci il tarixli **********2 nömrəli etirazında bildirmişdir ki, "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən, İddiaçı Cavabdeh tərəfindən 09.03.2007-ci il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət təyin olunmuş və indiyədək ödənilməkdədir. Bundan başqa, İddiaçı Cavabdehndən heç bir növ əmək pensiyası almır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 09.03.2007-ci il tarixli 073784 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüquqununa malikdir. - İşdə olan, Azərbaycan Respublikası Cavabdeh 19.03.2020-ci il tarixli **********2 nömrəli etiraz məktubundan görünür ki, "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən, İddiaçı Cavabdeh tərəfindən 09.03.2007-ci il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət təyin olunmuş və indiyədək ödənilməkdədir. Bundan başqa, İddiaçı Cavabdehndən heç bir növ əmək pensiyası almır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. İşdən göründüyü kimi, Şəki Rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya 09.03.2007-ci il tarixli müharibə veteranı vəsiqəsi verildiyinə görə həmin tarixdən etibarən cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı kimi müavinət ödənilməsi həyata keçirilir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bununla yanaşı, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmiş və bu məqsədlə "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə," sözləri əlavə edilmişdir. Həmin Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minmişdir. Sadalanan normalardan göründüyü kimi, sosial müavinət almaq hüququ olan şəxs bu müavinəti müraciət etdiyi vaxtdan əvvəlki üç il üçün də ala bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə müavinətin verilməsi barədə Fərman 01.08.2005-ci ildə qüvvəyə mindiyinə görə həmin müavinət 01.08.2005-ci ildən etibarən tələb edilə bilər. Ondan əvvəlki müddət üçün müavinətin ödənilməsi tələbinin isə hüquqi əsası yoxdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı 01.08.2005-ci ildən 09.03.2007-ci ilədək müavinətin ona ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia həmin hissədə təmin edilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 01.08.2005-ci ildən 09.03.2007-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. İddia 09.03.2004-cü ildən 01.08.2005-ci ilədək müddətə aid hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar